manuel

m dərslik; ~ de français fransız dili dərsliyi; travail ~ əl işi

manteau
manuscrit
OBASTAN VİKİ
Con Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
II Manuel
II Manuel (port. Manuel II; 15 noyabr 1889[…], Belensk sarayı[d], Lissabon və ya Lissabon – 2 iyul 1932[…], Fulvell[d], Midlseks[d] və ya London — Portuqaliyanın sonuncu kralı. Saksen-Koburq-Qota evinə mənsub idi, rəsmi olaraq Braqanza sülaləsinin nümayəndəsi sayılırdı (lakin əslində onlar yalnız qadın xəttində, Saksen-Koburq-Qota ailəsinə mənsub idilər). == Bioqrafiyası == Kral I Karloşun və Orleanlı Ameliyanın ikinci oğlu. 198 yaşında, 19 fevralda atası və taxtın varisi Luiş Filipenin böyük qardaşı Lissabonda 1 fevral 1908-ci ildə öldürüldükdən sonra taxta çıxdı. Manuel özü də bu sui-qəsd cəhdində yüngül yaralandı. Sosialistlər və Respublikaçıların qəti bir qələbə qazandığı demokratik seçki adlanan diktator hökuməti qovdu. İki il sonra (1910), inqilab tərəfindən devrilən Portuqaliya bir respublika elan edildi. Sürgündə Manuel orta əsr Portuqal ədəbiyyatı haqqında bir kitab yazdı. Böyük Britaniyada öldü.
I Manuel
I Manuel (port. Manuel I de Portugal) və ya Uğurlu Manuel (port. Dom Manuel O Venturoso) (31 may 1469, Lissabon – 13 dekabr 1521, Lissabon) — Portuqaliya kralı. Aviz sülaləsinə mənsub olan Manuel əmisi oğlu II Conun ardından taxta çıxmadan öncə Beja və Vizey hersoqu idi. Saysız-hesabsız coğrafi kəşflər səbəbilə Portuqaliya krallığının ən güclü dönəmində səltənət sürən Manuel, Vasko da Qamaya göstərdiyi maddi dəstəklə Hindistana dəniz yolunun kəşf olunmasını təmin etdi. == Həyatı == == Mənbə == Sanceau, Elaine (1970). Reign of the Fortunate King, 1495–1521: Manuel I of Portugal. Hamden, Conn.: Archon Books. ISBN 0-2080096-8-X Rebelo, Luis (2003). "Manuel I, King of Portugal".
Manuel Belqrano
Manuel Belqrano (isp. Manuel José Joaquín del Corazón de Jesús Belgrano; 3 iyun 1770[…], Buenos-Ayres – 20 iyun 1820[…], Buenos-Ayres) — argentinalı hüquqşünas, siyasətçi və general. Argentina bayrağının müəllifi və Argentina dövlətinin qurucu atalarından biri. == Xatirəsi == 1873-cü ildə Buenos-Ayresdə Manuel Belqranonun atlı heykəli qoyulmuşdur. 1938-ci ildə Manuel Belqranonun vəfat tarixi olan 20 iyun Argentinada dövlət bayramı — Bayraq günü (isp. Día de la Bandera) elan edilmişdir. 1956-cı ildə Argentinanın kreyserlərindən biri "General Belqrano" adlandırıldı (1982-ci ildə Folklend müharibəsi Britaniya sualtı qayığı tərəfindən batırılıb). Buenos-Ayresin şimalında yerləşən prestijli rayonlarından biri Belqrano adlanır. Kordova şəhərini təmsil edən "Belqrano" futbol klubu onun şərəfində adlandırılmışdır.
Manuel Blyum
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Lokatelli
Manuel Lokatelli (8 yanvar 1998, Lekko[d], Lombardiya) — İtaliyalı futbolçu. İtaliya milli komandasının və Sassuolo FK klubunun oyunçusu. Yarımüdafiə mövqeyində oynayır. == Klub karyerası == Manuel Milan və Atalanta futbol klublarının yetirməsi sayılır. 2009-cu ildə Milan klubunun uşaq komandasına qoşulub. Milanın heyətində "A Seriya"sında debütu, 21 aprel 2016-cı ildə baş tutub.
