İş islah və müdaradan keçdi.
□ Müdara etmək – istəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək.
Yaşırıb saxlardım eldən daği-hicranın, əgər; Etmək olsaydı müdara dideyi-giryan ilə.
Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir; Müdara etmək olsaydı əgər müddət fəraq ilə.
Müdara ilə – 1) xoşluqla, zahirən dostluq göstərərək.
[Molla Xəlil] işi sülhlə, müdara ilə həll etmək istəmişdi. ;
2) qənaətlə, birtəhər. Müdara ilə dolanmaq.