MƏRAM

is. [ ər. ] İstək, arzu, dilək, tələb. Məramı həyata keçmək.
// Məqsəd, niyyət, qəsd. Məramına çatmaq.
[Molla Həmid:] Hələ buyurun görək zəhmət çəkmənizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa məramınız var? M.F.Axundzadə.
Özgə bir məram ilə mən buraya gəlmişəm. Ə.Haqverdiyev.
Noğul xanımın məramı bu idi ki, sözləri eşitdikdə Nadirin onlara rəhmi gəlsin. B.Talıblı.

Синонимы

  • MƏRAM məram bax arzu, məqsəd
  • MƏRAM məqsəd — murad — arzu — dilək — istək — niyyət — həvəs — meyl
MƏNZUR
MƏRAMNAMƏ

Значение слова в других словарях