1. Təqsiri olan, günahı olan; təqsirkar, günahkar.
[Balaş:] Mən müqəssirəm, Sevil!
Müqəssirlə üz-üzə gələndə İmran kişinin gözlərindən qəzəb yağırdı.
[Mədəd] özlüyündə Xanpərini müqəssir bilir, Xanpəri isə onu günahkar hesab edirdi.
2. Qanunən təqsirkar sayılan, təqsiri olan adam; suçlu, cani, cinayətkar. Müqəssirə cəza kəsmək. Müqəssirin işinə baxmaq.
– Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar.
Müqəssiri gətiriniz, – deyə məhkəmə [sədri] əmr etdi.
◊ Müqəssir kürsüsü – məhkəmədə; müqəssirlərin oturduğu yer.
Katib qabaq tərəfdə, müqəssir kürsüsündə, əli silahlılar arasında əyləşmişdir.
Müqəssir kürsüsündə oturmaq – məhkəmə məsuliyyətinə cəlb olunmaq, məhkəməyə düşmək, mühakimə olunmaq.