Monako
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir.
Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır.
1911-ci il konstitusiyasına görə
Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.