Markiz de Sad
Donasyen Alfons Fransua de Sad (fr. Donatien Alphonse François de Sade; 2 iyun 1740[…], Paris – 2 dekabr 1814[…], Sen-Moris, tarixdə Markiz de Sad (fr. marquis de Sade [maʁˈki də sad] kimi qalmışdır) — fransız zadəgan, yazıçı və filosof. Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizmin banisi kimi tanınır.
Markiz erotik ədəbiyyatın əhəmiyyətli yazıçılarındandır, əsasən sərt pornoqrafik yazılar yazmışdır.
Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir və ən əhəmiyyətli əsəri "Sodomun 120 günü"nü həbsxanada yazmışdır. Bir digər əhəmiyyətli əsəri də "Justine"dir. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir.
Yazılarında əxlaqı, qanunu, dini elementləri nəzərə almadan həddindən artıq azadlığı (hətta əxlaqsızlığı) və ən yaxşının zövq olduğunu müdafiə edirdi. Markis 32 il fərqli həbsxanalarda və ağıl xəstəxanasında həbs edildi: on il Parisdə (on ili Bastilledə keçdi), bir ay Conciergeriedə, iki il qalada, bir il Madelonnettesdə, üç il Bicêtredə, bir il Sainte-Pélagiedə və 13 il Charenton ağıl xəstəxanasında.