Manuel Noryeqa
Manuel Antonio Noryeqa Moreno (isp. Manuel Antonio Noriega; (11 fevral, 1934, 29 may, 2017) — Panama dövlət xadimi. == Həyatı == Manuel Antonio Noryeqa Moreno 1934-cü il, fevral ayının 11-də Panamada çox yoxsul bir ailədə anadan olub. Onun valideynləri vaxtilə müəyyən səbəblər üzündən Panamaya köç etmişdilər. Manuel uşaq yaşlarında anası vəfat etdi. Atasının onun tərbiyəsi ilə məşğul olmağa vaxtı yox idi. Buna baxmayaraq, Noryeqa lazımi təhsili ala bildi. O, əvvəlcə, psixiatr olmaq niyyətində idi. Bu məqsədlə də Panama Universitetinin tibb fakültəsini bitirdi. Amma ixtisası üzrə işləmədi.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Manuel Pelleqrini
Manuel Pelleqrini (16 sentyabr 1953, Santyaqo) — Çilili keçmiş futbolçu və baş məsqçi. Hal-hazırda Mançester Sitinin baş məşqçisidir. == Futbolçuluq karyerası == Futbolçu kimi karyerasının hamısını ölkəsinin Universidad de Çili komandasında keçirmiş öz klubuna 13 il ərzində xidmət etmişdir == Baş məşqçilik karyerası == Baş məşqçi kimi, əsasən, Argentina və Çili klublarında işləmişdir. San Lorenzo klubu, Pelleqrini dövründə Argentinada ilk çempionluğunu əldə etmişdir. === Çili komandaları === Çilidə "el ingeniero" (mühəndis) ləqəbi ilə tanınan Pelleqrini baş məşqçilik karyerasına 1987-1988-ci illərdə ölkənin ən məşhur komandalarından biri olmağına baxmayaraq həmin il yaxşı oynamayan Universidad de Çili'də başladı. Palestino və O Higgins klublarını idarə etdikdən sonra Çilinin ən güclü klublarından biri olan Universidad Katolika'nın sükanı arxasına keçdi. O, Alberto Akosta və Nestor Qorosito kimi yaxşı futbolçulardan ibarət klubu 1993-94 və 1994-95-ci illərdə yalnız ikinci liqaya apara bildi. === Vilyarreal === Pelleqrini 1 iyul 2004-cü ildə La Liqa klublarından biri olan Vilyarreal ilə razılaşdı. Klubu ilə ilk sezonunda liqada üçüncü olaraq Çempionlar Liqasında iştirak etmiş, UEFA Kubokunda dörddə bir final oynamışdır. 2005/06-cı illərdə isə Çempionlar Liqasında uğurla çıxış edərək yarı finala qədər yüksəlmişdir.
Manuel Qarsiya
Manuel Qarsiya Valinas (d. 20 aprel 1955) — İspaniyalı biatlonçu. Manuel Qarsiya İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Manuel Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qarsiya 40:16.6 saniyəlik nəticəsi ilə 64 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Manuel Uribe
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manuel Alvarez Bravo
Manuel Alvarez Bravo (isp. Manuel Álvarez Bravo) — Meksika fotoqrafı. == Həyatı == Alvarez Bravo 1902-ci il fevralın 4-də Mexiko şəhərində anadan olmuşdur. Atası müəllim idi, lakin rəsm əsərləri, fotoqrafiya və yazılarını davam etdirərək, bir neçə pyes çıxardı və babası peşəkar portret istehsalçısı idi. Buna görə, Alvarez Bravo orta müddətə təsirləndi. O, şəhərin orta və aşağı sinifləri üçün mənzillərə köçürülmüş bir çox köhnə müstəmləkə binalarından birində, Kafedral arxasında Mexiko şəhərinin tarixi mərkəzində böyüdü. Meksika inqilabı başladıqda səkkiz yaşında idi. O, atəşin səslərini eşidərdi və ölü cəsədlərlə qarşılaşardı. Bu sonradan onun fotoqrafiyasına təsir göstərmiş olacaq. 1908-ci ildən 1914-cü ilə qədər Alvarez Bravo Tlalpandaki Patrisio Saenz internat məktəbində ibtidai məktəbə qatılıb, atası öldükdən sonra on iki yaşında məktəbdən ayrılmaq məcburiyyətində qaldı.
