Mirzəhəsən Əlizadə

Mirzəhəsən Əlizadə (11 dekabr 1992, Səncərədi, Astara rayonu25 oktyabr 2020, Kürdlər, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Mirzəhəsən Əlizadə
Mirzəhəsən Şahin oğlu Əlizadə
Şəxsi məlumatlar
Ləqəbi Bilo
Doğum tarixi 11 dekabr 1992(1992-12-11)
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 2020(2020-10-25) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017–2020
Rütbəsi Çavuş
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı "Cəsur döyüşçü" medalı "Döyüşdə fərqlənməyə görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı "Qubadlının azad olunmasına görə" medalı

11 dekabr 1992-ci il Astara rayonunun Səncərədi kəndində anadan olub.[1] Orta məktəbi bitirdikdən sonra Astara Pedaqoji Kollecində "Fiziki tərbiyə və idman müəllimi" ixtisası üzrə təhslini davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə ordu sıralarına qayıdıb və 3 il ərzində xidmətini davam etdirib. Müddətdən artıq hərbi xidmət qulluqçusu olub.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun çavuşu olan Mirzəhəsən Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşüb. Döyüş yoldaşları ona "Bilo" ləqəbi adını qoymuşdular. Zəngilan uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Lakin bu vəziyyətdə yenə döyüşə atılıb. Döyüş yoldaşları "bu vəziyyətdə döyüşmək olmaz" desələr də düşmənə qarşı intiqam hissi ilə yanan Mirzəhəsən döyüşə davam edib. Sonuncu döyüşdüyü yerdə oktyabrın 25-də Füzulinin Kürdlər kəndində itkin düşür. Onun ailəsi 50 gün ondan xəbər olmur. Nəhayət dekabrın 13-ü onun şəhid olduğu bildirilir. Onun nəşi dekabrın 14-də doğulub boya başa çatdığı Səncərədi kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən çavuş Əlizadə Mirzəhəsən Şahin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

  1. "Mirzəhəsən Şahin oğlu Əlizadə". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.