Əbülməyamin Mustafa Əfəndi
Əbülməyamin Mustafa Əfəndi (1552, Konstantinopol – 1606, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam.
1546-cı ildə dünyaya gəlmişdir. İlk təhsilini aldıqdan sonra Bursada Kaplıca mədrəsəsinin müdərrisi Sarıgözzadədən, Zəkəriya Əfəndidən və Əbdülqani Əfəndidən mədrəsə təhsili aldı. Daha sonra Əbussuud Əfəndi tərəfindən 1570-ci ildə məzun edildi.
Müdərrisliyə isə keçmiş Nişançı mədrəsəsində başladı. Daha sonra Kestel, Pərviz Əfəndi, Kürkçübaşı mədrəsələrində fəaliyyət göstərdi. 1586-cı ildə Sənan Paşa, 1590-cı ildə Zal Paşa, 1591-ci ildə Sahn-ı səman, 1593-cü ildə Şahzadəbaşı, 1594-cü ildə Süleymaniyə, 1596-cı ildə Süleymaniyə darülhədisi, 1597-ci ildə Hakaniyə mədrəsəsinə təyin edilmişdir. 1598-ci ildə qurulan Validə Safiyə Sultan mədrəsəsinin100 axca maaşla ilk müdərrisi oldu.
Mədrəsələrdəki tədrisat illərindən sonra 1600-cü ildə Ədirnə qazısı təyin edildi və Dimetoka qəzası iqta olaraq hədiyyə edildi. Vəzifəsi 1601-ci ilin avqustunda İstanbul qazılığına keçirildi.