MO

n d.d. moment isminin qısa forması; in a ~ bir dəqiqə; Wait a mo Bir an gözlə

MNEMOTECHNY
MOAN
OBASTAN VİKİ
.mo
.mo — Makaonın internet kodu.
Mo
Mo (Şanyü) —
Mo-tszı
Mo-di(çin. 墨翟), Ustad Mo, Mo-tszı (çin. 墨子}) (E.ə. 470 — E.ə. 391) — Çin filosofu. == Həyatı == == Fəlsəfəsi == Qədim Çində biz despotizmin klassik nəzəriyyələrindən biri ilə rastlaşırıq. Çin despotik siyasi təfəkkürü üçün fəlsəfi əsasların başlanğıcını Mo-tszı qoydu. O, bunu özünün belə bir sadə ideyası ilə etdi: İnsanlar bərabərdir, dövlətin idarə olunmasında da bərabər hüquqla iştirak etməlidirlər. Siyasi fəaliyyət üçün yararlılıq meyarını heç də insanların hansı zümrəyə aid olmasında deyil, onların fərdi qabiliyyətlərində və xalqa xidmət etmək məramında axtarmaq lazımdır. Mo-tszının bu fikirləri xüsusən müasir liberal dəyərlər baxımından gözəl səslənir.
Mo (rayon)
Mo (fr. Meaux) — Fransanın İl-de-Frans regionun rayonlarından biri. Departamenti — Sena və Marna. Suprefektura — Mo. Rayon əhalisi 2006-cı ildə 262 079 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 187 nəf / km². Rayon ərazisi — 1400 km².
Mo (Şanyü)
Şanyü Mo (v. 56) — Cənub Hun İmperiyasının ikinci imperatorudur. Qardaşı Panuya üsyan edərək Çindən vassal asılılığı qəbul etdi. Panunun ordusunu dəfələrlə məğlub etdi. 56-cı ildə vəfat etdi.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. == Təxəllüsü == Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Mo dağı
Mo dağı (çin. ənən. 磨山, pinyin: Mò Shān; xalq arasında "Dəyirman daşı dağı") (Mo təpəsi, Moşan kimi də tələffüz oluna bilər) — Tarix boyunca Mo'er dağı (çin. ənən. 磨儿山) və Lonq dağı (çin. ənən. 龙山) adı ilə tanınmış, Şərq gölünün cənub sahillərində yerləşən tarixi və mədəni əhəmiyyətə malik dağ. Dağ Çinin Hubey əyalətinin Vuan regionunun Honşan rayonunun AAAAA Çin Turist Atraksiyonları ərazisində yerləşir. == Etimologiyası == Mo dağı birləşməsindəki Mo hissəciyi tərcümədə dəyirman daşı mənasına gəlir. Dəyirman daşı kimi yumru olduğuna görə dağ bu cür adlandırılmışdır.
Kaze mo Sora mo Kitto...
"Kaze mo Sora mo Kitto..." (風も空もきっと…, azərb. "Külək, Səma, Şübhəsiz..."‎) — Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar). == Hit paradlar == "Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır. Sinql hit paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur. == Mahnı siyahısı == Bütün mahnılar Çika Ueda tərəfindən yazılmış və bəstələnmişdir. == Hit parad və satış == == İstinadlar == == Xarici keçidlər == Youtube linki.
Mo'en Mosavver
Muin Musəvvir( fars. معین مصوّر‎ , işıqlandırıldı. Rəssam Moen) fars miniatürçisi, 17-ci əsr Səfəvi İranının görkəmli nümayəndələrindən biri idi. Moenin şəxsi həyatı haqqında çox şey məlum deyil, yalnız o, təxminən 2000-ci ildə anadan olub. 1610-1615, dövrün aparıcı rəssamı Rza Abbasinin şagirdi oldumuşdu. Ehtimallara görə1693-cü ildə vəfat etdi. Ona aid edilən 300-dən çox miniatür və rəsm günümüzə qədər gəlib çatmışdır. O, Qərb rəssamlığının təsirindən qaçaraq ustadının qabaqcıl üslubunu qismən dəyişdirən mühafizəkar bir rəssam idi. Bununla belə, o, fars rəssamlığında qeyri-adi olan bir sıra sadə insanların səhnələrini çəkib. Muin İsfahanda anadan olub və yəqin ki, bütün həyatını bu şəhərdə keçirib.
"Azərbaycan SSR" pavilyonu (Moskva)
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
1-ci Mokas (Baymak)
1-ci Mokas (başq. 1-се Моҡас, rus. Мукасово 1-е) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 49 km, kənd sovetliyindən (1-ci Türkmən): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 8 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
1945 Moskva Qələbə Paradı
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. == İstinadlar == [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.
1977-ci ildə Moskvada törədilən terror aktları
1977-ci ildə Moskvada törədilən terror aktları 8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilmişdi: 17.33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdür. 18.05-də SSRİ DTK-sının binası yaxınlığında Derjinskiy küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verir. 18.10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşmüşdür.Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. == İstintaq == Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, daxili işlər nazirliyinin və DTK-nin ən təcrübəli müstəntiqləri cəlb olunmuşdular. 500-dən artıq şahidin ifadələri alınmışdı. Lakin onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməmişdir. Partlayıcı qurğunun qalıqlarını yığaraq müstəntiqlər bombaların hazırlanmasında istifadə olunan detalları və materialları müəyyən edirlər. Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu bu Xarkov, İrəvan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyinin versiyası yarandı. 1977-ci ilin Oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini gərara alırlar və bu məqsədlə Moskva şəhərinə Kursk dəmir yolu vağzalına gəlirlər.
1984 Monako Qran-prisi
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb. == Tarixi == 1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi.İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı. Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi.
2-ci Mokas (Baymak)
2-ci Mokas (başq. 2-се Моҡас, rus. Мукасово 2-е) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 49 km, kənd sovetliyindən (1-ci Türkmən): 16 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 8 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
2018 Monako Qran-prisi
2018 Monako Qran Prisi — 2018-ci ildə keçirilmiş Monako Qran Prisi. == Monako Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Kevin Maqnussen elektrik problemləri üzündən uzun müddət işləyə bilməyib.Roman Qrojanın maşınının altlığı da sessiya ərzində dəyişdirilib.Fernando Alonso isə ölçmə cihazlarındakı problemər üzündən yalnız son dəqiqələrdə boksu tərk edə bilib.Sergey Sirotkin 15-ci dəqiqədə son döngədə divarla təmas yaşayıb və təkərini zədələyib. O, özü boksa qayıda bilib.Lens Stroll isə oturacaq problemi ilə qarşılaşıb.Maks Ferstappen səhvə yol verərək təhlükəsizlik cibinə girib və arxa ötürmə ilə trasa qayıdıb. Onun manevri təhlükəli görünüb, stüardlar araşdırıblar, lakin heç bir cəza tətbiq edilməyib.Roman Qrojan, Lens Stroll və Esteban Okon baryerlərlə toqquşublar, lakin maşınlara zərər dəyməyib. Protokollara Daniel Rikiardo başçılıq edib–1:12.126.Maks Ferstappen komanda yoldaşına 0.154 saniyə fərqlə məğlub olub. Daniel Rikiardo 1:12.126 Maks Ferstappen 1:12.280 Lyuis Həmilton 1:12.480 Sebastyan Fettel 1:13.041 Kimi Raykkönen 1:13:066 Karlos Sayns 1:13.456 Valtteri Bottas 1:13.502 Serxio Perez 1:13.717 Roman Qrojan 1:13.943 Sergey Sirotkin 1:13.962 Esteban Okon 1:14.000 Brendon Hartli 1:14.034 Niko Hülkenberq 1:14.134 Pyer Qasli 1:14.240 Stoffel Vandorn 1:14.291 Şarl Lekler 1:14.521 Fernando Alonso 1:14.637 Lens Stroll 1:14.782 Markus Eriksson 1:15.206 Kevin Maqnussen 1:18.801 === İkinci sərbəst yürüşlər === Sessiya 25-ci dəqiqədə dördüncü və beşinci döngələr arasındakı hissədə drenaj qapağı qırıldığından qırmızı bayraqla dayandırılıb. Həmin yerə təmir briqadası və Çarli Uaytinq şəxsən özü baş çəkib. Təmirə görə fasilə 15 dəqiqə davam edib. Yaşıl bayraqlar dalğalandıqdan sonra sürücülər uzun dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlamağa başlayıblar. İlk sessiyadan fərqli olaraq, bu dəfə insident baş verməyib və sürücülər proqramlarını tam yerinə yetirə biliblər.
2018 Monako Qran Prisi
2018 Monako Qran Prisi — 2018-ci ildə keçirilmiş Monako Qran Prisi. == Monako Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Kevin Maqnussen elektrik problemləri üzündən uzun müddət işləyə bilməyib.Roman Qrojanın maşınının altlığı da sessiya ərzində dəyişdirilib.Fernando Alonso isə ölçmə cihazlarındakı problemər üzündən yalnız son dəqiqələrdə boksu tərk edə bilib.Sergey Sirotkin 15-ci dəqiqədə son döngədə divarla təmas yaşayıb və təkərini zədələyib. O, özü boksa qayıda bilib.Lens Stroll isə oturacaq problemi ilə qarşılaşıb.Maks Ferstappen səhvə yol verərək təhlükəsizlik cibinə girib və arxa ötürmə ilə trasa qayıdıb. Onun manevri təhlükəli görünüb, stüardlar araşdırıblar, lakin heç bir cəza tətbiq edilməyib.Roman Qrojan, Lens Stroll və Esteban Okon baryerlərlə toqquşublar, lakin maşınlara zərər dəyməyib. Protokollara Daniel Rikiardo başçılıq edib–1:12.126.Maks Ferstappen komanda yoldaşına 0.154 saniyə fərqlə məğlub olub. Daniel Rikiardo 1:12.126 Maks Ferstappen 1:12.280 Lyuis Həmilton 1:12.480 Sebastyan Fettel 1:13.041 Kimi Raykkönen 1:13:066 Karlos Sayns 1:13.456 Valtteri Bottas 1:13.502 Serxio Perez 1:13.717 Roman Qrojan 1:13.943 Sergey Sirotkin 1:13.962 Esteban Okon 1:14.000 Brendon Hartli 1:14.034 Niko Hülkenberq 1:14.134 Pyer Qasli 1:14.240 Stoffel Vandorn 1:14.291 Şarl Lekler 1:14.521 Fernando Alonso 1:14.637 Lens Stroll 1:14.782 Markus Eriksson 1:15.206 Kevin Maqnussen 1:18.801 === İkinci sərbəst yürüşlər === Sessiya 25-ci dəqiqədə dördüncü və beşinci döngələr arasındakı hissədə drenaj qapağı qırıldığından qırmızı bayraqla dayandırılıb. Həmin yerə təmir briqadası və Çarli Uaytinq şəxsən özü baş çəkib. Təmirə görə fasilə 15 dəqiqə davam edib. Yaşıl bayraqlar dalğalandıqdan sonra sürücülər uzun dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlamağa başlayıblar. İlk sessiyadan fərqli olaraq, bu dəfə insident baş verməyib və sürücülər proqramlarını tam yerinə yetirə biliblər.
701 saylı Motoatıcı Briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi.
777-ci Motorlu Tüfəng Alayı
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. == Tarixi == === Birinci Qarabağ müharibəsi === 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi. Şuşanın işğal edilməsinin ertəsi günü bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndində mühasirəyə düşmüşdür.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru akademik İradə Hüseynovadır. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır. == İnstitutun Rəhbərləri == Akademik İradə Məmməd qızı Hüseynova == Yaranma Tarixi == Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır. 1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur. 2005–2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır. 2012-ci ildə şöbənin nəzdində 2 beynəlxalq laboratoriya yaradılmışdır. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət gösrərir.
Abroma mollis
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Acacia sophorae var. montana
Acacia phlebophylla (lat. Acacia phlebophylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Viktoriya ştatının şimal-şərqi üçün endemik növdür. == Sinonimləri == Acacia longifolia var. phlebophylla F.Muell. Acacia phlebophylla F.Muell. Acacia sophorae var. montana F.Muell.
Acacia suaveolens subsp. montana
Acacia suaveolens (lat. Acacia suaveolens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia angustifolia (Jacq.) H.L.Wendl. Acacia odorata var. angustifolia (Jacq.) Desv. Acacia suaveolens subsp. grampianensis D.A.Morrison & A.J.Rupp Acacia suaveolens subsp. montana D.A.Morrison & A.J.Rupp Acacia suaveolens subsp. myallensis D.A.Morrison & A.J.Rupp Acacia suaveolens var.
Acer montanum
== Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f. albertsii Schwer.
Acherontia atropos moira
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Adam Monkerri
Adam Monkerri (9 iyun 1998) — Seyşel adalarını təmsil edən üzgüçü. Adam Monkerri Seyşel adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adam Monkerri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.23 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 68-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Adi mollabaşı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Aechmea mollis
Aechmea mollis (lat. Aechmea mollis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aegiphila monstrosa
Aegiphila monstrosa (lat. Aegiphila monstrosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aegiphila cinsinə aid bitki növü.
Aegiphila monticola
Aegiphila monticola (lat. Aegiphila monticola) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aegiphila cinsinə aid bitki növü.
Aegypius monachus
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
воссоедине́ние гре́йдерный и́здавна изоли́рованно отпая́ть редкова́тый свихну́ть черни́чество геодези́стка натуралисти́чески партвзно́сы пино́к прива́женность рассече́ние скро́енный спра́шивать брон хамза altar wine chummage Huang He north-eastward гениальный пономарь размазать