Mətnin əvvəlinin və sonunun markerləşdirilməsi

once upon a time (müqayisə et: Azərbaycan türkcəsində: biri vardı, biri yoxdu) və they lived happily ever after (müqayisə et: Azəri türkcəsində: onlar bax beləcə şad xürrəm yaşamağa başladılar) tipli standart frazalarını birləşdirən mətnin əvvəlindəki və sonundakı markerlərin köməyi ilə həyata keçirilir.
Mətnin əlamətləri
Mətnin makro üslubu
OBASTAN VİKİ
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Bahadır və Sona
Bahadır və Sona (roman) — Nəriman Nərimanovun romanı. Bahadır və Sona (opera) — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera.
Bal və yonca
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Balaca və Karlson
Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Balıq və çips
Balıq və çips (ing. Fish and Chips, Fish&Chips, Fish `n` Chips) — Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Kanada və Cənubi Afrikada populyar olan ayaqüstü yemək. Kartof qızartması ilə birgə verilən unda qızardılmış balıq filesindən ibarətdir. Bəzən qarğıdalı, göy noxud, lobya, soğan, incə doğranmış xiyar, bənövşəyi kələm, mayonez və ya tartar sousu kimi inqrediyentlərlə birgə verilir. Bir sıra diyetoloqlar bu yağlı yeməyin sağlamlığa ziyan olduğunu bildirirlər.
Bartlbi və çevrəsi
Bartlbi və çevrəsi (isp. Bartleby y compañía) — Enrike Vila-Matasın romanı. “Bartlbi və çevrəsi” həm roman, həm də sənədli essedir. Əsərdə müxtəlif səbəblərə görə yazmağı atmış yazıçılardan bəhs edilir. Vila-Matasın çevrəsinə həm real (Servantes, Moppassan, Rembo, Selincer, Pinçon və b.), həm də səksəndən artıq uydurma müəllif daxildir. Qeydlər formasında yazılmış romanda Bartlbi “niyə yazırıq, niyə mövcuduq?” kimi suallara cavab axtarır. Cavablar isə elə əsərin özündədir: bu cavablar qadınlar barədə bəxti gətirməyən, yazmağı bacarmayan qozbel Bartlbinin dilindən söylənilir. O, fəlsəfi gözəlliyə malik, dolaşıq düşüncələrə sahib bir insandır. Oxucuları “Yox cərəyanı” ədəbiyyatının labirintlərinə başgicəlləndirici səyahət gözləyir. Roman ATV Kitab layihəsi çərçivəsində Nicat Məmmədov və Qismət Rüstəmov tərəfindən ispan dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2016-cı ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Beyker və Makenzi
Baker & McKenzie (azərb. Beyker və Makenzi‎) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır. Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır. 2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
Bibliya və ənənə
Bibliya və ənənə — Bibliya xristianların Müqəddəs Yazılar toplusudur, ənənə isə tarixən meydana gələrək nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlərdir. Xristian ənənəsi dedikdə, bir qayda olaraq, kilsədə müəyyənləşib sabitləşmiş qayda-qanunlar, üsullar, normalar, əqidələr, kanonik müddəalar, habelə kilsə tərəfindən qəbul olunmuş liturgiya mətnləri və kilsə atalarının əsərləri nəzərdə tutulur. Ənənə mənasına gələn yunanca paradosis "παράδοσις" kəlməsi (ötürmə, ötürülən təlim) Əhdi-Cədiddə 13 dəfə işlənmişdir. 10 dəfə mənfi mənada ("insan adət-ənənəsi") işlənən bu kəlmə 3 dəfə müsbət mənada işlənmişdir. Müsbət mənasında bu kəlmə Əhdi-Cədidin Azərbaycan dilinə yeni tərcüməsində "təlim" deyə tərcümə olunmuşdur: Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərif edirəm. (1 Korinflilərə Məktub 11:2) Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. (2 Saloniklilərə Məktub2:15) Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın. (2 Saloniklilərə Məktub 3:6) İdealda xristian ənənəsi mənfi "insan adət-ənənələri"ndən uzaqlaşaraq, nəsildən-nəslə ötürülən müqəddəs ənənələrə (ilahi təlimlərə) əsaslanır. Kilsənin meydana gəlməsi ilə xristian ənənələrinin yaranması başlandı. Kilsə həm şifahi olaraq yayılan təlimləri, həm də yazılı əsərlərdə ifadə olunan ənənələri İsa Məsihin təyin etdiyi həvarilərin təlimi əsasında qiymətləndirmişdir.
