Mal Bazarlarının Coğrafi Sərhədləri

malların və onların əvəzləyicilərinin dövriyyədə olduğu ərazilərdir (ölkələr və ya ölkələr qrupudur).
Mal Bazarı
Mal Ehtiyatlarının Qiymətləndirilməsi
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
Meşə sərhədləri
Meşənin aşağı sərhəddi- boreal iqlim şəraitində dağ meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla) əvəz olunmasına səbəb yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir. Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə əvəz olunur. Böyük Qafqazın şimal-şərq yamacında meşənin aşağı sərhədi yoxdur. Burada dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir. Düzənliyin ərazisində bəzi yerlərdə dənizə qədər meşələrin yayılması müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi, yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir. Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına təsadüf edilir. Respublikanın dağ yamaclarnda meşənin aşağı sərhədinin və antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır.
Azərbaycan sərhədləri
Azərbaycanın sərhədləri — Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3360 km, o cümlədən quru sərhədlərinin 2648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası ilə 390 km, şimal-qərbdə Gürcüstan ilə 471 km, qərbdə və cənub-qərbdə Ermənistan ilə 1007 km, qərbdə Türkiyə ilə 15 km və cənubda iran 765 km ilə həmsərhəddir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713 km olan Xəzər dənizi yuyur. Rusiya Federasiyası ilə sərhəd xətti Samurçay, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıxçay ilə Qabırrıçayın və Kür ilə Qabırrıçayın suayırıcısı təşkil edir. Ermənistanla sərhədi, əsasən, Murğuz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran ilə sərhədini çox yerdə Araz, Bolqarçay, Astaraçay və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir.
Azərbaycanın sərhədləri
Azərbaycanın sərhədləri — Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3360 km, o cümlədən quru sərhədlərinin 2648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası ilə 390 km, şimal-qərbdə Gürcüstan ilə 471 km, qərbdə və cənub-qərbdə Ermənistan ilə 1007 km, qərbdə Türkiyə ilə 15 km və cənubda iran 765 km ilə həmsərhəddir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713 km olan Xəzər dənizi yuyur. Rusiya Federasiyası ilə sərhəd xətti Samurçay, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıxçay ilə Qabırrıçayın və Kür ilə Qabırrıçayın suayırıcısı təşkil edir. Ermənistanla sərhədi, əsasən, Murğuz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran ilə sərhədini çox yerdə Araz, Bolqarçay, Astaraçay və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Azərbaycan Cümhuriyyətinin Sərhədləri
Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri — == Şimal == Azərbaycanın şimal sərhədləri Solak çayının Qara dənizə töküldüyü nöqtədən (Gürcüstan sərhəddindən) başlanır. Sərhəd xətti çay boyunca Acar dağların qədər uzanır. Bu dağların zirvəsi ilə irəliləyən sərhəd xətti Kino (8522 fut yüksəkliyində), Taşnaur (8735 fut), Qotimeriya (8769 fut) zirvələrinə, Zekar keçidinə, Naqueva dağlarına və Sağalotlobaçi zirvəsinə çatır. Buradan sərhəd xətti cənub-şərqə yönəlir, Kürün qolu olan Keyda-su boyunca gedir. Çayı keçdikdən sonra o, Tusselbaya tərəf, Çitis-Kibey (8554 fut) zirvəsinə doğru irəliləyir, Kür çayının qollara ayrıldığı istiqamətdə uzanır, sonra Axaşen kəndinin yanında Kürün axını istiqamətində cənuba dönür, daha sonra Kür boyunca üzüaşağı, Kurtanakev kəndinə qədər düz cənuba gedir. Sonra sərhəd xətti keçmiş Rusiya imperiyasının inzibati bölgüləri əsasında mövcud olan sinirlər boyunca şərqə dönür (Axalkələk vilayəti, Qars ərazisi, Aleksandropol (Gümrü) vilayəti, İrəvan quberniyası.) və Çəri dağın (9152 fut), Üç təpənin (9783 fut), Örtülü dağın (8030 fut), Öküz dağın (8018 fut), Akçalanın (10500 fut) zirvələrindəni keçir. Bu nöqtədən sərhəd xətti Axalkələk və Borçalı vilayətləri arasındakı keçmiş inzibati sərhəd boyunca cənuba gedir, sonra Yemlikli (10017 fut), Ağrıkar (9765 fut) dağ zirvələrindən, Pavakaran dağ silsiləsindən keçir və Dəlidağın (8624 fut) zirvəsinə qədər gəlib çatır. Bu nöqtədən sərhəd xətti şərqə istiqamət götürür, İnardağın (6636 fut), Bulaq dağın (6317 fut) zirvələrindən keçir və Aleksanderhiff kəndinə qədər uzanır. Bu kəndin arxasından sərhəd xətti Xramçayın boyunca şimal-şərq istiqamətində Arixli kəndinə və Böyük Tkiatam təpəsinə tərəf yönəlir, Aleksandropol-Tiflis dəmir yolu xəttinə paralel olaraq üç verst qərb istiqamətinə irəliləyir, Naftuluq dəmir yolu stansiyasının 6 kilometrliyində Yelizavetpol-Tiflis dəmir yol xəttini bir qədər keçir. Buradan sərhəd xətti yenidən şərqə tərəf dönür, Qara dərə, Sarıyer, Karvan təpə, Naomeri (3185 fut) dağ zirvələrindən, Muğanlı və Tullar kəndlərindən, Ləmbəli (2537 fut) zirvəsindən, Katari aşırımından, Milatis, nəhayət, Bilenta (3052 fut) və Nikoratcixa (3290) zirvələrindən keçir.
