MİRZƏCAN
MİRZƏHÜSEYN
OBASTAN VİKİ
Mirzəhəsən Əlizadə
Mirzəhəsən Şahin oğlu Əlizadə (11 dekabr 1992, Səncərədi, Astara rayonu – 25 oktyabr 2020, Kürdlər, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 11 dekabr 1992-ci il Astara rayonunun Səncərədi kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Astara Pedaqoji Kollecində "Fiziki tərbiyə və idman müəllimi" ixtisası üzrə təhslini davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə ordu sıralarına qayıdıb və 3 il ərzində xidmətini davam etdirib. Müddətdən artıq hərbi xidmət qulluqçusu olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Mirzəhəsən Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşüb. Döyüş yoldaşları ona "Bilo" ləqəbi adını qoymuşdular. Zəngilan uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Lakin bu vəziyyətdə yenə döyüşə atılıb.
Mirzəhəsənkəndi (Meşkinşəhr)
Mirzəhəsənkəndi (fars. ميرزاحسن كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (48 ailə).
Mirzəhəsənli
Mirzəhəsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Səfa Mirzəhəsənov
Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəhəsənov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Hüseyn-Səfa Mirzəhəsənov 27 iyun 1959-cu il Balakən rayonunda anadan olmuşdur. == Mükafatlar == Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017-ci il, 9 may 2018-ci il, 10 may 2019-cu ildə, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il == Filmoqrafiya == Zirzəmi (film, 1990) Nə gözəldir bu dünya...