Biosidlər və biostatiklər
Biosidlər və Biostatiklər — yanacaqların iki üsulla biozədələnmədən qorunması üçün nəzərdə tutulmuşdur. Birinci üsula görə, mikrob hüceyrələrinin fermentləri karbohidrogenlərin hava oksigeni (aerob mexanizmi) və ya sulfatların sulfatreduksiyaedici bakteriyalarla reduksiyası zamanı ayrılan oksigenlə (anaerob mexanizmi) oksidləşməsinə katalitik təsir göstərir. Prosesə bakteriyaların bəzi həyat fəaliyyəti məhsullarının dispersləşdirici təsiri kömək edir. İkinci üsula görə, mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları yanacağı korlayır, onun nasosla vurulma qabiliyyətini pisləşdirir və korroziya aqressivliyini artırır. Biosidlər yanacaqda meydana çıxan mikroorqanizmləri məhv edir, biostatiklər onların inkişafını ləngidir. Biosid və biostatiklər yanacaqlarda nadir halda istifadə olunur. Belə ki, mikroorqanizmlərin intensiv inkişafı üçün isti və nəm iqlim tələb olunur. Biosidlər və Biostatiklər üç müxtrəlif mexanizm üzrə təsir göstərir. Etilendiamintetrasirkə turşusu və ya qlutaraldehid növ aşqarlar hüceyrənin xarici struktur funksiyalarını inhibirləşdirir, digərləri (spirtlər, sellozolvlar, səthi-aktiv maddələr) bakteriya hüceyrələrinin divarlarını dağıdır. Üçüncülər (aldehidlər, alkilləşdirici agentlər) sitoplazmatik strukturu – amin turşuları, zülallar və s.
Birhüceyrəlilər və ibtidailər
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Qeyd etmək lazımdır ki, bəzi təsnifatlarda göbələklər və bitkilərə aid olmayan bütün eukariotik canlılar Protista parafiletik qrupa daxil edilir. Bu təsnifatda Protista – İbtidailər (Protozoa), Yosunlar (Algae) və Göbələyəbənzər orqanizmlər (Oomycota, Labyrinthulomycota, Hyphochytriomycota, Myxomycota, Plasmodiophoromycota). İbtidailərin təsnifatı onların hərəkət və çoxalma xüsusiyyətləri əsasında aparılır. Protista anlayışı ilk dəfə 1866-cı ildə Hekkel tərəfindən verilmişdir. O, canlı aləmi 3 aləmə ayırmışdı: İbtidailər (Protista), bitkilər (Plantae) və heyvanlar (Animalia). Sonralar bu sistem qəbul edilmədi, eukariotlar ikialəmli sistemdə (Plantae və Animalia) təsnif edildi. Yalnız 1969-cu ildə Uitteker (Whittaker, 1969) bütün eukariotları 4 aləmdə (Fungi, Animalia, Plantae və Protista) birləşdirdi. Burada Göbələklər (Fungi) – miseli əsaslı struktura malik, saprofit qidalanma ilə yaşayan orqanizmlərdir; Bitkilər (Plantae) – çoxhüceyrəli damarlı eukariotlar olub fototrof qidalanma ilə yaşayan orqanizmlərdir; Heyvanlar (Animalia) — çoxhüceyrəli eukariotlar olub heterotrof qidalanma ilə yaşayan orqanizmlərdir.
Bonni və Klayd
Bonni və Klayd — Bonni Parker və Klayd Barroudan təşkil olunmuş quldur dəstəsi. Bonni və Klayd, uzun müddət ABŞ-də cinayətkarlardan hesab olunmuşdular. Dəstənin fəaliyyəti 1930-cu illərin əvvələrində bank və dükanların soyulması ilə başlamışdır. XIX əsrin 30-cu illərində Şimali Amerikada yaşayan əhalidə işsizlik və aclıq problemi olduğundan, əhali varlı insanları xüsusən də bankları günahlandırırdı. Bu səbəbdən Bonni və Klayd tərəfindən gerçəkləşdirilən soyğunçuluq hadisələri yerli xalq tərəfindən hər zaman hərarətlə qarşılanmışdır. ABŞ-də Bonni və Klayd arasında sevgi münasibətlərinin olduğu daim ehtimal edilmişdir. Hər iki şəxsin bunu inkar etməməsi, bu barədə olan ehtimalları zamanla doğrulamışdır. Bonni və Klayd dəstəsinin özünə məxsus cəhətlərindən biri də, hər soyğundan sonra hadisə yerinə çiçək buraxılması idi.
Bonni və Klayn
Bonni və Klayd — Bonni Parker və Klayd Barroudan təşkil olunmuş quldur dəstəsi. Bonni və Klayd, uzun müddət ABŞ-də cinayətkarlardan hesab olunmuşdular. Dəstənin fəaliyyəti 1930-cu illərin əvvələrində bank və dükanların soyulması ilə başlamışdır. XIX əsrin 30-cu illərində Şimali Amerikada yaşayan əhalidə işsizlik və aclıq problemi olduğundan, əhali varlı insanları xüsusən də bankları günahlandırırdı. Bu səbəbdən Bonni və Klayd tərəfindən gerçəkləşdirilən soyğunçuluq hadisələri yerli xalq tərəfindən hər zaman hərarətlə qarşılanmışdır. ABŞ-də Bonni və Klayd arasında sevgi münasibətlərinin olduğu daim ehtimal edilmişdir. Hər iki şəxsin bunu inkar etməməsi, bu barədə olan ehtimalları zamanla doğrulamışdır. Bonni və Klayd dəstəsinin özünə məxsus cəhətlərindən biri də, hər soyğundan sonra hadisə yerinə çiçək buraxılması idi.
