MERİNOS
MERKANTİLİST
OBASTAN VİKİ
Tbilisi meriyası
Tbilisi meriyası (gürc. თბილისის საკრებულო) – Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Azadlıq meydanının cənub hissəsində yerləşən saat qülləsinə malik tarixi binadır. Binada şəhər meriyası və şəhər assambleyası (sakrebulo) yerləşir. Bina, ilkin olaraq Çar Rusiyası hakimiyyəti dövründə – 1830-cu illərdə inşa edilsə də, sonrakı iki yüz il ərazində dəfələrlə yenidənqurmalara məruz qalmış və ilkin görkəmini əhəmiyyətli dərəcədə itirmişdir. 1879-cu ildə kimi bina, Baş polis idarəsi və polis departamenti kimi fəaliyyət göstərmişdir. 1878-ci ildə binada yenidənqurma işlərinin aparılması və şəhər duması binasına çevrilməsi üçün müsabiqə elan edilmiş və müsabiqədə Pavel Şternin layihəsi qalib elan edilmişdir. Binanın memarlığında o zaman məşhur neomavritan elementləri ilə zəngin ekzotik stil əksini tapmışdır. 1910-cu ildə binaya saat qülləsi əlavə edilmiş, 1912-ci ildə isə binanın aşağı mərtəbəli cinah hissələrinə əlavə mərtəbələr əlavə edilməsi ilə genişləndirilmə işləri aparılmışdır. Tbilisi meriyası binasında, şəhər meriyası və əlaqəli bir neçə hökumət orqanı, şəhər assambleyası və tarixi əczaxana yerləşir. Binanın birinci mərtəbəsinə lüks kateqoriyalı geyim mağazaları fəaliyyət göstərir.

Значение слова в других словарях