MATERİALİZM

сущ. материализм (философское направление, утверждающее в противоположность идеализму первичность материи и вторичность сознания, материальность мира, независимость его существования от сознания людей, его познаваемость). Dialektik materializm диалектический материализм, tarixi materializm исторический материализм, metafizik materializm метафизический материализм, vulqar materializm вульгарный материализм
MATERİALİSTİK
MATERİALLIQ
OBASTAN VİKİ
Materializm
Materializm (lat. materialis — maddi) — materiyanı (obyektiv reallığı) mövcudluğun əsası, başlanğıcı, ideal təsəvvürü (anlayış, iradə, ruh, hisslər) isə törəmə olduğunu iddia edən fəlsəfi baxış. Materializm ancaq materiyanı qəbul edir, şüur və şüurla bağlı olan hər şeyi isə materiya subyektlərinin münasibətləri prosesi kimi baxır. Fəlsəfədə materiyanın daimi opponenti kimi idealizm tərəfdarları çıxış edirlər. "Materializm" terminini elmə alman filosofu Qotfrid Leybnits daxil etmişdir. == İcmal == Materializm monist ontologiyası sinfinə aiddir və bu baxımdan dualizm və ya plüralizmə əsaslanan ontoloji nəzəriyyələrdən fərqlənir. Fenomenal reallığın individual izahına görə, materializm idealizm, neytral monizm və spiritualizmə ziddiyyət təşkil edir. Materializm həmçinin fenomenalizm, vitalizm və ikili-təzahür monizm fəlsəfi düşüncələri ilə ziddiyyətdə ola bilər. Çoxsaylı fəlsəfi cərəyanlar və onların nüanslarının mövcud olmasına baxmayaraq, bütün fəlsəfələr bir-birinə əks olan iki əsas kateqoriyadan birinə aid edilə bilər: idealizm və materializm. Bu iki kateqoriyanın əsası reallığın təbiəti ilə əlaqədardır: onlar arasındakı başlıca fərq iki fundamental suala verdikləri cavablardadır - reallıq nədən ibarətdir və o necə ortaya çıxıb.
Dialektik materializm
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializmin qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı. == Tarixi == Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı.
Eliminativ materializm
Eliminativ materializm və ya eliminativizm — idrak fəlsəfəsində materialist mövqe. Bu, xalq psixologiyasında psixi vəziyyətlərin əksəriyyətinin mövcud olmaması fikridir. Eliminativizmin bəzi tərəfdarları inanc və ya arzu kimi bir çox gündəlik psixoloji anlayışlar üçün heç bir tutarlı sinir əsasının tapılmayacağını iddia edirlər, çünki onlar zəif müəyyən edilmişdir. Arqument ondan ibarətdir ki, davranış və təcrübənin psixoloji anlayışları bioloji səviyyəyə nə qədər aşağı düşdüyünə görə qiymətləndirilməlidir. Digər versiyalar ağrı və vizual qavrayışlar kimi şüurlu psixi vəziyyətlərin mövcud olmaması fikrini dəstəkləyir. Varlıqlar sinfi haqqında eliminativizm varlıqlar sinfinin mövcud olmadığı fikridir. Məsələn, materializm ruh haqqında eliminativist olmağa meyllidir Eliminativ materializm 1960–1970-ci illərdə yaranmışdır fikirdir. Bu fikrə görə inanclar, istəklər və subyektiv ağrı hissi kimi sağlam düşüncənin təbii qəbul etdiyi psixi varlıqların müəyyən siniflər mövcud deyil. Psixologiyanın materialist anlayışları kontekstində eliminativizm reduktiv materializmin əksidir və şərti olaraq başa düşülən psixi vəziyyətlərin mövcud olduğunu və sinir sisteminin fiziki vəziyyətinə birbaşa uyğun olduğunu iddia edir. Aralıq mövqe hesab edilən təftiş materializmi adətən sağlam düşüncə anlayışına lazım olan bəzi dəyişikliklərlə sözügedən psixi vəziyyətin fiziki hadisələrə bir qədər azaldıla bilinən olduğunu iddia edir.
Materializm və Empirio-tənqid
Materializm və Empirio-tənqid (rus. Материализм и эмпириокритицизм, Materializm i empiriokrititsizm) — Vladimir Leninin 1909-cu ildə çap olunan fəlsəfi əsəri. Əsər "Marksist-Leninist fəlsəfə" adlanan kurikulumun bir hissəsi və dialektik materializmin başlıca nümunəsi kimi SSRİ-dəki bütün ali təhsil müəssisələrində məcburi olaraq oxunurdu. Lenin insanın persepsiyalarının obyektiv xarici dünyanı düzgün və dəqiq şəkildə əks etdirdiyini iddia edirdi. Lenin bu sözləri ilə idealizm və materializm arasında fundamental təzad yaradır: "Materializm obyektlərin öz-özlüyündə, başqa sözlə desək, şüurun xaricində mövcud olduğunu təlqin edir; ideyalar və sensasiyalar isə bu obyektlərin surəti və ya əksidir. Buna əks doktrina olan idealizm isə obyektlərin şüurun xaricində mövcud olmadığını və "sensasiyaların birləşməsi" olduğunu deyir". == Arxa plan == Tam adı Materializm və Empirio-tənqid. Reaksionist fəlsəfəyə dair tənqidi şərhlər olan əsər 1908-ci ilin oktyabr ayı boyunca, Lenin Cenevrə və Londonda sürgündə olarkən yazılır və Zveno nəşriyyatı tərəfindən 1909-cu ilin mayında Moskvada çap edilir. Əsərin yazılması üçün toplanmış məlumatlar və əsərin orijinal əlyazması itirilmişdir. Londonda keçirdiyi bir ayı çıxmaq şərti ilə, Lenin əsərin böyük əksəriyyətini Cenevrədə olarkən yazır.
Materializmə yönəlmənin səbəbləri (Mütəhhəri)
Materializmə yönəlmənin səbəbləri — Mürtəza Mütəhhərinin əsəri. == Məzmun == İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə "İlk səbəb" problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? "Nizam dəlili" ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun "nizam dəlili"nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı?

Значение слова в других словарях