MİNBAŞI
MİNƏLİ
OBASTAN VİKİ
Minəxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. == Elmi fəaliyyəti == Azərbaycan EA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə 1983-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik adını almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmişdir. Rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük maraq göstərmişdir. 2004-cü ildə uğurla "Rus dilində türk sözləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professor adına layiq görülmüşdür. Prof.dr. Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Ana dilinin və vətən tarixinin keçmişi və müasir məsələlərinə dair radio və televiziyada müntəzəm çıxış edir.
ке́сарево меня́ть недовыполня́ть паску́дство пеще́ристый посбра́сывать теи́стка черкану́ть валять дурака́ виндсерфинги́ст ланце́тный разноформа́тный расхвали́ть самонастро́йка завойка монисто Dom forest management gameball green gill high-melting land girl малонаселённый цементный шестьдесят