Ukraynanın dövlət sərhədləri
Ukraynanın dövlət sərhədləri həm xətti, həm də şaquli bir səthidə müəyyən olunur — quruda, suda, yer altında və hava mühitində. Dövlət sərhəddini Ukraynanın Dövlət Sərhəd Xidməti qoruyur. Ukraynanın dövlət sərhədləri yerlərdə aydın görünən sərhəd nişanları ilə, beynəlxalq müqavilələr və Ukrayna qanunları ilə nizamlanır.ölçüləri və qaydaları . Müasir zamanda Ukrayna yeddi ölkə ilə həmsərhəddir. Ümumi quru sərhədlərinin uzunluğu 5638 km-dir. Ölkənin Qara dəniz sərhədləri 1057 km, Azov dənizi — 250 km. Toplam quru və dəniz sərhədlərinin cəmi 6993 km-dir. Ukraynanın dəniz sərhədlərinə sahildən 12 dəniz mili uzaqlığındakı məsafə daxildir. Bu əraziyə düşən adalar da qanunla ölkə ərazisi hesab olunur. Bütün bu ərazilərin coğrafi kordinatları Ukrayna Nazirlər Kabineti tərəfindən nizamlanır.
Bakı Bazarlarının Tipləri (1907)
Bakı bazarlarının tipləri ― rejissor Vasili Amaşukeli tərəfindən 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Film günümüzə qədər gəlib çatmayıb. == Filmin üzərində işləyən == Rejissor: Vasili AmaşukeliOperator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. == Hadisə == Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Coğrafi element
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi irq
Coğrafi komponentlər
Coğrafi koordinatlar
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi koordinatları
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Coğrafi landşaft
Coğrafi mövqe
Yer səthində hər hansı bir məntəqənin və ya ərazinin bu məntəqədən və ərazidən kənarda yerləşən ərazi və ya obyektə nisbətən tutduğu mövqedir. Coğrafi mövqe hər şeydən əvvəl məntəqənin və ərazinin coğrafi enliyi və uzunluğu ilə müəyyən edilir ki, buna riyazi coğrafi mövqe deyilir. Coğrafi mövqe fiziki-coğrafi obyektlərə (materiklərə, dağlara, okeanlara, dənizlərə, çaylara, göllərə və s.yə) görə tutduğu mövqeyinə nisbətən götürülür. İqtisadi və siyasi coğrafiyada Coğrafi mövqe dedikdə ölkənin, rayonun, yaşayış məntəqəsinin və ya digər bir obyektin başqa iqtisadi-coğrafi ( o cümlədən nəqliyyat yollarında, təsərrüfat mərkəzlərinə və s.-yə) və fiziki-coğrafi obyektlərə, habelə bir ölkənin o biri ölkəyə və ya başqa ölkələrə görə tutduğu mövqe nəzərə alınır.
Coğrafi mühit
insan cəmiyyətinin əhatə edən , cəmiyyətin həyatı və istehsal fəaliyyəti ilə bilavasitə bağlı olan bir hissəsi.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Coğrafi bloklama
Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnternet geolokasiya üsullarından istifadə etməklə müəyyən edilir, məsələn istifadəçinin IP ünvanını qara siyahı və ya ağ siyahı ilə yoxlamaq və istifadəçinin fiziki yerini təxmin etmək üçün şəbəkə bağlantısının ucdan-uca gecikməsini ölçmək. Bu yoxlamanın nəticəsi sistemin veb-sayta və ya konkret məzmuna girişi təsdiq edib-etmədiyini müəyyən etmək üçün istifadə olunur. Geolokasiya digər aspektlərlə yanaşı, təqdim olunan məzmunu, məsələn, malların göstərildiyi valyutanı, mövcud malların qiymətini və ya çeşidini dəyişdirmək üçün də istifadə edilə bilər. Termin ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir. Coğrafi blok üçün zərərli trafiki bloklamaq və ya qiymət diskriminasiyasını tətbiq etmək, məkan autentifikasiyası, fırıldaqçılığın qarşısını almaq və onlayn qumar oyunları (qumar qanunları regiona görə dəyişir) kimi digər səbəblər də mövcuddur. == Əsaslandırma == Audiovizual əsərlərə eksklüziv ərazi hüquqlarının mülkiyyəti regionlar arasında fərqlənə bilər, Bu məzmun provayderlərindən təyin olunmuş regiondan kənarda istifadəçilərə girişə icazə verməməyi tələb edir. Məsələn, HBO Now onlayn xidmət olsa da yalnız ABŞ-də yaşayanlar üçün əlçatandır və digər ölkələrdə fəaliyyət göstərə bilməz, çünki onun ana şəbəkəsi HBO artıq müxtəlif yayımçılara (məsələn, Kanadada HBO kataloq lisenziyasını Bell Mediaya vermişdi) proqramlaşdırma üçün eksklüziv hüquqlar vermişdi. Bənzər səbəblərə görə, Netflix kimi abunə olunan seç-izlə xidmətlərində mövcud olan məzmun kitabxanası da bölgələr arasında dəyişə bilər və ya xidmət istifadəçinin ölkəsində ümumiyyətlə mövcud olmaya bilər. Coğrafi bloklama digər məqsədlər üçün də istifadə edilə bilər.