monolit
möcüzə
OBASTAN VİKİ
Morq küçəsində qətl
Morq küçəsində qətl (ing. The Murders in the Rue Morgue) - Edqar Allan Po tərəfindən Detektiv janrında yazılmış hekayə. Əsər 1841-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir. Hekayədə C. Auguste Dupin Parisdə iki qadının qəddarcasına öldürməsinin sirrini tapmağa çalışır. Dupin, ilk real detektiv hekayə olaraq qiymətləndirilən bu hekayədə ilk dəfə Charlemagne, Şerlok Holmes və Hercule Poyrot kimi bir çox xəyali dedektif tərəfindən istifadə ediləcək ədəbi vasitələrdən istifadə edir. Poenin ağıllı detektiv xarakteri növbəti bir çox yazarlar üçün nümunədir. Dupin həmçinin Poenin xarakterinin gizli və oğurlanmış məktubuna Marie Rogêt'in məktubuna daxildir.
Morq küçəsində qətl (hekayə)
Morq küçəsində qətl (ing. The Murders in the Rue Morgue) - Edqar Allan Po tərəfindən Detektiv janrında yazılmış hekayə. Əsər 1841-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir. Hekayədə C. Auguste Dupin Parisdə iki qadının qəddarcasına öldürməsinin sirrini tapmağa çalışır. Dupin, ilk real detektiv hekayə olaraq qiymətləndirilən bu hekayədə ilk dəfə Charlemagne, Şerlok Holmes və Hercule Poyrot kimi bir çox xəyali dedektif tərəfindən istifadə ediləcək ədəbi vasitələrdən istifadə edir. Poenin ağıllı detektiv xarakteri növbəti bir çox yazarlar üçün nümunədir. Dupin həmçinin Poenin xarakterinin gizli və oğurlanmış məktubuna Marie Rogêt'in məktubuna daxildir.
Hans Morqentau
Hans İoaxim Morgentau (17 fevral 1904, Koburq – 19 iyul 1980, Nyu-York, Nyu-York ştatı) — almanəsilli ABŞ siyasətçisi, diplomatı və tarixçisi. == Həyatı == Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir. 1948-ci ildə Morgentau indi beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində siyasi realizmin əsasını qoymuşdur.
Hans Morqento
Hans İoaxim Morgentau (17 fevral 1904, Koburq – 19 iyul 1980, Nyu-York, Nyu-York ştatı) — almanəsilli ABŞ siyasətçisi, diplomatı və tarixçisi. == Həyatı == Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir. 1948-ci ildə Morgentau indi beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində siyasi realizmin əsasını qoymuşdur.
Henri Morqan
Henri Morqan (ing. Sir Henry Morgan; 24 yanvar 1631, ehtimal ki, , İngiltərə krallığı – 25 avqust 1688[…]) — Uelsli Dəniz qulduru. Henri Morqan Karib hövzəsində Dəniz quldurluğu ilə məşğul olmuşdur. O, ən məşhur Uelsli Dəniz qulduru hesab olunur. Morqan, Karib hövzəsində donanma üstünlüyünü İspaniyadan Böyük Britaniyaya keçməsinə çalışırdı. == Həyatı == Henrinin, Monmoutşir valisi olan Robert Morqanın oğlu olduğu ehtimal olunur. Bristol şəhərinin arxivlərində 1655-ci ilə aid bir sənəddə Henri Morqan Karib Hövzəsində yerləşən Barbados adasında kənd təsərüffatı ilə məşğul olduğu göstərilmişdir. Bu məlumatdan başa Henri Morqan haqqında 1655-ci ilə qədər heç bir məlumat yoxdur. Henrinin şəxsi həyatı barədə əsas məlumatlar onun xatirələrindən öyrənilir. Öz xatirələrində Morqan məktəbi gənc yaşlarda tərk etdiyini, qələmdən daha çox oxa üstünlük verdiyini yazmışdır.