Manuel Blanko Enkalada
Manuel Blanko Enkalada (isp. Manuel José Blanco y Calvo de Encalada; 21 aprel 1790, Buenos-Ayres – 5 sentyabr 1876, Santyaqo) — Çilinin ilk prezidenti.
Manuel Marrero Krus
Manuel Marrero Krus (isp. Manuel Marrero Cruz; 11 iyul 1963, Olqin[d]) — Kubanın Baş naziri vəzifəsini icra edən Kuba siyasətçisi. == Baş nazir fəaliyyəti == === Təyinatı === 2019-cu il Kuba konstitusiya referendumundan sonra, Fidel Kastronun 1976-cı ildə sonuncu dəfə tutduğu Kuba Baş baziri postu bərpa edildi. Prezident Migel Dias-Kanel rəsmi olaraq Marreronun Baş nazir vəzifəsinə namizədliyini irəli sürdü və Baş nazir vəzifəsinə namizədliyi yekdilliklə qəbul edildi. Milli Məclisin 594 deputatı tərəfindən ratifikasiya edilmişdir. Yeni Kuba konstitusiyasına görə baş nazirlərin səlahiyyət müddəti 5 ildir.
Manuel de Falya
Manuel de Faya (23 noyabr 1876[…], Kadis, Əndəlüs[…] – 14 noyabr 1946[…], Alta-Qrasiya[d], Kordoba əyaləti[d]) — ispan bəstəkarı, pianoçu. == Bioqrafiya == Anası Kataloniyadan, atası isə Valensiyadandır. İlk musiqi dərslərini fortepianoda anasından almışdır. 1889-1895-ci illərdə Madriddə X.Traqodan fortepiano musiqiləri öyrənmişdir. 14 yaşında Faya artıq kamera-inustrumental ansambl ücün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə Madrid Konservatoriyasna daxil olmuşdur. Onun əsas müəllimi Felipe Pedrel olmuşdur. 1907–1914-cü illərdə Parisdə yaşamış, K.Debyussi, J.Ravel, P.Dyuka, İ.Albenis, P.Pikasso ilə tanış olmuşdur. 1919-cu ildə Madrid şəhərindən İspaniyanın Qranada şəhərinə köçmüşdür. Burada Fedriko Lorka və onun dostları ilə tanış olmuşdur.
Manuel de Faya
Manuel de Faya (23 noyabr 1876[…], Kadis, Əndəlüs[…] – 14 noyabr 1946[…], Alta-Qrasiya[d], Kordoba əyaləti[d]) — ispan bəstəkarı, pianoçu. == Bioqrafiya == Anası Kataloniyadan, atası isə Valensiyadandır. İlk musiqi dərslərini fortepianoda anasından almışdır. 1889-1895-ci illərdə Madriddə X.Traqodan fortepiano musiqiləri öyrənmişdir. 14 yaşında Faya artıq kamera-inustrumental ansambl ücün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə Madrid Konservatoriyasna daxil olmuşdur. Onun əsas müəllimi Felipe Pedrel olmuşdur. 1907–1914-cü illərdə Parisdə yaşamış, K.Debyussi, J.Ravel, P.Dyuka, İ.Albenis, P.Pikasso ilə tanış olmuşdur. 1919-cu ildə Madrid şəhərindən İspaniyanın Qranada şəhərinə köçmüşdür. Burada Fedriko Lorka və onun dostları ilə tanış olmuşdur.
Manuel de Qodoy
Don Manuel Fransisco Dominqo de Qodoy (di Bassano) y Alvarez de Faria, de los Rios y Sánchez-Zarzosa ayrıca Manuel de Qodoy y Alvarez de Faria de los Rios Sánchez Zarzosa (d. 12 may, 1767 - ö. 4/7 oktyabr 1851) — 1792-1797 və 1801-1808-ci illərdə İspaniya baş naziri. Ən çox bilinəni Sülh Şahzadəsi (Príncipe de la Paz) olmaq üzrə bir çox ünvana malikdir.
Manuel
Manuel — ad. Manuel Noyer — alman qapıçı. Manuel Lokatelli — İtaliyalı futbolçu. Manuel Blanko Enkalada — Çilinin ilk prezidenti. Manuel Alvarez Bravo — Meksika fotoqrafı. Manuel Noryeqa — Panama dövlət xadimi. Manuel Belqrano — argentinalı hüquqşünas Manuel Qarsiya — İspaniyalı biatlonçu.
