MAKRO…

первая часть сложных слов, обозначающая:
1. большой, крупный
2. связанный с изучением больших предметов, величин
MAKİNTOŞ
MAKROFAQLAR
OBASTAN VİKİ
Makro iqtisadiyyat
Makroiqtisadiyyat (q.yun. μακρός — "böyük" və q.yun. οἶκος — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir. Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir. Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır. Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.
Makroassembler
Makroassembler (ing. macro assembler, ru. макроассемблер) — makroəvəzləməni və makrogenişlənməni yerinə yetirməyə imkan verən assembler; yəni bir neçə göstərişdən ibarət makros təyin etmək olar və sonra onun adını proqramda istifadə etməklə həmin operatorların yenidən yazılmasından qurtulmaq olar. Məsələn, swap (yerdəyişmə) adlandırılan aşağıdakı makrokomanda iki dəyişənin qiymətini bir-biri ilə əvəzləyir: macrof swap,2 ldx %1 ldl %2 stx %2 sty %1 endm swap swap makrosunu təyin etdikdən sonra proqrama “swap a,b” tipli komanda əlavə etmək olar; translyasiya zamanı bu komanda makrosun komandalar ardıcıllığı ilə əvəzlənəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Makrobentos
Makrobentos — Ölçüləri 2 mm-dən böyük olan dib (bentos) orqanizmlərinin məcmusu (həşəratların sürfələri, iri molyusklar, polixetlər, xərçəngkimilər və s.). == Mezobentos == Ölçüləri 1mm-dən 2 mm-ə qədər olan bentik heyvan qrupları. == Mikrobentos == Ölçüləri 1mm-dən kiçik bentik heyvan qrupları.
Makroelementlər
Makroelementlər — Bitki tərəfindən çoxlu miqdarda mənimsənilən kimyəvi elementlər. == Makroelementlər == Canlı orqanizmdə öz kütləsinin 0,001-dən 60%-ə kimi təşkil edir. (Oksigen, Hidrogen, Karbon, Azot, Fosfor, Kalsium, Kükürd, Maqnezium, Natrium, Dəmir və b.) Makroelementdən orqanogen elementlər (orqanogenlər) ayırırlar. (Oksigen, Hidrogen, Karbon, Azot,) onlardan əsasən üzvi maddələr – zülallar, yağlar, karbohidrogenlər, fermentlər, harmonlar, vitaminlər və onların çevrilmə məhsulları alınır.
Makrofaqlar
Makrofaqlar, poliblastlar – (yun. dilində μακρός — böyük, и φάγος — yiyən deməkdir) heyvan orqanizmində mezenxim təbiətli hüceyrələr. == Makrofaq == Bakteriyaları, məhv olmuş hüceyrə qalıqlarını və orqanizm üçün yad və zəhərli hissəcikləri fəal surətdə tutur və həzm edir. Makrofaq terminini İ.İ.Meçnikov (1992) elmə daxil etmişdir.
Makrofitlər
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Makrofitobentos
Makrofitobentos — yun. dilində makros +fitton , wielki + zavod deməkdir == Makrofitobentos == Yaşayışı su hövzəsinin dibində keçən su bitkilərinin məcmusu (bir çox qonur, qırmızı, yaşıl yosunlar və s.). Dünya okeanında Makrofitobensoz 200 mln.t. təşkil edir. Bir çox makrofitobentosunn nümayəndələri qida, tibbi əhəmiyyət daşıyır: laminariya (dəniz kələmi), qamış, anfelsiya, zostera və s. Makrofitbentosun dünyada yığımı 1,5 mln t. təşkil edir, o, 18–20 mln t.a.-da çata bilər, o cümlədən qonur yosun 16 mln t, qırmızı yosun 3 mln t. == Makrofitofaqlar == Makrokonsumentlər, nisbətən iri bitkilərlə qidalanır. == Makrofitofillər == İri bitkilər arasında və ya üzərində yaşamağı üstün tutan orqanizmlər.
Makrofitofil
Makrofitofil — iri bitkilər üzərində yaşayan orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Makroflora
Makroiqlim
Makroiqlim — qlobal və regional masştabda iqlim şərtləri. Təmiz halda makroiqlim hallarını 10–100 metr yüksəklikdə müşahidə etmək olar. Ona orada yerin yerli xüsusiyyətləri təsir etmir.