Jak De Morqan
Jak de Morqan (3 iyun 1857[…] – 12 iyun 1924, Marsel)— fransız tarixçisi, numizmat və arxeoloqu. == Həyatı == Jak De Morqan 3 iyun 1857-ci ildə Fransanın Uisso-Syur-Koccon şəhərində anadan olmuşdur. 1889–1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İran və Azərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar apararaq tarixi abidələrimizi ölkədən kənara çıxartmışdır. O, 1889-cu ildə Korqanrud (Kəonru) mahalında qazıntılar aparmış və buradakı tarixi abidələrlə yanaşı, qızıl və digər qiymətli əşyaları Fransa muzeylərinə göndərmişdir. De Morqan Lənkəran, Lerik və Astaranın ərazisində arxeoloji qazıntılara ilk olaraq Çay İçi Lənkəran (Ruədilə) mahalından başlayaraq, Astaranın, Lerikin, Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edirdi. O, savadsız kənd camaatını müxtəlif yollarla aldadaraq qədim tarixə malik qəbirləri onlara qazdırmışdır. 1890-cı ildə tədqiqatcı həmyerlisi K. Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində arxeoloji qazıntılara başlayır. O, buradakı nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5–6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır.
Lüis Henri Morqan
Morqan Lüis Henri (ing. Lewis Henry Morgan; 21 noyabr 1818 – 17 dekabr 1881[…], Roçester[d], Nyu-York ştatı) – ABŞ alimi, etnoqrafı və arxeoloqu. == Həyatı == Amerika hindililərinin məişətini öyrənərək ibtidai cəmiyyətin tarixinə dair sanballı material toplamış, "Qədim cəmiyyət" əsərində (1877) ümumiləşdirmişdir. Siniflərə qədərki cəmiyyəti tarixinin dövrləşdirilməsini yaratmaq cəhdi Morqana məxsusdur; bu cəhd hər bir dövrü istehsal texnikasının inkişafı ilə əlaqələndirmək baxımından qiymətli hesab edilir. Morqan müəyyən etmişdir ki, ailə cəmiyyətin inkişafı ilə birlikdə dəyişən tarixi hadisədir. Luis Henri morqan 40 il müddətində irokezlerle birlikdə yaşamış və onların həyatını öyrənmişdir.
Morqan Ceyms
Morqan Ceyms (27 avqust 1999) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Ceyms Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Harri Toffolonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Ceyms klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Morqan Friman
Morqan Friman (1 iyun 1937[…], Memfis, Tennessi) — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibi oldu. Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi. Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır. Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.
Morqan Lüis Henri
Morqan Lüis Henri (ing. Lewis Henry Morgan; 21 noyabr 1818 – 17 dekabr 1881[…], Roçester[d], Nyu-York ştatı) – ABŞ alimi, etnoqrafı və arxeoloqu. Amerika hindililərinin məişətini öyrənərək ibtidai cəmiyyətin tarixinə dair sanballı material toplamış, "Qədim cəmiyyət" əsərində (1877) ümumiləşdirmişdir. Siniflərə qədərki cəmiyyəti tarixinin dövrləşdirilməsini yaratmaq cəhdi Morqana məxsusdur; bu cəhd hər bir dövrü istehsal texnikasının inkişafı ilə əlaqələndirmək baxımından qiymətli hesab edilir. Morqan müəyyən etmişdir ki, ailə cəmiyyətin inkişafı ilə birlikdə dəyişən tarixi hadisədir. Luis Henri morqan 40 il müddətində irokezlerle birlikdə yaşamış və onların həyatını öyrənmişdir.
Morqan Nikin itməsi
Morqan Çantel Nik (ing. Morgan Chauntel Nick; d. 12 sentyabr 1988, ABŞ, Arkanzas, Alma - itkin düşdü 9 iyun 1995, ABŞ, Arkanzas, Alma) – Kiçik Beysbol Liqası oyununda oğurlanmış amerikalı qız. Morqanın anası insanlara itkin düşmüş övladlarını tapmağa kömək edən Morqan Nik Fondunu yaratmaqla tanınmışdır. 9 iyun 1995-ci ildə Morqan Nik və anası Kollin Nik Arkanzas ştatının Alma şəhərində Kiçik Beysbol Liqası oyununa getdilər. Saat 10:30 radələrində Morqan anasından dostları ilə birlikdə işıldaböcəyi tuta biləcəyini soruşdu. Əvvəlcə anası tərəddüd etdi, lakin sonda icazə verdi. O, sonuncu dəfə dostları tərəfindən 10:45 radələrində anasının maşının yanında tək başına ayaqqabılarından qumu boşaldarkən göründü. Dostları isə ondan bir neçə metr kənarda ayaqqabılarını təmizləyirdilər. Morqanın dostları ayaqqabılarını geyinərkən Morqanla söhbət edən xoşagəlməz bir adam gördüklərini bildirdilər.