Riçard Manuel
Riçard Corc Manuel (ing. Richard George Manuel) - Məşhur kanadalı musiqiçi.
Juan Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
Manuel Qonsales
Manuel del Refuxio Qonsales Floores (isp. Manuel del Refugio González Flores; 18 iyun 1833 – 10 aprel 1893) — Meksika hərbi və dövlət xadimi. O, 1 dekabr 1880-ci ildən 30 noyabr 1884-cü ilə qədər Meksika Prezidenti olmuşdur. == Həyatı == Manuel Martínes 1853-cü ildə sıravi əsgər kimi orduya qatılmışdır. O, İslahat müharibəsində liberallarla vuruşmuşdur. Fransa müdaxiləsi zamanı Benito Xuaresə xidmətlərini təklif etmiş, Porfirio Diasın komandanlığı altında döyüşmüşdür. Milli Sarayın qubernatoru və Mexiko şəhərinin hərbi komandiri olmuş, gələcək üsyanlarda Diası dəstəkləmişdir. 1877-ci ildə Mixoakan qubernatoru olmuşdur, 1879-cu ildə Hərbi və Dəniz Qüvvələri naziri kimi xidmət etmiş və 1880-ci ildə Diasın dəstəyi ilə Meksika Prezidenti seçilmişdir. Rəhbərliyi dövründə dəmir yollarının tikintisinə və teleqraf şəbəkəsinin böyüməsinə kömək etmiş, Meksika Milli Bankını təsis etmişdir. Digər tərəfdən, o, ciddi maliyyə böhranı ilə üzləşməli olmuşdur.
Xuan Manuel Santos
Xuan Manuel Santos (isp. Juan Manuel Santos Calderón) - Kolumbiya Respublikasının 32-ci prezidenti, keçmiş Milli Müdafiə və Xarici ticarət naziri. Xuan Manuel Santos 2010-cu ilin 7 avqust tarixindən etibarən prezidentlik səlahiyyətlərini icra etməkdədir. Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülmüşdür. == Fəaliyyəti == 1991-ci ildə prezident Sezar Qaviriya dövründə Xarici ticarət naziri olmuşdur. 1992-ci ildə dörd il müddətinə 7-ci Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı başçısı vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə Latın Amerika və Karib (Latın Amerika Ölkələri İqtisadi Komissiyası) Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası başçısı vəzifəsinə təyin edildi və 2001-2002-ci illər ərzində Afrika Futbol Konfederasiyası direktoru vəzifəsində çalışmışdır. 20 İyun 2010-cu il seçkilərində ikinci turdan sonra Xuan Manuel Santos rəsmən Kolumbiya prezidenti seçilmişdir. 7 avqust 2010-cu ildən artıq öz prezident fəaliyyətinə başlamışdır. Manuel Santos ölkəsində 60 ildən çox davam etməkdə olan vətəndaş müharibəsini yekunlaşdırılması üçün gördüyü işlərə görə 2016-cı ildə Nobel sülh mükafatını layiq görülmüşdür.
Manuel Avila Kamaço
Manuel Avila Kamaço (isp. Manuel Ávila Camacho; 24 aprel 1897[…] – 13 oktyabr 1955[…], Mexiko) — 1 dekabr 1940-cı ildən 30 noyabr 1946-cı ilə qədər Meksika Prezidenti. 1937–1939-cu illərdə radikal Lasaro Kardenas hökumətində hərb naziri kimi xidmət etmişdir. Meksikada "Centlmen Prezident" kimi tanınırdı. O, 1938-ci ildə xarici neft şirkətlərinin əmlakının milliləşdirilməsi zamanı yaranan münaqişəni həll etməyə, İkinci Dünya müharibəsi illərində ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq qurmağa nail olmuşdur. Müharibədən sonra o, Amerika hökuməti ilə əlaqələri gücləndirməyə davam etmişdir. Onun daxili siyasəti Kardenasın islahatlarından uzaqlaşması ilə səciyyələnirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Camp, Roderic A. Mexican Political Biographies. — Tucson, Arizona: University of Arizona, 1982.
