Hacı Mustafa Sunullah Əfəndi

Hacı Cəfər Mustafa Sunullah Əfəndi (1553, İskilip, Çorum ili10 aprel 1612, İstanbul) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam.

Hacı Mustafa Sunullah Əfəndi
2 oktyabr 1599 – 2 avqust 1601
ƏvvəlkiXoca Sadəttin Əfəndi
SonrakıXocazadə Mehmed Əfəndi
5 yanvar 1603 – 7 fevral 1603
ƏvvəlkiXocazadə Mehmed Əfəndi
SonrakıƏbülməyamin Mustafa Əfəndi
8 iyun 1604 – 28 iyul 1606
ƏvvəlkiƏbülməyamin Mustafa Əfəndi
SonrakıƏbülməyamin Mustafa Əfəndi
23 noyabr 1606 – 5 iyun 1608
ƏvvəlkiƏbülməyamin Mustafa Əfəndi
SonrakıXocazadə Mehmed Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1553
Doğum yeri
Vəfat tarixi 10 aprel 1612(1612-04-10)
Vəfat yeri
Fəaliyyəti qazı
Uşağı Mehmed Çələbi

1553-cü ildə İstanbulda dünyaya gəlmişdir. Sultan Süleyman dövrünün başqazılarından İskilipli Molla Cəfər Çələbinin oğludur. Atasından və Zənbillizadə Fudayl Çələbidən dərslər aldı və daha sonra əmisi oğlu Əbussuud Əfəndinin müridi olaraq 1569-cu ildə mədrəsə təhsilini tamamladı. Müdərris olaraq 1571-ci ilin fevralında Beşiktaşdakı Xeyrəddin Paşa mədrəsəsinə təyin edildi. 1576-cı ilin aprelində Mahmud Paşa mədrəsəsinə, 1580-ci ildə Şah Sultan mədrəsəsinə, 1580-ci ilin sentyabrında Hangah mədrəsəsinə, 1582-ci ilin sentyabrında Sahn-ı səman mədrəsəsinə müdərris təyin olundu. Sonuncu vəzifəsində 3 il qaldıqdan sonra 1585-ci ilin oktyabrında Şahzadəbaşı mədrəsəsinə, 1588-ci ilin iyulunda Üsküdardakı Validə-i Atik mədrəsəsinə müdərris oldu.

Sunullah Əfəndi bundan sonra ənənəvi olaraq qazılığa keçdi və Bursada çıxan böyük yanğından sonra Əbussuudzadə Mustafa Əfəndinin yerinə 1590-cı ilin sentyabrında Bursa qazısı oldu. Ardından 1591-ci ilin aprelində Ədirnə və 2 may 1592-ci ildə İstanbul qazılığına gətirildi. Həmin il 19 iyulda Anadolu başqazısı, 13 iyul 1593 tarixində isə Rumeli başqazısı seçildi. Sultan Mehmedin cülus mərasimində Rumeli başqazısı olaraq iştirak etdi. Cülus mərasimindən sonra baş tutan vəzifə dəyişikliyi səbəbilə o da təqaüdə çıxarıldı. Bundan başqa 1598-ci ilin avqustunda maaşı 50 axca artırıldı.

Nəhayət, Xoca Sadəttin Əfəndinin vəfatının ardından 2 oktyabr 1599 tarixində ilk dəfə şeyxülislam oldu. Şeyxülislamlığı dövründə sosial məsələlərdən başqa siyasi hadisələrdə də söz sahibi oldu. Belə ki, saraya və xüsusilə Validə Safiyə Sultana yaxınlığı ilə tanınan yəhudi tacir Esparanzo Malchi bütün iltizam hüququnu və gömrük məsələlərini ələ almış, bu səbəblə ayaqlanan sipahilər Sunullah Əfəndini də öz tərəflərinə çəkmişdi. Üsyançıların ölümünü istədiyi şəxslərin sürgün edilməsini tələb etsə də, üsyanın idarəsini itirdi və nəticədə Esparanzo və iki oğlu qətlə yetirildi. Bu səbəblə Validə Safiyə Sultanla münasibətləri pisləşdi. Dövlət məsələlərindəki səriştəsiz qərarları səbəbilə 2 avqust 1601 tarixində vəzifədən alındı. Bu məsələdə yeni sədrəzəm Yemişçi Həsən Paşa ilə arasındakı düşmənliyin önəmli rolu olmuşdu. Bir ildən çox vəzifədən kənar qalan Sunullah Əfəndi yenə də dövlət məsələlərindən uzaqlaşmadı. Məsələn, sədarət naibi Kürəkən Xəlil Paşanın rüşvət almasını Sultan Mehmedə xəbər verərək yerinə Həsən Paşanın, daha sonra isə yaxın adamı Gözəlcə Mahmud Paşanın gətirilməsində önəmli rol oynadı.