Bosniya və Herseqovina
Bosniya və Herseqovina (bosn. və xorv. Bosna i Hercegovina, serb. Босна и Херцеговина) — cənub-şərqi Avropada dövlət. Bosniya və Herseqovina Balkan yarımadasına yerləşir. Şərqdə Serbiya, cənub-şərqdə Monteneqro, şimalda və cənub-qərbdə Xorvatiya ilə həmsərhəddir. Cənubda isə 24 kilometrlik uzunluğunda Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Sarayevo, ümumi sahəsi 51,129 kvadrat kilometrdir. Bosniya və Herseqovina ərazi quruluşu baxımından konfederativ ölkədir. Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar.
Buyin və Miyandəşt
Buyin və Miyandəşt — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,933 nəfər və 2,537 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, gürcü dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin gürcücə adı Torelidir.
Buğdayıq və Qumayıq
Bükrek və Sanqal
Bükrek və Sanqal - türk və altay mifologiyasında bibirleriyle döyüşən iki əjdaha. Döyüşərkən, görünüşləri İn və Yan simvolunu xatırladır. Bükrek - türk və altay mifologiyasında əjdaha. Bükre və yaBukra (Bukrak) olaraq da bilinər. Yaxşı xüsusiyyətlərə malikdir. İnsanlara zərər verməz, hətta köməkçi olar. Kərtənkələ görünüşlüdür. Qanadları yoxdur, bu səbəblə uça bilməz. Bütün dənizləri bir-birinə bağlayan böyük dənizdə (okeanda) yaşayır. Uzun bir boyu və çox güclü pəncələri vardır.
Cammu və Kəşmir
Cammu və Kəşmir — Hindistanın şimalında ştat. Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər. Sahəsi 222,2 min km2 -dir. Əhalisi 12,5 milyon nəfərdir(2011), tərkibi əsasən, kəşmirlilərdən ibarətdir.
Cihazlar və qurğular
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Cinayət və cəza
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление и наказание) — Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və 1867 illərində 12 ay ərzində aylıq Rus Xəbərçi (rus. Русский вестник) ədəbi jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra yazdığı ikinci romandır. Cinayət və cəza onun "yetkin" dövrün birinci romanı sayılır. Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Coşəqan və Kamu
Kamu və Covgan (2013-cü ilə qədər Çövşiqan və Kamu) – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,477 nəfər və 1,730 ailədən ibarət idi.
Debet və kredit
Debet və kredit — standartlaşdırılmış mühasibat metodik üsulları. İqtisadi və digər proseslərin imkanlarını və istiqamətlərini ortaya qoyurlar və bu imkanlar üçün sərhədləri aşkar edirlər. İki növ hesab mövcuddur: aktiv və passiv. Passiv borc götürülmüş vəsait deməkdir; aktiv — bir şirkətin, müəssisənin və ya bankın ayrılmış vəsaiti. Aktiv hesablar üçün: debet — qəbz, kredit — xərc. Passiv üçün: kredit — gəlir, debet — xərc. Debet — hesabın sol tərəfi. Aktiv və aktiv-passiv hesablar üçün: debetdəki artım, təşkilatın mülkiyyət və ya mülkiyyət dəyərində artım deməkdir. Passiv hesablar üçün: debetdə artım təşkilatın öz fondlarında (mənbələrində) azalma deməkdir, lat. debet — yəni "etməlidir" deməkdir.
Düzd və qazı
Düzd və qazı (“Oğru və qazı”) — XVIII əsr Azərbaycan bədii nəsr nümunəsi. Yazılış tərzi, ruhu və məzmununa görə xalq lətifələrini xatırladan bu kiçik həcmli əsər ilk Azərbaycan hekayəsi sayılır. Hekayə şəriət sahəsində ad çıxarmış bir qazı ilə onu soymaq istəyən oğrunun mübahisəsi üzərində qurulmuşdur. Hekayədə həm qazı, həm də dini ayə və hədislərdən öz şəxsi mənafeyi üçün istifadə edən oğru tənqid olunur. Gecə öz bağına gedən qazı burada oğruyla rastlaşır. Gündüzlər qəddar və amansız olan qazı indi öz kölgəsindən belə qorxur, acizləşir. Oğru öz biliyi, ağlı və fərasəti ilə qazıya üstün gəlir, onu soyur. Əsərin sonunda qazı öz xoşu ilə qızını ona verir. Hekayənin dili, təsvir vasitələri, mükalimələri, bədii-psixoloji dialoqları canlı və təbii olub, xalq danışıq üslubuna yaxındır. Əvvəllər tərcümə əsəri olunan bu hekayənin müəllifliyi Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə istinad edilmişdir.
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.