Qorxma, mən səninləyəm
Qorxma, mən səninləyəm — rejissor Yuli Qusmanın filmi.
Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.
Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır.
Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır.
Film aktyor Nizami Musayevin kinoda ilk işidir.
Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir.
Film müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.