MAKKARTİZM

is. [ xüs. is. -dən] 1950-ci illərdə ABŞ-da ifrat mürtəce siyasi cərəyan.
MAKİNAÇILIQ
MAKREL
OBASTAN VİKİ
Makkartizm
Makkartizm (1940–1950) — ABŞ-də Soyuq müharibənin təsiri nəticəsində özünü göstərən, adamlara "gözünün üstündə qaşın var" deməklə, kommunist olmaqda günahlandırılaran və 1940-cı illərin sonu 1950-ci illərin əvvəlinə qədər davam edən "fikri teorem" idi. Bu teoremin yaradıcısı Makkarti idi. Cozef Raymond Makkarti (14 noyabr 1908 – 2 may 1957) 1947–1957-ci illər arasında Viskonsin əyaləti Respublikaçı partiyasının senatoru idi. Bu illər eyni zamanda "İkinci Qırmızı Qorxu Günləri" də adlanır. Makkartizm termini ilk dəfə olaraq Herbert Blok tərəfindən işlədilmişdi və 29 mart 1950-ci ildə Washington Post qəzetində dərc edilmiş bir karikatura ilə başladı. == Makkartizmin əsasları == İkinci dünya müharibəsindən sonra SSRİ-nin 1949-cu ildə ilk atom bombası sınağını keçirməsi, eyni ildə Çində Mao Tszedunun hakimiyyətə gəlməsi, 1950-ci ildə baş verən Koreya müharibəsi, Amerikanın iki sovet ölkəsi – Çin və Şimali Koreya ilə münasibətlərinin pozulması ABŞ-yə kommunizmin heç də zəif olmadığını göstərdi. Julios və Ethel Rosenborgun atom bombasının sirlərinin SSRİ-yə verdikləri üçün əvvəl tutulub sonra edam olunması Makkatizm dəyirmanına su tökdü… Cozef MakKarti səhnəyə ilk dəfə 19 fevral 1950-ci ildə Lincoln günündə Qərbi Virciniyadakı Wheeling Respublikaçı Qadınlar Klubununda etdiyi çıxışı ilə çıxdı. Buradakı çıxışında Xarici İşlər Nazirliyində işləyən kommunistlərin adlarının olduğunu iddia edən bir sənəd təqdim etdi. Burada etdiyi çıxışda o, iştirakçılara: "Əlimdə Xarici İşlər Nazirliyində Komunist Partiyasının üzvü olan, ancaq hələ də burada işləyən və ölkənin xarici siyasətini müəyyənləşdirən 205 adamın adı var". 19 fevral 1950-ci ildə etdiyi 6 saatlıq çıxışında dövlətin çox önəmli orqanlarında işləyən 80-ə qədər vəzifəli şəxsin kommunist olduğunu və Harri Trumenin buna qarşı bir tədbiri olmadığını söylədi.

Значение слова в других словарях