MORE

more1

adj much və many sifətlərinin müq. dər.: 1. çox; əhəmiyyətli, çoxsaylı, intensiv; to have / to show ~ patience / craft / ability / knowledge than lazım olandan çox səbir / ustalıq / qabiliyyət / bilik göstərmək / nümayiş etdirmək; 2. əlavə, artıq, daha; one / two / three ~ daha bir / iki / üç dəfə artıq; 3. çox (sayda), artıq; children of twelve years old and ~ on iki yaş və yaşı on ikidən artıq / çox olan uşaqlar

more2

adv much zərfinin müq. dər.: 1. çox, daha çox; to be ~ like one’s father than one’s mother atasından çox anasına oxşamaq; much ~ daha çox; 2. Çoxhecalı sifət və zərflərdən müqayisə dərəcəsi düzəltmək üçün işlədilir: daha; ~ beautiful / interesting / difficult / serious daha gözəl / maraqlı / çətin / ciddi; 3. daha; yenidən, dönə-dönə; once ~ daha bir dəfə; twice ~ daha iki dəfə; never ~ daha heç vaxt; ~ and ~ dəfələrlə, dönə-dönə; ~ or less az-çox; the ~ ... the ~ nə qədər ...(bir) o qədər çox, ...-ca, ...-cə; The more we read the more we learn Nə qədər çox oxuyuruqsa, (bir) o qədər çox öyrənirik;

◊ to be no ~ ölmək; He is no more O sağ deyildir, O ölüb

MORDANT
MOREL
OBASTAN VİKİ
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
Tell Me More (mahnı)
Tell Me More (azərb. Mənə daha çoxunu danış‎) – Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən "TuralTuranX" duetinin müsabiqədə ifa etdiyi mahnı. Müsabiqənin birinci yarımfinalında mahnı 14-cü yeri tutaraq finala vəsiqə qazana bilməmişdir.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Ameli Moresmo
Ameli Moresmo (doğum 5 iyul 1979, Saint-Germain-en-Laye, Fransa) — fransa qadın tennis oyunçusu. Avstraliyanın Açıq Çempionatının (2006) və Uimbldon tennis turniri (2006) qalibidir. Əlavə, 2004-cü ildə, Moresmo Olimpiya oyunları gümüş medal qazandı. 2004-cü ildə, Moresmo, reytinqdə dünyada 1 nömrədir ilə 5 həftə idi, və 2006-cı ildə, ilə 34 həftə idi. Moresmo, hal-hazırda, Endi Mürreyiyə məşqçilik edir.
Bayron Moreno
Bayron Moreno (isp. Byron Aldemar Moreno Ruales) (d. 23 noyabr 1969) — ekvadorlu keçmiş futbol hakimi. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatlnda verdiyi qərarlarla uzun müddət gündəmdə olmuşdur. == İtaliya-Cənubi Koreya matçı == Bayron Moreno 2002-ci il dünya çempionatının 1/8 final mərhələsində İtaliyanın meydah sahibi Cənubi Koreyaya məğlub olaraq yarışı tərk etməsindən sonra bir çox futbol mütəxəssisləri və azarkeşləri tərəfindən tənqidlərə məruz almışdır. İtaliyalı futbolçu Françesko Totti və komandanın məşqçisi Covanni Trapattoni İtaliyanın yarışdan kənarlaşdırılmasını əvvəldən qurulmuş plan adlandırmışdır. Trapattoni daha irəli gedərək iki ev sahibindən birinin turnirdə qalması üçün hakimin FİFA-dan tapşırıq aldığını iddia etmişdir. Morenonun oyun zamanı ən çox tənqidlərə məruz qalan qərarları Cənubi Koreyanın xeyrinə erkən penaltinin verilməsi, Damiano Tommazi tərəfindən əlavə vaxtda vurulan qızıl qolun ofsayd səbəbindən hesaba alınmaması və Françesko Tottiyə simulyasiyaya səbəbindən ikinci sarı vərəqənin göstərilməsi idi. === FİFA-nın reaksiyası === FİFA prezidenti Zepp Blatter yan hakimi "fəlakət" adlandırmış və İtaliyanı hələ qrup oyunları zamanı səhv ofsayd qərarlarından əziyyət çəkdiyini etiraf etmişdir. Bununla belə, o, İtaliyaya qarşı hər hansı planın olması fikirlərini inkar etmişdir.
Bella Moretti
Bella Moretti (12 mart 1989, Las-Veqas, Nevada) — ABŞ pornoaktrisası. Bella Moretti ləqəbi ilə tanınan Ariel Miles 2008-ci ildə porno karyerasına başlayıb.
Benedikt Morel
Benedikt Morel (fransızca: Bénédict, Augustin Morel; 22 noyabr 1809[…], Vyana – 30 mart 1873[…], Ruan) — 19'cu əsrdə psixiatriya nəzəriyyələrinə böyük dərəcədə təsir edən bir Fransız psixiatrı. Ruhi xəstəliyin eləcə'də zehni və psixi xəstəliklərin səbəblərini araşdırdı və irsiyyətin bu xəstəliklərə əhəmiyyəti barədə məqalələr hazırladı. == Haqqında == Benedikt Morel fransızların Avstriyaya qarşı hərbi əməliyyatları dövründə Avstriyanın paytaxdı Vyanada fransız ailəsində anadan olub. Atası bir Fransız ordusu təminatçısı idi, anasının isə kim olduğu bilinmir. 1831-ci ildə gənc ikən səyahətlərindən sonra Parisdə yerləşdi, özünü jurnalistika'da sınadı, 1839-cu ildə tibb işinə başladı. Benedikt Morelin otağ yoldaşı olduğu bir tələbə dostu Claude Bernard onu daha sonra Morelin müəllimi olan psixiatr Jean-Pierre Falret ilə tanış etdi. == Tibb elminə töhfəsi == Morel, həm elmi, həm də publisistik tərzdə məqalələr dərc edərək öz psixiatrik tədqiqatlarına başladı. 1856-cı ildə Morel St John'daki psixiatriya xəstəxanasının baş həkimi təyin edildi. Xəstələrə qarşı mütərəqqi və insani yanaşdığı qeyd olunur. 1857-ci ildə, bəzi təxminlərə görə gələcəkdə psixiatriyada irsi araşdırmaların əsasını qoyan Traité des Dégénérescences (Fransızca - Degenerasiyaların Müalicəsi) adlı əsərini nəşr etdirdi.
Bulbophyllum morenoi
Bulbophyllum morenoi (lat. Bulbophyllum morenoi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cekob Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. == Həyatı == O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. == Şəxsi həyatı == Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Crocodylus moreletii
Mərkəzi Amerika timsahı (lat. Crocodylus moreletii) — əsl timsahlar sinfinin dümayəndəsi. Növ epiteti, bu növü 1850-ci ildə kəşf edən fransız təbiətşünası Moreletin şərəfinə verilmişdir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür, lakin ən böyük nümunələr 4,5 metr uzunluğa və 400–450 kiloqrama qədər şata bilər. Mərkəzi Amerika timsahlarının ölçüsü orta hesabla dişilərdə 1,5 metrdən tam yetkin erkəklər də 2,7 metrə qədər dəyişir. Rəngi ümumiyyətlə qəhvəyi olur. Üzərində qara zolaqlara rast gəlinir. Gənclərdə qara ləkələrin yerinə sarıdır. Sifəti kifayət qədər enlidir. Başının arxasında xarakterik qabarıqlıqlar var.
Erigeron morelensis
Erigeron morelensis (lat. Erigeron morelensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Garcinia morella
Garcinia morella (lat. Garcinia morella) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Helena Moreno
Kloe Qreys Moretz
Kloe Qreys Moretz (ing. Chloë Grace Moretz; 10 fevral 1997, Atlanta, Corciya, ABŞ) — ABŞ aktrisası və modeli. 7 yaşından film karyerasına başlayan Kloe bir çox film və seriallarda çəkilmişdir. Bununla da "Young Artist Awards" mükafatına namizədliyi irəli sürülmüşdür. 2010-cu ildə Kick Ass filmində oynadığı Hit Girl obrazı böyük marağa səbəb olmuşdur. Bu filmlərdəki uğurundan sonra o, "Məni İçəri Burax" və "Huqo" kimi uğurlu filmlərə çəkilmişdir. == Həyatı == Kloe 1997-ci ildə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində anadan olub. Anası Terri tibb bacısı atası Makkoy Li Moretz isə estetik cərrahıdır. Kloenin Brandon, Trevor, Kolin və Etan adlı özündən böyük 4 qardaşı var. Kloe ailəsinin Xristianlığa çox bağlı olduğunu qeyd edib.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Morelia
Morelia — Meksikada şəhər. 608 049 nəfər əhalisi var.
Morelia reticulatus
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Moreliini
Pitonlar (lat. Pythonidae) — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.
Morelli
Etyenn-Qabriel Morelli (1717[…] – 1778[…]) — Fransa maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını — "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Morelos
Morelos Meksikanın qərbində yerləşən ştat. Şima-qərbində və şimal-şərqində Meksika ştatı, şimalında Federal ərazi, şərqində Puebla və cənub-qərbində Guerrero ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kuernavakadır. Sahəsi 4.893 kvadrat km-dir. Əhalisi isə 1.668.343 nəfərdir.
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər == Hərəkətdə olan morenlər == Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Moren gölü
Robert Morey
Robert Morey (ing. Robert Moray, Murrey, Murray, 10 mart 1609, Pertşir[d] – 4 iyul 1673, London) — ingilis hərbçisi və dövlət xadimi, mason və təbiətşünas, London Kral Cəmiyyətinin qurucularından biri və faktiki olaraq ilk prezidenti. == Həyatı == Robert Morey Şotland lord ailəsində anadan olmuşdur. Onun babası Robert Morey, atası Kreycidən olan ser Manqo Morey idir. Şahzadə Henri Uelsin şəxsi xidmətçisi, şair Devid Morey Robert Moreyın kiçik əmisi olmuşdur. Moreyın təhsili haqqında məlumatları mübahisəlidir. Bəzi tarixçilər onun Şotlandiyanın ən qədim universiteti olan Sent-Endryus Universitetini bitirdikdən sonra təhsilini Fransada davam etdirdiyini iddia edirlər, lakin bu məlumat dəqiq deyil. Robert gənc yaşlarından təbiət elmlərinə maraq göstərdi. 1623-cü ildə o, Ser Jorc Brüsun rəhbərliyi altında, kömür mədəni olan, Fert-of-Fort körfəzində tikilmiş süni adaya baş çəkmişdir. Daha sonra şəxsi məktubunda Morey "istəklərini anlamaq və tənzimləmək" üçün araşdırmaya başladığı an kimi 1627-ci ili qeyd etmişdir.
Sen-Sorlen-de-Morestel
Sen-Sorlen-de-Morestel (fr. Saint-Sorlin-de-Morestel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38458. Kommunanın 1999-cu il üçün əhalisi 448 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 55 km şərqdə, Qrenobldan 55 km şimalda yerləşir.
Sen-Viktor-de-Morestel
Sen-Viktor-de-Morestel (fr. Saint-Victor-de-Morestel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38465. Kommunanın 1999-cu il üçün əhalisi 849 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 55 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Sion Moreno
Sion Moreno (ing. Zión Moreno; 23 fevral 1995, El-Paso, Texas, ABŞ) — Amerikalı aktrisa və model. Netflix serialı "Control Z" və HBO Max-ın 2021-ci ildə yenidən çəkilən "Gossip Girl" serialındakı rolu ilə tanınır. O, həmçinin Melani Martinesin yazıb rejissorluq etdiyi K–12 filmində Fleur obrazını canlandırıb. == Həyatı == Moreno Texas ştatının El-Paso şəhərində meksikalı ailədə anadan olub. Anası Çihuahuadan, atası isə Monterreydəndir. Nyu-Meksiko ştatının Albukerke şəhərində böyüyüb və evdə ispanca danışmışdır. Moreno trans qadındır və 13 yaşında ikən cinsiyyətini dəyişməyə başlayıb. O, məktəbdə oxuyarkən həmyaşıdlarının qısnaması ilə üzləşib. == Karyerası == Moreno modellik karyerasını davam etdirmək üçün 19 yaşında Nyu-Yorka köçdü.
Səth morenləri