MİNNƏTDAR

sif. [ ər. minnət və fars. …dar]
1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən.
[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə … dedi. Ə.Əbülhəsən.
[Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar… Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!… Ə.Məmmədxanlı.

// Minnətdarlıq ifadə edən.
O, gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı. Çəmənzəminli.

□ Minnətdar etmək – yaxşılıq qarşısında birini özünə borclu etmək.
[Qətibə:] Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi.

Minnətdar olmaq – edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız.
Həmişə sizə minnətdar olacağam. M.S.Ordubadi.
[İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar. Z.Xəlil.

2. Minnətdaram (minnətdarıq) şəklində – çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik).
Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin. S.Rüstəm.
Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MİNNƏTDAR razı
MİNNƏTÇİLİK
MİNNƏTDARLIQ
OBASTAN VİKİ
"Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)

Digər lüğətlərdə

абля́ут гуля́ть загово́рщический кору́ндовый несу́етный припорто́вый прице́льный размо́чка расцве́чивание годово́й дра́нь клопомо́р мо́жно полугла́сно се́ево карп butter pat direct-current ethnologist good-naturedly plumose red-necked time-reversible оттаять символист