Makroiqtisadi fikir tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Makroiqtisadi fikirlərin tarixi

Makroiqtisadi model
Makroiqtisadi model (ing. Macroeconomic model) — ölkənin və ya bölgənin iqtisadiyyatındakı problemlərin işini təsvir etmək üçün hazırlanmış analitik bir vasitədir. Bu modellər ümumiyyətlə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi, ümumi qazanc, istehsal mənbələrindən istifadə səviyyəsi və qiymət səviyyəsi kimi cəmlənmiş miqdarların müqayisəli statikasını və dinamikasını öyrənmək üçün hazırlanmışdır. Makroiqtisadi modellər məntiqi, riyazi və / və ya hesablama ola bilər; müxtəlif növ makroiqtisadi modellər fərqli məqsədlərə xidmət edir və fərqli üstünlük və mənfi cəhətlərə malikdir. Makroiqtisadi modellər əsas nəzəri prinsipləri aydınlaşdırmaq və göstərmək üçün istifadə edilə bilər; bunlar müxtəlif makroiqtisadi nəzəriyyələri yoxlamaq, müqayisə etmək və miqdarını təyin etmək üçün istifadə edilə bilər; ssenarilər yaratmaq üçün istifadə edilə bilər (ümumiyyətlə pul, maliyyə və ya digər makroiqtisadi siyasətlərdəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün); və bunlardan iqtisadi proqnozlar vermək üçün istifadə edilə bilər. Beləliklə, makroiqtisadi modellər tədris və tədqiqat üçün akademik dairələrdə geniş istifadə olunur və beynəlxalq təşkilatlar, milli hökumətlər və daha böyük şirkətlər, iqtisadi məsləhətçilər və düşüncə mərkəzləri tərəfindən də geniş istifadə olunur. == Növləri == === Sadə nəzəri modellər === Az sayda tənlik və ya diaqram daxil olan makroiqtisadiyyatın sadə dərslik təsvirlərinə tez-tez "modellər" deyilir. Buna misal olaraq IS-LM modeli və Keynsçilik makroiqtisadiyyatın Mandell-Fleminq modeli, eləcə də neoklassik böyümə nəzəriyyəsinin Ramsey — Kass — Kumpas modeli daxildir. Bu modellərin bir neçə ortaq cəhəti var. Bunlar çoxsaylı dəyişənləri əhatə edən çoxsaylı tənliklərə əsaslanır və bunlar tez-tez sadə diaqramlardan istifadə etməklə izah edilə bilər.
Makroiqtisadi modellər
== Məcmu tələb-məcmu təklif modeli == AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meyilli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Makroiqtisadi populizm
Makroiqtisadi populizm — ilk dəfə 1990-cı ildə Rudi Dornbuş və Sebastian Eduards tərəfindən hazırlanmış yazılı məruzədə işlədilən termin. Bu termin, bir çox Latın Amerikası hökumətləri tərəfindən yeridilən siyasətlərə istinad edir. Bu siyasətlərin xarakterik cəhəti dövlət xərcləri və real əmək haqqının qeyri-davamlı şəkildə artaraq inflyasiyaya, ardınca staqflyasiyaya və ən sonda isə real əmək haqqının, hətta populist dövr başlamazdan əvvəl olduğundan da daha aşağı səviyyədə olduğu iqtisadi böhrana səbəb olmasıdır. Bu yazılı məruzə, Salvador Alyendenin rəhbərlik etdiyi Çilini və Alan Qarsiyanın Perudakı ilk hakimiyyət dövrünü nümunə kimi göstərir. 1991-ci ildə Dornbuş və Eduards "Latın Amerikasında populizmin makoiqtisadiyyatı" adında kitab nəşr etdilər. Bu kitabda bir neçə fərqli ölkədəki vəziyyət, o cümlədən 1973-1976-cı illərin Argentinası, 1970-1982-ci illərin Meksikası və ümumi Braziliya təhlil edilir. 2014-cü ildə Pol Kruqman, Kristina Fernandez de Kirşnerin rəhbərlik etdiyi Argentinanın yeritdiyi siyasətləri və Venesuelanı makroiqtisadi populizmin yeni halları kimi qeyd edirdi. 2014-cü ildə o, mühazirə zamanı Argentinaya tərəf olan hücumları düzgün qarşılamadığını demiş və həmçinin bunların ona "müəyyən qədər büdcə-vergi (fiskal) siyasəti və pul-kredit (monetar) siyasətindən kənar qalmış" kimi göründüyü də qeyd etmişdir. == Rəsmi tərif == Yazılı məruzənin orijinal halında makroiqtisadi populizmin tərifi belə verilmişdir: "Makroiqtisadi populizm, artım və gəlir bölgüsünün əhəmiyyətini vurğulayarkən, inflyasiya və maliyyə kəsrlərinin yaranması risklərinə, xarici məhdudiyyətlərə və iqtisadi təmsilçilərin istilaçı bazarxarici siyasətlərə reaksiyalarına əhəmiyyət verməyən iqtisadiyyata doğru yanaşmadır". == Mərhələlər == Populsitin dövr, ümumilikdə, sabitləşdirmə proqramından sonra başlayır.