Morqan Tomas Hant
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], Pasadena, Kaliforniya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. Развитие и наследственность Ю. Я. Керкис. — М.—Л.: Биомедгиз, 1937.
Morqan Tsvangirai
Morqan Tsvangirai (d. 10 mart 1952, Qutu — ö. 14 fevral 2018, Yohannesburq) — Zimbabvenin baş naziri (2009 il fevralın 11-dən), Robert Muqabeyə qarşı müxalifətin lideri. Gümüş Qızılgül Həmrəylik Mükafatının laureatı (2001 ildən).
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Morqana Qmaç
Morqana Qmaç (17 iyun 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Morqana Qmaç 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qmaç həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. Morqana Qmaç 2016-cı ildə Braziliya bayrağı altında elə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Emanuelle Lima, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Morqot
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar. Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu.
Oskar Morqenştern
Oskar Morqenştern (d. 24 yanvar 1902 - ö. 26 iyul 1977) — almaniyalı iqtisadçı. İqtisadi tsikl, beynəlxalq ticarət məsələlərini, siyasi iqtisad problemlərinin statistik və riyazi təhlil metodologiyasını tədqiq etmişdir. Riyaziyyatçı Con fon Neyman ilə birlikdə oyunlar nəzəriyyəsini bazar iqtisadiyyatının təhlilinə təbiq etmişdir (gözlənilən faydalılıq nəzəriyyəsi). Neyman-Morqenştern konsepsiyasının əsas müddəaları 1944-cü ildə "Oyunlar nəzəriyyəsi və iqtisadi davranış" adı ilə dərc edilmişdir.
Vilyam Morqan
Vilyam Morqan — voleybol oyununun banisi. 1870-ci ildə Nyu-Yorkun Lokport əyalətində dünyaya göz açmışdır. Əslən uelsli olan Morqan ABŞ vətəndaşı idi. O, 1892-ci ildə "Springfield" kollecində basketbol oyununun yaradıcısı Ceyms Naysimitlə tanışdı. Hər ikisi bədən tərbiyəsini oxumuş və 1895-ci ildə Naisimit basketbolu yaratmışdı. Bunu görən Morqan daha az güc sərf edərək daha çox maraq verəcək bir oyun yaratmaq istədi və voleybol oyununun əsasını qoydu. İlk olaraq "Mintonette" adlandırdığı oyunu daha sonra voleybol olaraq dəyişdilər və bugünkü voleybol oyunu inkişafla uzun yol keçdi. 1942-ci ildə Morqan dünyasını dəyişmişdir. Onun adına ABŞda orta məktəb də vardır.
Yevgeni Morqunov
Yevgeni Aleksandroviç Morqunov (rus. Евгений Александрович Моргунов; d. 27 aprel 1927-ci il, Moskva, RSFSR — v. 25 iyun 1999-cu il, Moskva, RSFSR) — Sovet və Rusiya aktyoru və kinorejissoru, RSFSR-in əməkdar artisti (1978). Daha çox Leonid Qaydayın öz komediyalarında yaratdığı Qorxaq-Axmaq-Çoxbilmiş üçlüyündən Çoxbilmiş rolunun ifaçısı kimi tanınmışdır. Yevgeni Aleksandroviç Morqunov 27 aprel 1927-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlığı ağır keçmişdir. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlamışdır. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasını xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına teatr məktəbinə qəbul olur.
