Donasyen Alfons Fransua de Sad (fr. Donatien Alphonse François de Sade; 1740—1814), tarixdə Markiz de Sad (fr. marquis de Sade [maʁˈki də sad] kimi qalmışdır) — fransız zadəgan, yazıçı və filosof. Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizmin banisi kimi tanınır.
Markiz de Sad | |
---|---|
fr. Donatien-Alphonse-François Sade | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Charenton, Val-de-Marne, Fransa |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | roman yazıçısı, filosof, dramaturq, yazıçı |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Avropa fəlsəfəsi |
Janrlar | erotika, fəlsəfə, nəsr |
Markiz de Sad Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Markiz erotik ədəbiyyatın əhəmiyyətli yazıçılarındandır, əsasən sərt pornoqrafik yazılar yazmışdır.
Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir və ən əhəmiyyətli əsəri "Sodomun 120 günü"nü həbsxanada yazmışdır. Bir digər əhəmiyyətli əsəri də "Justine"dir. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir.
Yazılarında əxlaqı, qanunu, dini elementləri nəzərə almadan həddindən artıq azadlığı (hətta əxlaqsızlığı) və ən yaxşının zövq olduğunu müdafiə edirdi. Markis 32 il fərqli həbsxanalarda və ağıl xəstəxanasında həbs edildi: on il Parisdə (on ili Bastilledə keçdi), bir ay Conciergeriedə, iki il qalada, bir il Madelonnettesdə, üç il Bicêtredə, bir il Sainte-Pélagiedə və 13 il Charenton ağıl xəstəxanasında. Yazılarının çoxunu məhbus olduğu dövrdə yazdı. "Sadizm" anlayışı adından törədilmişdir.
Sade kitablarında şəxslər arası əlaqələrdə insanın insancıl yanı bir dəfə itirildiyində, nələr ola biləcəyinin məlumatını verir. Şəxslərarası əlaqələrdə insanın sahib olduğu qürur bir yana buraxıldığı zaman ortaya çıxan yeni qanun öz faydasını qoruma sonuna qədər davam etdirilirsə, zəruri olaraq "sadizm"ə söykənir. Əsərlərində əxlaqi hərəkətin təyin olaraq etik dəyərlər deyil, instinktlər, ya da "şərti buyruqlar" hərəkətin "prinsipi" edilsə nələr olacağından bəhs edir.