Əbülməyamin Mustafa Əfəndi

Əbülməyamin Mustafa Əfəndi (1552, İstanbul1606, İstanbul) — Osmanlı dövlət xadimişair, müdərrisqazı və şeyxülislam.

Əbülməyamin Mustafa Əfəndi
ƏvvəlkiHacı Mustafa Sunullah Əfəndi
SonrakıHacı Mustafa Sunullah Əfəndi
26 iyul 1606 – 23 noyabr 1606
ƏvvəlkiHacı Mustafa Sunullah Əfəndi
SonrakıHacı Mustafa Sunullah Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası,
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti qazı

1546-cı ildə dünyaya gəlmişdir. İlk təhsilini aldıqdan sonra Bursada Kaplıca mədrəsəsinin müdərrisi Sarıgözzadədən, Zəkəriya Əfəndidən və Əbdülqani Əfəndidən mədrəsə təhsili aldı. Daha sonra Əbussuud Əfəndi tərəfindən 1570-ci ildə məzun edildi.

Müdərrisliyə isə keçmiş Nişançı mədrəsəsində başladı. Daha sonra Kestel, Pərviz Əfəndi, Kürkçübaşı mədrəsələrində fəaliyyət göstərdi. 1586-cı ildə Sənan Paşa, 1590-cı ildə Zal Paşa, 1591-ci ildə Sahn-ı səman, 1593-cü ildə Şahzadəbaşı, 1594-cü ildə Süleymaniyə, 1596-cı ildə Süleymaniyə darülhədisi, 1597-ci ildə Hakaniyə mədrəsəsinə təyin edilmişdir. 1598-ci ildə qurulan Validə Safiyə Sultan mədrəsəsinin100 axca maaşla ilk müdərrisi oldu.

Mədrəsələrdəki tədrisat illərindən sonra 1600-cü ildə Ədirnə qazısı təyin edildi və Dimetoka qəzası iqta olaraq hədiyyə edildi. Vəzifəsi 1601-ci ilin avqustunda İstanbul qazılığına keçirildi. 1603-cü ilin yanvarında Anadolu başqazılığına yüksəldi və Yemişçi Həsən Paşa məsələsindən sonra vəzifədən alınan Hacı Sunullah Əfəndinin yerinə şeyxülislam oldu (7 fevral 1603). Şeyxülislamlığı əsnasında Sultan Əhmədin müəllimi Mustafa Safi Əfəndi ilə münasibətlərinin pis olması və sədarət naibi Qasım Paşa ilə ittifaq qurması bəhanə edilərək 600 axcalıq maaşla təqaüdə ayrıldı (8 iyun 1604). Hacı Sunullah Əfəndi ilə apardığı rəqabət nəticəsində 28 iyul 1606-cı ildə ikinci dəfə şeyxülislam olsa da, 4 ay sonra 23 noyabrda vəfat etmişdir. Cənazəsi Fateh məscidində qılınmış və yaxınlıqdakı evinin həyətinə dəfn edilmişdir. Tarixi mənbələrdə ölüm səbəbi olaraq qulunc xəstəliyi və ya həddindən çox tütün çəkməsi göstərilir.

  • Ebülmeyâmin Mustafa Efendi, Risâle fi’l-istiâre, Süleymaniye Ktp., Kasidecizâde, nr. 675/29, vr. 119–129;
  • a.mlf., En‘âm Sûresine Ta‘lîkat, Süleymaniye Ktp., Damad İbrahim Paşa, nr. 161/1, vr. 1–32;
  • Selânikî, Târih, s. 241, 361, 724;
  • Atâî, Zeyl-i Şekāik, s. 511–513;
  • Muhibbî, Hulâsatü’l-eser, IV, 394–395;
  • Kâtib Çelebi, Fezleke, I, 285–286;
  • Naîmâ, Târih, I, 307, 316, 450;
  • Devhatü’l-meşâyih, s. 44;
  • Sarı Abdullah Efendi, Cevheretü’l-bidâye ve dürretü’n-nihâye, Millet Ktp., Ali Emîrî, nr. 858, vr. 134ª;
  • Müstakimzâde, Risâle-i Melâmiyye, İÜ Ktp., İbnülemin, nr. 3357, vr. 79b-81ª;
  • Sicill-i Osmânî, IV, 382;
  • İlmiyye Salnâmesi, s. 431–436 (fetvalarından dokuz örnek verilmiştir);
  • Tanışık, İstanbul Çeşmeleri, I, 60;
  • Danişmend, Kronoloji2, V, 120;
  • Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 56, 66, 188, 203.