MİNNƏTDARLIQ


1. is. Göstərilən diqqətə, edilən yaxşılığa qarşı razılıq, məmnunluq hissi; təşəkkür.
Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğu yox idi. M.İbrahimov.
…Mən sizin etimadınıza qarşı ancaq minnətdarlığımı bildirə bilərəm. Q.İlkin.

□ Minnətdarlıq etmək – öz təşəkkürünü bildirmək, öz razılığını göstərmək, bildirmək.
[Kərim bəy] orta məktəb bitirəndə ona qızıl saat almış müəllimlərinə ziyafət verib minnətdarlıq etmişdir. Mir Cəlal.

2. Minnətdarlıqla şəklində zərf – böyük razılıq hissilə; hörmətlə, ehtiramla.
Rüxsarə xüsusi minnətdarlıqla alimin qarşısında başını əyib ona təzim etdi. S.Rəhimov.
Aydın minnətdarlıqla [Gülqönçəyə] baxdı. H.Seyidbəyli.

Синонимы

  • MİNNƏTDARLIQ MİNNƏTDARLIQ [Həmid:] Mən Bakıda olmayanda siz anamgilə əl tutmuşunuz, o, yaxşılıqlar üçün mənim və anamgilin minnətdarlığını qəbul eləyin
  • MİNNƏTDARLIQ razılıq — təşəkkür
MİNNƏTDAR
MİNNƏTLİ

Значение слова в других словарях

бром везу́нец израсхо́дованность кля́нчить куда́ уж тут окромса́ть перемолоти́ть проступа́ние смоляни́стый созыва́ть укори́зненный детона́ция разруши́тельно аргиш ешь прыщ смалец соловеть Ammonite commandant ivory ormer prose poem s'help sinapism