Andres Manuel Lopes Obrador
Andrés Manuel López Obrador (13 noyabr 1953-cü ildə anadan olub), həmçinin AMLO baş hərfləri ilə də tanınır, 2018-ci ildən Meksikanın 65-ci və hazırkı prezidenti vəzifəsini icra edən meksikalı siyasətçidir. Milli Yeniləşmə Hərəkatının (Morena) lideri. López Obrador Tabasko ştatının Tepetitan şəhərində orta səviyyəli ailədə anadan olub. O, Meksika Milli Muxtar Universitetində (UNAM) siyasi elmlər üzrə təhsil alıb və siyasi karyerasına 1970-ci illərdə İnstitusional İnqilab Partiyasının (PRI) üzvü kimi başlayıb. Daha sonra o, solçu Demokratik İnqilab Partiyasına (PRD) qoşulub və 1994-1996-cı illərdə Tabasko ştatının Makuspana şəhərinin meri vəzifəsində çalışıb. 2000-ci ildə Lopez Obrador Tabasko qubernatoru seçildi. O, 2006-cı ilə qədər Meksikanın prezidentliyinə namizəd olana qədər qubernator vəzifəsində çalışıb. O, seçkini Felipe Kalderona az fərqlə uduzdu, lakin seçkinin ondan oğurlandığını iddia etdi. López Obrador seçkinin nəticələrinə qarşı kütləvi etiraz hərəkatına rəhbərlik edib və bunu "Lopez Obrador Vətəndaş İtaətsizliyi Kampaniyası" (LECDO) adlandırıb. 2012-ci ildə Lopez Obrador yenidən prezidentliyə namizəd oldu.
III Manuel (Trabzon imperatoru)
III Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός) (16 dekabr 1364, Trabzon – 5 mart 1417, Trabzon) — 18-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Aleksey, anası isə Teodora Kantakuzindir. 1377-ci ildə böyük qardaşı Vasileyin ölümüylə vəliəhd elan edildi. Elə həmin il atasının nikahdan kənar oğlu Andronikin dul xanımı və Gürcü çarı IX Davidin qızı olan Evdokiya ilə evləndirildi. Atasının 1390-cı ildə vəfatının ardından taxta çıxdı. 1395-ci ildə Bizanslı məşhur Dükas ailəsinə mənsub Anna Filantropeylə evləndi və ilk evliliyindən doğulan oğlu Alekseyi ortaq imperator elan etdi. Osmanlıların Avropa və Asiyada genişlədiyi illərdə Osmanlı sultanı İldırım Bəyazidin Anadolu bəyliklərinə qarşı başlatdığı siyasətdən çəkinməyə başlayan Manuel Komnenos Orta Asiyadan gələn Əmir Teymurun təbəəliyini qəbul etdi. Üstəlik onun Osmanlılar üzərinə çıxdığı səfərdə 20 döyüş gəmisi olaraq itaətkarlığını göstərdi. Osmanlıların Ankara döyüşündəki (1402) məğlubiyyətinin ardından Anadoluda güc qazanan Manuel Komnenos, Əmir Teymurun ölümüylə bölgədə söz sahibi oldu.
II Manuel (Trabzon imperatoru)
II Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(təq. 1324, Trabzon – 21 fevral 1333, Trabzon) — 11-ci Trabzon imperatoru. == Həyatı == Trabzon imperatoru III Andronikin nigahdan kənar doğulan oğludur. Atasının ailə daxili cinayətlərlə keçən 20 aylıq səltənətinin ardından 8 yaşında ikən taxta çıxarıldı. O əsnada imperiyada yaranan siyasi boşluqdan istifadə edən türkmənlər Trabzona hücum etdi, xeyli qənimət ələ keçirsələr də, ağır itkilərlə geri çəkildilər. Ancaq saray daxilindəki Bizanspərəst əyanların, Konstantinopola qaçan əmisi Vasileyə yazdıqları səltənətə dəvət məktubunun ardından taxtdan endirilərək həbs olundu. Saraydakı bütün tərəfdarları edam edilən II Manuel Komnenos bir il sonra əmisinin əmirylə edam olundu. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
I Manuel (Trabzon imperatoru)
I Manuel Komnenos (yun. Μανουήλ Κομνηνός) (1218, Trabzon – mart 1263, Trabzon) — 4-cü Trabzon imperatoru. == Həyatı == Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi. Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanını və Nikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi.
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz (1959) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Manuel Ferras di Kampus Salis
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.