mozalan
Mozel
OBASTAN VİKİ
Mozambik
Mozambik — Afrikada dövlət. == Adın etimalogiyası == Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir. == Coğrafiyası və İqlimi == Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında, Zimbabvenin şərqində, Esvatini və Cənubi Afrikanın şimal şərqindədir. Coğrafi mövqes(n)i: 18–15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı Xəritədəki mövqes(n)i: Afrika Sahə: 801,590 km² Sərhədləri: cəmi: 4,571 km Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Esvatini 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km Sahil şeridi: 2,470 km İqlimi: tropikdən subtropikale keçiş iqlimi. Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları) Sulanan ərazi: 1,200 km² (2000 məlumatları) Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Esvatini.
Mozambik Respublikası
Mozambik — Afrikada dövlət. == Adın etimalogiyası == Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir. == Coğrafiyası və İqlimi == Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında, Zimbabvenin şərqində, Esvatini və Cənubi Afrikanın şimal şərqindədir. Coğrafi mövqes(n)i: 18–15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı Xəritədəki mövqes(n)i: Afrika Sahə: 801,590 km² Sərhədləri: cəmi: 4,571 km Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Esvatini 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km Sahil şeridi: 2,470 km İqlimi: tropikdən subtropikale keçiş iqlimi. Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları) Sulanan ərazi: 1,200 km² (2000 məlumatları) Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Esvatini.
Mozambik adası
Mozambik adası (port. Ilha de Moçambique) — Mozambikin şimalında, Mozambik kanalı ilə Mossuril körfəzi arasında yerləşir və Nampula əyalətinə daxildir. 1898-ci ilə qədər Portuqaliyanın Şərqi Afrikadakı müstəmləkə paytaxtı idi. Zəngin tarixi və qumlu çimərlikləri ilə Mozambik adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Mozambikin ən sürətli böyüyən turizm yerlərindən biridir. Təxminən 14 000 nəfər əhalisi var və yaxınlığında Nampula əyalətindəki Lumbo hava limanı xidmət göstərir. == Tarix == Mozambik adasında tapılan dulusçuluq məmulatları şəhərin on dördüncü əsrdən gec olmayaraq qurulduğunu göstərir. Şəhərin hökmdarlarının XV əsrdə həm Anqoçe, həm də Kelimanenin hökmdarları ilə əlaqələri vardı. 1514-cü ildə Duarte Barbosa, şəhərin müsəlman bir əhaliyə sahib olduğunu və Anqoçe ilə eyni suahili ləhcəsində danışdıqlarını qeyd etdi. Adanın adı (port. Moçambique) adanın Vasko da Qama dövründəki sultanı Əli Musa Mbikinin (Musa ibn-Bik) adından yaranmışdır.
Mozambik bayrağı
Mozambik bayrağı — Mozambikin dövlət bayrağı. == Forması == BMT üzvü ölkələr arasında odlu silahın həkk oldunduğu üç bayraqdan biri də Mozambik bayrağıdır. Bu bayraq dünyada yeganə bayraqdır ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var. Bununla yanaşı bayraqda toxa təsvirinə də rast gəlmək olar ki, avtomatla birgə onlar X-ya bənzər forma yaradırlar. 1975-ci ildə Portuqaliyadan müstəqilliyini aldıqdan sonra Mozambik Azadlıq Hərəkatının bayrağı sayılan, 3:2 nisbətində üfüqi vəziyyətdə yaşıl, qara, sarı zolaqlar və qırmızı düzbucaqlı üzbucaq olan bayrağa FRELIMO-nun (Frente de Libertação de Moçambique - Mozambik Azadlıq Cəbhəsi) simvolları əlaqə edilərək 1983-cü ildə rəsmi bayraq kimi qəbul edilmişdir. Bu vaxta qədər isə bayrağın dizaynı bir qədər fərqli olmuşdur. Bayraqdakı yaşıl rəng - ölkənin yerüstü sərvətlərini, qara rəng - Afrika qitəsini, qızılı sarı rəng - ölkənin yeraltı sərvətlərini, qırmızı rəng - müstəmləkəçiliyə qarşı müqaviməti, suverenliyin müdafiəsi və milli azadlıq uğrunda silahı mübarizəni, ağ rəng - Mozambik xalqının mübrizənin haqlılığını və sülhü, sarı beşguşəli ulduz - mozambik xalqının beynəlmiləl həmrəylik ruhunu, kitab - təhsili, toxa - kənd təsərrüfatını, istehsalatı və AK-47 - silahlı mübarizəni və ölkənin müdafiəsini simvolizə edir.
