1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən.
…[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə … dedi.
[Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar… Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!…
// Minnətdarlıq ifadə edən.
O, gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı.
□ Minnətdar etmək – yaxşılıq qarşısında birini özünə borclu etmək.
[Qətibə:] Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən.
Minnətdar olmaq – edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız.
Həmişə sizə minnətdar olacağam.
[İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar.
2. Minnətdaram (minnətdarıq) şəklində – çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik).
Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin.
Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən.