MÖVSÜMİ

sif. [ ər. ]
1. Müəyyən mövsümlə bağlı olan, mövsüm üçün olan. Mövsümi palto.
[Zahidoğlu] bu gün öz nazik yay paltarından heç birini geyməli olmadı, mövsümi libaslarına yanaşdı. S.Rəhimov.

// Yalnız müəyyən mövsümə uyğun gələn, müəyyən vaxt üçün etibarlı olan. Mövsümi qiymət. Mövsümi bilet.
2. Müəyyən mövsüm ərzində görülən; daimi deyil, mövsümlə əlaqədar olan. Mövsümi iş.
MÖVSÜMÇÜLÜK
MÖVSÜMQABAĞI

Значение слова в других словарях