MOLİBDENİT

сущ. молибденит (минерал свинцово-серой окраски, содержащий молибден, молибденовый блеск)
MOLİBDEN
MOLİBDENLİ
OBASTAN VİKİ
Molibdenit
Molibdenit – MoS2 — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İordizit – dəmirli molibdenit. == Xassələri == Rəng – mavi çalarlı qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – parlaq mavi çalarlı boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-5; Sərtlik – 1; Nazik vərəqləri əyilgəndir, lakin elastik deyil; əllə toxunduqda yağlıdır; Ayrılma – {0001} üzrə tam mükəmməl; Başqa xassələr – zəif elektrikkeçiriciliyi qızdırıldıqda artır; elektrikkeçiriciliyi pinakoid üzrə c oxuna nisbətən 103 dəfə çoxdur; Morfologiya – kristallar: heksaqonal-lövhəvari, qısaprizmatik, çəlləkvari; İkiləşmə: nadir hallarda {0001} üzrə; Mineral aqreqatları: vərəqvarı, pulcuqlu, sıx, bəzən toz şəkilli ( iordizit ) kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Tipik yüksək - və ortatemperaturlu hidrotermal mineraldır, turş püskürmə süxurlarla əlaqədardır. Ən böyük yığınları mis-porfir yataqlarında qeyd edilir. Bir sıra skarn tipli şeelit yataqlarında da geniş inkişaf etmişdir. Bəzən peqmatitlərdə, qreyzenlərdə və misli qumdaşlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, xalkopirit, bornit, volframit, şeelit, kassiterit, topaz, flüorit, apatit. Mineralın tapıldığı yerlər: Klaymaks (ABŞ); Sinovets, Krupka (Çexiya); Auerbax (Almaniya); Erdenet (Monqolustan); Qaraoba (Qazaxıstan); Tırnıauz (Rusiya); Qacaran (Ermənistan) və b.

Digər lüğətlərdə

всеме́стный их подчи́стить ящикообра́зный вздира́ние двухголо́сный зада́ться задо́лженность карпообра́зные мускулату́ра нажева́ться отреши́ться полоши́ться растру́ска эскула́п куяк claver dishonored far Gail milling cutter papyrus вьючный нокаут ушанка