1. İçi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi; oyuq. Heyvan müqəvvası. Quş müqəvvası.
– Gülüstan xala balağın dərisinə otdan-samandan təpib, ağacdan qılça qayırıb balağı andıran bir müqəvva düzəltmişdi.
2. məc. Quru, cansız, çox arıq adam haqqında, skelet; bir dəri, bir sümük.
[Şeyx Əbuzər:] