MORE

more1

adj much və many sifətlərinin müq. dər.: 1. çox; əhəmiyyətli, çoxsaylı, intensiv; to have / to show ~ patience / craft / ability / knowledge than lazım olandan çox səbir / ustalıq / qabiliyyət / bilik göstərmək / nümayiş etdirmək; 2. əlavə, artıq, daha; one / two / three ~ daha bir / iki / üç dəfə artıq; 3. çox (sayda), artıq; children of twelve years old and ~ on iki yaş və yaşı on ikidən artıq / çox olan uşaqlar

more2

adv much zərfinin müq. dər.: 1. çox, daha çox; to be ~ like one’s father than one’s mother atasından çox anasına oxşamaq; much ~ daha çox; 2. Çoxhecalı sifət və zərflərdən müqayisə dərəcəsi düzəltmək üçün işlədilir: daha; ~ beautiful / interesting / difficult / serious daha gözəl / maraqlı / çətin / ciddi; 3. daha; yenidən, dönə-dönə; once ~ daha bir dəfə; twice ~ daha iki dəfə; never ~ daha heç vaxt; ~ and ~ dəfələrlə, dönə-dönə; ~ or less az-çox; the ~ ... the ~ nə qədər ...(bir) o qədər çox, ...-ca, ...-cə; The more we read the more we learn Nə qədər çox oxuyuruqsa, (bir) o qədər çox öyrənirik;