Makroiqtisadi siyasət
Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir. === Pul-kredit (monetar) siyasəti === Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bannkların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.
Makroiqtisadiyyat
Makroiqtisadiyyat (q.yun. μακρός — "böyük" və q.yun. οἶκος — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir. Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir. Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır. Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.
Makroiqtisadiyyatın tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Makrokomanda
Makrokomanda (ing. macro instruction, ru. макрокоманда) — makrotəyinləri idarə etmək üçün istifadə olunan komanda. Makrokomandalarla işləyən hər bir prosessor və ya assembler özünün makrokomandalar yığınını dəstəkləyir. Məsələn, macroassembler .macro və .endm makrokomandalarını tanıya bilər; C dilinin ANSI ön-uc (FRONT-END) prosessorları #define komandasını tanıyır. endm macro define == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Makrometeorologiya üsulu
Makrometeorologiya üsulu vasitəsilə atmosferin ümumi sirkulyasiyasının xarakterinin uzunmüddətli dəyişməsinin və bununla əlaqədar olaraq müxtəlif coğrafi rayonlarda havanın proqnozunu hazırlamaq mümkündür. Sinoptik meteorologiyada olduğu kimi, makrometeorologiyada da bir çox hallarda sinoptik üsuldan istifadə edilir. Makrometeorologiya üsulunu sinoptik üsuldan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Bunlara öyrənilən proseslərin zaman və məkana görə müxtəlif miqyasda dəyişməsini aid etmək olar. Məsələn, qısamüddətli proqnoz ucun ilkin yanaşmada baxılan nisbətən böyük olmayan rayonun cari və bir-iki gün əvvəlki sinoptik və yüksəklik xəritələrinin təhlili ilə kifayətlənmək olursa, uzunmüddətli proqnozlar ucun bunlar azdır. Burada bir necə günü, həftəni, hətta bir necə ayı əhatə edən proseslərin təhlili lazımdır.
Makroorqanizm
Makroorqanizm — 5 mm-dən böyük olan orqanizimlər. Makroorqanizm və ya mikrob yalnız mikroskopla görüləcək qədər kiçik bir canlı və ya orqanizmdir. == İstinadlar == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Makroprosessor
Makroprosessor (ing. macro processor, ru. макропроцессор )- makrogenişlənmələri yerinə yetirə bilən proqram. Makrosları emal edə bilən hər bir proqramın özünün, özəl makrodilli makroprosessoru olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Makrorelyef
Makrorelyef (rus. макрорельеф ing. macrorelief) (yunca makros- böyük və relyef demekdir) — yer səthinin əsasən endogen proseslərlə yaranmış iri relyef formaları. Yüksəkliyi (dərinliyi) bir neçə yüz və min metrlərlə ölçülür/ silsilələr, dağarası çökəkliklər, vulkan konusları və s/.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
Makrostomidlər
Makrostomidlər (lat. Macrostomida) — yastı qurdlar tipinin kirpikli qurdlar sinfinə aid olan dəstə. == Xarici quruluşu == Kiçik ölçülü (0.3–1 mm.) trubellarilərdir. Onların orta bağırsağı şaxələnmir, kisə şəklindədir. Mirostmum 3–4 mm. ölçüdə olur. Mikrostomum çox maraqlı qeyri-cinsi yolla çoxalır. == Yayılması == Dənizlərdə və şirin sularda yaşayırlar == Həyat tərzi == Yırtıcı həyat tərzi keçirirlər, bir çox onurğasızlarla, hətta hidralarla qidalanırlar.Bu dəstənin 2 növü vardır. == Təsnifatı == Microstomum lineare Microstomum lineare == Ədəbiyyat == B.Ağayev, Z.Zeynalova. Onurğasızlar zoologiyası.
Makrotəkamül
Makrotəkamül — növdən yüksək səviyyədə baş verən təkamüldür. Yəni bu zaman cins, fəsilə, dəstə , sinif, şöbə, tip aləm və s. əmələ gəlir. Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır. Yəni makrotəkamül uzun müddətdə baş verən dəyişlilmədir. Makrotəkamülün əsasında mikrotəkamül durur. Onlar arasında kəskin fərq yoxdur. Canlıların inkişaf tarixində mikrotəkamüllə yanaşı, makrotəkamül də baş vermişdir. Makrotəkamül daha yüksək təkamül tək növdən yüksək taksonomik vahidlərin yaranmasına səbəb olmuşdur. Makrotəkamül uzun sürən proses olduğuna görə onu bilavasitə izləmək mümkün deyil.