Mozambik boğazı
Mozambik boğazı (fr. Canal du Mozambique, malaq. Lakandranon'i Mozambika, port. Canal de Moçambique) — Madaqaskar və Mozambik arasında, Hind okeanının qərbində yerləşən boğaz. Dünyanın ən uzun boğazı olaraq uzunluğu 1760 km təşkil edir. Eni 422 km-dir. Ən dayaz yeri 117 m, ən dərin yeri isə 3292 metrdir. Burada suyun axın sürəti 1-1,5 dəniz mili/s təşkil edir. == Adaları == Komor Nqazidju Moceli Anjuan == Mənbə == Boğazın sərhədləri Arxivləşdirilib 2011-10-08 at the Wayback Machine Beynəlxalq Hidroqrafiya Cəmiyyəti 1953 il.
Mozambik cərəyanı
Mozambik cərəyanı — Hind okeanının Mozambik boğazında Afrikanın şərq sahilləri boyunca Mozambik və Madaqaskar adası arasında cənuba doğru axan isti okean axınıdır. == Yaranması == Mozambik cərəyanının klassik tərifi- güclü, davamlı, qərb sərhəd axımıdır. Müasir tədqiqatlar bu fərziyyəyə etiraz etmiş və göstərmişdir ki, güclü qərb sərhəd axımı ilə yanaşı, boğazda tez-tez bir sıra böyük anti-siklonik burulğanlar olur. Bu burulğanlar üçün sübutlar peyk altimetriyası məlumatlarında, gəmi sorğularında və aparılmış bir çox ölçmə qeydlərində tapılmışdır. İki ildən artıq aparılmış eyni axım ölçmə qeydləri Mozambik sahilləri boyunca güclü, davamlı axın, əsasən sabit bir Mozambik cərəyanı anlayışını ortadan qaldırır. Buna baxmayaraq, Mozambik cərəyanının qısamüddətli zamanlarda meydana gəlməsi ehtimalını istisna etmək mümkün deyil. Həqiqətən də, Mozambik boğazının rəqəmsal model görüntüləri Mozambik sahilində burulğanlar arasında bir axımın görünüşünü göstərir. == Mozambik boğazı burulğanları == Mozambik boğazı burulğanları cənuba doğru genişlənən böyük, isti, anti-siklonik burulğanlardır. Bu burulğanların diametri 300 km-ə qədər çatır və maksimal dövretmə sürət həddi təxminən 1 m/san olur. Burulğanların formalaşmasının dəqiq səbəbləri və yeri hələ də müzakirə olunmaqdadır.
Mozambik gerbi
Mozambik bayrağı — Mozambikin dövlət gerbi. Mozambik gerbi dünyada yeganə gerbdir ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var.
Mozambik metikalı
Mozambik metikalı — Mozambik dövlətinin pul vahididir. Pul mübadiləsində 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan, 1, 5, 10, 20 və 50 sentavoluq, 1, 2, 5 və 10 metikallıq sikkələrdən daha çox istifadə olunur. == Tarixi == === Köhnə metikal (MZM) === Metikal (MZM) 1980-ci ilin iyunun 16-sından eskudonu əvəz etmişdir. Metikal hiperinflyasiyaya məruz qaldı və bir müddət təxminən mübadilə kursuyla 24 500 metikal bir Amerika dollarına (USD) bərabər idi və dünyada ən az qiymətli valyuta ünvanına sahib olmuşdur. Bu titul 2005-ci ilin avqust ayından Zimbabve dollarına ötürüldü. === Yeni metikal (MZN) === 1 iyul 2006-cı ildə Mozambik məzənnə ilə 1000:1 nisbətində denominasiya edən metikala keçdi. ISO 4217-də metikalın yeni kodu MZN qəbul edilmişdir. Yeni əsginaslar və sikkələr 1 iyul 2006-cı il tarixində təqdim edilmişdi. Keçid dövrü zamanı həm köhnə, həm də yeni valyutadan mübadilədə istifadə olunurdu. 31 dekabr 2006-cı ildə keçid dövrü başa çatdı.
Mozambik silsiləsi
Mozambik silsiləsi - Hind okeanıında yerləşən sualtı silsilə. Cənub-qərbdə Aqulyas şərqdə isə Mozambik çökəkliyi yerləşir. Silsilənin uzunluğu 1100 km, eni 300 km təşkil edir. Səthə ən yaxın yerinin dərinliyi 1207 m, ən dərin yeri isə 2900 m təşkil edir. Silsilənin suxurları materik məşəllidir. Bu səbəbdən onu bəzən Afrikanın sualtı davamı hesab edilir. Faunası zəngindir. Burada 44 fəsiləyə 130 növə aid balıq vardır Silsilə Danimarka elmi-araşdırmacı "Qalateya" gəmisi tərəfindən 1951 ildə araşdırılmışdır.
Mozambik ədəbiyyatı
Mozambik ədəbiyyatı (ing. Mozambican literature) — Mozambik xalqlarının folkloru zəngindir. XIX əsrin sonu XX əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə jurnalistika inkişaf etdi. Juan və Joze Albazini qardaşları, E.Diaş Mozabik ədəbiyyatının baniləridir. Bədii ədəbiyyat XX əsrin əvvəlində yaranmışdır. İlk vaxtlaq Portuqal ədəbi nümunələri təqlid olunurdu. İkinci dünya müharibəsindən sonra ədəbiyyatda realist meyllər gücləndi (J.Kraverinya, Noemiya di Soza). M. duş Santuşun şeirlərində, J.Diaş, L.Bernardu Onvananın hekayələrində inqilab və milli azadlıq uğrunda mübarizə ideyaları tərənnüm edilir. Müasir Mozambik ədəbiyyatında poeziya əsas yer tutur (Mogimo, R.Noqar, S.Vieyra, M.Kraverinya və başqaları). 1982-ci ildə Mozambik Yazıçılar İttifaqı yaradılmışdır.
Mozambik şəhərləri
Mozambik şəhərləri (port. Cidades em Moçambique) — Mozambikin ən böyük yaşayış məntəqələrinin siyahısı. World Gazeteer saytına görə, Mozambikin əhalisi 24 min nəfərdən çox olan 35 şəhəri var. == Mozambik şəhərlərinin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Mozambik şəhərləri ilə əlaqəli mediafayllar var.
Azərbaycan–Mozambik münasibətləri
Azərbaycan–Mozambik münasibətləri — Azərbaycan Respublikası ilə Mozambik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin iyun ayının 20-də qurulmuşdur.
Mozambik Azadlıq Cəbhəsi
FRELİMO (pol. Frente de Libertação de Moçambique adından; mənası – Mozambik Azadlıq Cəbhəsi) — Mozambikdə siyasi partiya. Ölkədə yeganə hakim partiya kimi qiymətləndirilir. 1977-ci ildə kütləvi-siyasi Mozambik Azadlıq Cəbhəsi təşkilatı əsasında yaradılmışdır. 1989-cu ilə qədər fəaliyyətində marksizm-leninizm prinsipləri rəhbər tutulurdu, o dövrdən partiya demokratik sosializm istiqamətində fəaliyyət göstərir. == İstinadlar == == Əlavə ədəbiyyat == Basto, Maria-Benedita, "Writing a Nation or Writing a Culture? Frelimo and Nationalism During the Mozambican Liberation War" in Eric Morier-Genoud (ed.) Sure Road? Nationalisms in Angola, Guinea-Bissau and Mozambique (Leiden: Brill, 2012). Bowen, Merle. The State Against the Peasantry: Rural Struggles in Colonial and Postcolonial Mozambique.
Mozambik Katolik Universiteti
Mozambik Katolik Universiteti (port. Universidade Católica de Moçambique) — Mozambikdə yerləşən ali təhsil müəssisəsi. Rektoru professor Padre Alberto Ferreyradır. == Tarixi == Universitetin əsası 1996-cı ildə qoyulmuşdur.