◊ to be no ~ ölmək; He is no more O sağ deyildir, O ölüb

MORDANT
MOREL
OBASTAN VİKİ
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Tell Me More (mahnı)
Tell Me More (azərb. Mənə daha çoxunu danış‎) – Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən "TuralTuranX" duetinin müsabiqədə ifa etdiyi mahnı. Müsabiqənin birinci yarımfinalında mahnı 14-cü yeri tutaraq finala vəsiqə qazana bilməmişdir.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Erigeron morelensis
Erigeron morelensis (lat. Erigeron morelensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Garcinia morella
Helena Moreno
Kloe Qreys Moretz
Kloe Qreys Moretz (ing. Chloë Grace Moretz; 10 fevral 1997, Atlanta, Corciya, ABŞ) — ABŞ aktrisası və modeli. 7 yaşından film karyerasına başlayan Kloe bir çox film və seriallarda çəkilmişdir. Bununla da "Young Artist Awards" mükafatına namizədliyi irəli sürülmüşdür. 2010-cu ildə Kick Ass filmində oynadığı Hit Girl obrazı böyük marağa səbəb olmuşdur. Bu filmlərdəki uğurundan sonra o, "Məni İçəri Burax" və "Huqo" kimi uğurlu filmlərə çəkilmişdir. == Həyatı == Kloe 1997-ci ildə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində anadan olub. Anası Terri tibb bacısı atası Makkoy Li Moretz isə estetik cərrahıdır. Kloenin Brandon, Trevor, Kolin və Etan adlı özündən böyük 4 qardaşı var. Kloe ailəsinin Xristianlığa çox bağlı olduğunu qeyd edib.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Morelia
Morelia — Meksikada şəhər. 608 049 nəfər əhalisi var.
Morelia reticulatus
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Moreliini
Pitonlar (lat. Pythonidae) — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.
Morelli
Etyenn-Qabriel Morelli (1717[…] – 1778[…]) — Fransa maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını — "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Morelos
Morelos Meksikanın qərbində yerləşən ştat. Şima-qərbində və şimal-şərqində Meksika ştatı, şimalında Federal ərazi, şərqində Puebla və cənub-qərbində Guerrero ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kuernavakadır. Sahəsi 4.893 kvadrat km-dir. Əhalisi isə 1.668.343 nəfərdir.
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Moren gölü
Morena Bakkarin
Morena Silva de Vaz Bakkarin (port. Morena Silva de Vaz Setta Baccarin; 2 iyun 1979, Rio-de-Janeyro) — braziliyalı aktrisa. Televiziya serialı Firefly və Serenity filmindəki İnara Serra rolu ilə tanınır. Həmçinin Dedpul filmlərindəki rolu ilə də tanınır. Hal-hazırda Gotham serialında Dr. Lesli rolunu canlandırır.
Morenada
Morenada — La-Pas (Prensa Latina) And dağları Boliviya Altiplano yaylasının ənənəvi morenada rəqsi kütləvi folklor fəaliyyəti kimi Ginnesin rekordlar kitabına daxil ola bilər. Həmçinin “Qaradərililər rəqsi” adı ilə məşhur olan morenada ispanların plantasiyalarda işləmək üçün qovub gətirdikləri qullar arasında yaranmışdır. Şişirdilmiş formada olan birqəlib maska rəqqasın irqi xüsusiyyətlərni əks etdirir. Rəqqasların kostyumlari 40 kiloqram ağırlığında ola bilir. 2013-cü ilin 4 avqustunda “100% Boliviya mandanası bütün dünyada sülh və Boliviya incəsənətinə hörmət” adı altında tarixi hadisə baş verdi. Həmin gün dünyanın 76 şəhər və 23 ölkəsində yüz minlərlə adam morenada rəqsini ifa etmişlər. Boliviya, Almaniya, Argentina, Avstriya, Braziliya, Kanada, Cili, Ekvador, İspaniya, Birləşmiş ştatlar, Finlandiya, Fransa, Hollandiya, İngiltərə, İtalya,Yaponiya, Meksika, Norveç, Panama, İsveç və Venesuela ölkələrində bu tədbir OBDEFO (Boliviya qoruma və folklor paylaşma təşkilatı) tərəfindən morenadanın təmiz Boliviya rəqsi olduqunu bütün dünyaya göstərmək üçün təşkil edilmişdi.
Morenao stadionu
Morenao stadionu (port. Estádio Universitário Pedro Pedrossian) — Braziliyanın Kampo Qrande şəhərində yerləşən və Mato Qrosso do Sul Federal Universitetinə məxsus olan stadion. Tamaşaçı tutumu 45,000 nəfərdir. "Komersial" və "Operario" klubları ev oyunlarını bu stadionda keçirir. Açılışı 7 mart 1971-ci ildə olmuşdur.
Morenlər
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Morennıe
Morennıe — Kara dənizinində, Şimal Torpağı arxipelaqının şimalında yerləşən adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Komsomoles adasından şimalda Labirint körfəzidə yerləşir. Qrupa daxil adaların sayını dəqiq müəyyən etmək çətindir. Bəzilərinin sahəsi olduqca kiçikdir. Ən böyük adanın uzunluğu yarım km-dir. Maksimal hündürlüyü 11 metrdir. Əsasən qumsalıqlarla örtülüdürlər. Adalarda kiçik göllər vardır. Adaların ayrıca adları yoxdur.
Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Morestel
Morestel (fr. Morestel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morestel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38261. Kommunanın 1999-cu il üçün əhalisi 3034 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Moret (kommuna)
Moret (fr. Morette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38263. Kommunanın 2012-ci il üçün əhalisi 399 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 761 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
Moretel-de-May
Moretel-de-May (fr. Morêtel-de-Mailles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38262. Kommunanın 2012-ci il üçün əhalisi 425 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 250 ilə 1 178 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Moreya despotluğu
Moreya despotluğu - 1349-cu ildə Axeya knyazlığından alınan torpaqlarda yaradılmışdı. Bizans torpaqları sayılan Moreya əslində öz despot (despotizm ilə qarışdırılmamalıdır) adlanan hakimləri tərəfindən idarə olunurdu. İlk Moreya despotu Kantakuzinlər sülaləsindən Manuel Kantakuzin idi. 1460-cı ilə qədər mövcud olmuş despotluq Dmitri Paleoloqun Osmanlıya təslim olması ilə ləğv edildi.