Sunullah Əfəndi 5 yanvar 1603 tarixində ikinci dəfə şeyxülislamlığa gətirildi ancaq 34 gün sonra 7 fevralda vəzifədən alındı. Bunun səbəbi isə sədrəzəm Yemişçi Həsən Paşa əleyhindəki hərəkətləri idi. Bu çəkişmələr əsnasında Sunullah Əfəndi və Gözəlcə Mahmud Paşa sipahiləri, sədrəzəm Yemişçi Həsən Paşa isə yeniçəriləri dəstəkləyirdi. Haqqında Rodosa sürgün qərarı çıxsa da, qaçıb gizlənən Sunullah Əfəndi, bir müddət sonra Həsən Paşanın edamı ilə yenidən gücləndi. Sultan Mehmedin vəfatı və yerinə keçən oğlu Sultan Əhmədin cülusundan sonra üçüncü dəfə şeyxülislam oldu (8 iyun 1604). Bu dövrdə yenə müxtəlif siyasi və hərbi məsələlərə adı qarışdı. Xüsusilə də sədrəzəm Dərviş Mehmed Paşa ilə münasibətləri pisləşdi. Nəhayət, onun da təsiriylə 28 iyul 1606 tarixində vəzifədən alındı. Ancaq bu çox çəkmədi və Əbülməyamin Mustafa Əfəndinin vəfatının ardından 23 noyabr 1606 tarixində yenidən şeyxülislam oldu. Bu təyinatda Sultan Əhmədin Dərviş Mehmed Paşaya olan inamsızlığının xüsusi rolu oldu. Belə ki, çox keçmədən Sunullah Əfəndinin də təşviqi ilə sədrəzəm Dərviş Mehmed Paşa vəzifədən alınaraq edam edildi və yerinə Quyucu Murad Paşa gətirildi. Ancaq bir müddət sonra Sunullah Əfəndi Krım xanlığına təyinat məsələsinə qarışması və dövlət adamları ilə münasibətlərinin pisləşməsi səbəbilə Sultan Əhməd tərəfindən yenidən vəzifədən alındı (5 iyun 1608). Bundan sonrakı həyatını İstanbuldakı köşkündə dövlət məsələlərindən uzaq keçirən Sunullah Əfəndi 1611-ci ildə həccə getdi. Həcc ziyarətindən döndükdən bir müddət sonra 10 aprel 1612-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Mahmud Hüdayi tərəfindən Fateh məscidində qılındı və vaxtilə vəfat edən böyük oğlu müdərris Mehmed Çələbinin (ö. avqust 1607) yanına dəfn olundu.

Hacı Mustafa Sunullah Əfəndinin daxil olduğu hadisələr yalnız elmi sahəyə deyil, Osmanlı hərb və siyasi mühitinə də təsir etmişdir. Xüsusilə də yeniçərisipahilər arasındakı uçurumun dərinləşməsinə səbəb olmuşdur.

  • Selânikî, Târih (İpşirli), I, 235, 270, 279, 323, 342;
  • Âlî Mustafa Efendi, Mevâidü’n-nefâis fî kavâidi’l-mecâlis, İstanbul 1956, s. 102–109;
  • Atâî, Zeyl-i Şekāik, II, 552–557;
  • Hasanbeyzâde Ahmed, Târih (haz. Şevki Nezihi Aykut), Ankara 2004, II, tür.yer.;
  • Mehmed b. Mehmed er-Rûmî (Edirneli)’nin Nuhbetü’l-tevârîh ve’l-ahbâr’ı ve Târîh-i Âl-i Osmân’ı (haz. Abdurrahman Sağırlı, doktora tezi, 2000), İÜ Sosyal Bilimler Enstitüsü, II. kısım, s. 108;
  • Koçi Bey, Risâle (Aksüt), s. 35–36;
  • Naîmâ, Târih, I, 247–249, 310, 393, 446–448, 450;
  • Devhatü’l-meşâyih, s. 39–42;
  • Sicill-i Osmânî, III, 233–234;
  • İlmiyye Salnâmesi, s. 422–426;
  • Mehmet İpşirli, "Şeyhülislâm Sun‘ullah Efendi", TED, sy. 13 (1987), s. 209–256;
  • R. C. Reep, "ŚunǾ Allāh", EI² (İng.), IX, 873–874.