Mozambik–Türkiyə münasibətləri
Türkiyə—Mozambik münasibətləri — Mozambik və Türkiyə arasındakı xarici ikitərəfli əlaqələr. 15 mart 2011-ci ildən bəri Türkiyənin Maputu şəhərində səfirliyi var və İtaliyanın Romadakı Mozambik Səfiri də Türkiyədə akkreditə olunmuşdur. == Diplomatik münasibətlər == Türkiyə əvvəlcə Portuqaliyaya qarşı silahlı mübarizəyə başlamaq üçün Mozambik Qurtuluş Cəbhəsini quran Amerika Birləşmiş Ştatlarında təhsil almış mülayim sosialist olan Eduardu Mondlane ilə rəğbət bəslədi. Eyni zamanda, Türkiyə zahiri olaraq NATO müttəfiqini dəstəkləməyə davam etdi . Mozambik ilə Türkiyə arasında münasibətlər olduqca gərginləşdi sərt marksist Samora Maşel Mozambik Qurtuluş Cəbhəsinin lideri olduqdan sonra. Sovet İttifaqının köməyi ilə Samora Maşel şimal tayfalarını və Katolik Kilsəsini təqib etdi və 10.000-100.000 ölümünə cavabdeh idi. 1985-ci ildə Samora Maşel ilə Ronald Reyqanın ABŞ arasındakı diplomatik ərimədən sonra Türkiyə Mozambikə iqtisadi yardım göstərməyə başladı və bu yardım Machel-in xələfi Joakim Çissanonun iqtisadi liberallaşmanı sürətləndirməsindən və marksizmdən ayrıldığını elan etməsindən sonra davam etdi. == İqtisadi münasibətlər == 2019-cu ildə iki ölkə arasındakı ticarət həcmi 153 milyon ABŞ dolları təşkil etdi. Mozambikdəki ümumi xarici investisiyaların 19 %-ni Türkiyə BXİ oluşturur. == İstinadlar == == Ədəbiyyat == Abrahamsson, H., and A. Nilsson.
Basketbol üzrə Mozambik çempionatı
Basketbol üzrə Mozambik çempionatı — ölkədə ən güclü basketbol təşkilatlarından biri olan 1-ci divizion tərəfindən Mozambikdə təşkil olunan turnir. Hazırda basketbol üzrə Mozambik çempionatında 9 komanda iştirak edir. 2011–2012-ci il mövsümündə Maksakvene basketbol komandası Mozambik çempionu olmuşdur.
Mozambikdə COVID-19 pandemiyası
Mozambikdə COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu dünya miqyasında 2019-cu il (COVID-19) koronavirus xəstəliyi pandemiyasının bir hissəsidir. Virusun 2020-ci ilin martında Mozambikə çatdığı təsdiqlənib. == Fon == 12 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə ÜST-ə bildirilmiş Çinin Hubey əyalətinin Uhan şəhərində bir qrup insanda yeni bir koronavirusun tənəffüs xəstəliyinə səbəb olduğunu təsdiqlədi. 30 yanvar 2020-ci ildə Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan olundui və və 11 martda pandemiya kimi qəbul edildi. COVID-19-dan ölüm halları 2003-cü ildəki SARS ilə müqayisədə xeyli aşağıdır, lakin yoluxma əhəmiyyətli dərəcədə yüksəkdir və əhəmiyyətli ümumi ölüm nisbəti var. Mozambik üçün model əsaslı simulyasiyalar göstərir ki, zamanla dəyişən reproduksiya nömrəsi R t üçün 95% inam intervalı 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında 1.0-ı keçib.
Mozambikin dövlət quruluşu
Mozambikin dövlət quruluşu — Mozambik respublikadır. 1975-ci il Konstitusiyası qüvvədədir. Mozambik Azadlıq Cəbhəsinin (FRELİMO) sədri dövlət başçısı və prezidentdir. Ali qanunverici orqan Respublika Məclisidir (birpalatalı parlament). İcra hakimiyyətinin prezidentin başçılıq etdiyi Nazirlər Şurası həyata keçirir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hanlon, Joseph, and Teresa Smart. Do bicycles equal development in Mozambique?. James Currey Publisher, 2008. Manning CL. The politics of peace in Mozambique: post-conflict democratisation, 1992-2000. Greenwood Publishing Group; 2002.
Mozambikdə islamçı üsyan
Mozambikdə islamçı üsyan — Mozambikin Kabu-Delqadu vilayətində hökumət ilə Mozambik qanunvericiliyini şəriət qanunlarına uyğunlaşdırmağa və beləliklə də ölkəni islam dövlətinə çevirməyə çalışan islamçı qruplaşmalar arasında silahlı münaqişə. Əsas fəal üsyançı qruplaşma "Ənsar əl-sünnə"dir. İslamçı yaraqlıların terror hücumlarının əsas hədəfi mülki şəxslər olmuşdur. 2018-ci ilin ortalarından etibarən İslam Dövləti Mərkəzi Afrika vilayətinin Mozambikin şimalında da fəallaşdığı iddia edilir. Qruplaşma 2019-cu ilin iyununda Mozambik təhlükəsizlik qüvvələrinə qarşı ilk hücumunu öz üzərinə götürmüşdür. 2020-ci ilin birinci yarısında 2019-cu ildə olduğu qədər hücumlar həyata keçirilmişdir.