Artur Morqan
Artur Morqan — (ing. Arthur Morgan) Red Dead Redemption 2 oyununun baş qəhrəmanı. Rockstar Games- in Red Dead video oyun seriyasındakı personajlardan biridir . Artur qanundan kənar bir şəxsdir, Van der Linde bandasının yüksək rütbəli üzvüdür, o, Amerika sərhədinin qondarma təmsilçiliyində hökumət qüvvələri və digər düşmənlərlə mübarizə aparmağa çalışarkən Köhnə Qərbin tənəzzülü ilə məşğul olmalıdır . == Yaradılması == Rockstar Games- in inkişaf qrupu, hadisələrin ona necə təsir etdiyini daha yaxşı başa düşmək üçün Red Dead Redemption 2-də əvvəlki layihə Grand Theft Auto V (2013) dən fərqli olaraq idarə oluna bilən tək bir xarakterə sahib olacağına qərar verdi. Onlar həmçinin hesab edirdilər ki, Qərbin povest quruluşu vahid perspektiv tələb edir. Artur Morqan rolunu aktyor Rocer Klark canlandırıb ; Çəkiliş prosesində eyni vaxtda hərəkət və nitq çəkilişi iştirak edirdi, ancaq kiçik bir hissəsi səs kabinəsində edildi. Artur rolunu oynamaq üçün Klark aktyor Toshiro Mifunedən ilham aldı. O, qeyd etdi ki, Mifune personajlarının Arturda göstərmək istədiyi "dəli" yumor və mürəkkəblik hissi var. Klark " Təklif" dən bəzi fikirlər əldə etdi , çünki o, Arturla oxşar xarakter qövsünü, eləcə də Qərbi Günortadan və Con Ueynin işindən bəhs edir.
Kolin Morqan
Kolin Morqan (1 yanvar 1986) — Şimali İrlandiyalı aktyor. O, BBC-nin fantaziya serialı Merlin-də canlandırdığı Merlin (2008–2012) və Kennet Brana -ın Belfast filmində canlandırdığı Billy Clanton (2021) obrazları ilə məşhurlaşmışdır.
Morqan (dairə, Alabama)
Morqan dairəsi və ya Morgan qraflığı, Amerika Birləşmiş Ştatlarının Alabama ştatında yerləşən bir qraflıqdır. ABŞ-da əhalinin 2020-ci ildəki siyahıyaalınmasına görə dairənin əhalisi 123,421 nəfər təşkil edir. Dairənin mərkəzi Dekatur şəhəridir.
Morqan Bulkeley
Morqan Qardner Bulkeley (26 dekabr 1837 – 6 noyabr 1922, Hartford) — Amerikalı; siyasətçi; iş adamı; Peşəkar Beysbol Klubları Milli Liqasının (ing. National League (baseball)) ilk prezidenti.
Svetlana Morqunova
Svetlana Mixaylovna Morqunova (rus. Светла́на Миха́йловна Моргуно́ва; 7 mart 1940, Moskva – 10 mart 2024, Moskva) — 1961-ci ildən Sovet Mərkəzi Televiziyasının rus diktoru, televiziya və radio aparıcısı. "Mavi işiq" və "Səhər poçtu" proqramlarının aparıcılarından biri olub. 2024-cü il 10 mart tarixində vəfat edib.
Morqan Kitabxanası və Muzeyi
Morqan Kitabxanası və Muzeyi (ing. The Morgan Library & Museum) — ABŞ-ın Nyu York şəhərində yerləşən məşhur bir mədəniyyət mərkəzidir. 1924-cü ildə bankir və sənət kolleksiyaçısı Con Pirpont Morqan tərəfindən yaradılan kitabxana və muzey, nadir kitablar, əlyazmalar, sənət əsərləri və tarixi sənədlərlə zəngin bir kolleksiyaya malikdir. İlk əvvəl şəxsi kitabxana olaraq qurulan Morqan Kitabxanası, daha sonra ictimaiyyətə açılaraq muzeyə çevrildi. Kitabxana 1924-cü ildə atasının vəsiyyəti ilə C.P. Morqanın oğlu Con Pirpont Morqan-kiçik tərəfindən ictimai quruma çevrildi və sonrakı genişləndirmələr 1928, 1962 və 1991-ci illərdə tamamlandı. Morqan Kitabxanası 2006-cı ildə böyük bir genişləndirmə tamamlandıqdan sonra Morqan Kitabxanası və Muzeyi adlandırıldı. Əlavə təmir işləri 2010 və 2022-ci illərdə tamamlandı. == Haqqında == Morqan Kitabxanası dünyanın ən əhəmiyyətli nadir əlyazma və kitab kolleksiyalarından birinə sahibdir. Kolleksiyada orta əsrlərdən bu günə qədər olan çoxsaylı əlyazmalar, qədim dövrlərə aid nadir kitablar, tarixi sənədlər və orijinal musiqi notları yer alır. Məsələn, kolleksiyada Böyük İncillər, Volter, Çarlz Dikkens, Mozart kimi məşhur şəxslərin orijinal əlyazmaları mövcuddur.

Значение слова в других словарях