MEDÁL

[ fr. ] Xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı olan fərqlənmə nişanı. “Əməkdə fərqlənməyə görə” medalı.
[Tarverdi:] …Yalan olsa, mənə verən medalları Aslan bəyə verərsən. C.Cabbarlı.
[Aslan] igid idi, sol döşünün üstündə bir medal vardı. Ə.Vəliyev.

// Yüksək müvəffəqiyyətlərinə görə məktəbi bitirdikdə şagirdlərə, habelə müsabiqədə, yarışda, baxışda və s.-də fərqlənənlərə verilən belə nişan. Qızıl medal. Çempionluq medalı. Məktəbi medalla bitirmək.
// Hər hansı tarixi hadisə və ya görkəmli xadimin xatirəsi münasibətilə hazırlanmış belə nişan. Füzuli yubileyinə həsr olunmuş medal.

Синонимы

  • MEDAL MEDAL (xidmətə görə fərqlənmə nişanı) Səninçün meyarı şöhrətin, şanın; Nə medal, nə də ki, tərif – yazıdır (M

Этимология

  • MEDAL Metal sözündəndir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MEBELLİ
MEDALÇI

Значение слова в других словарях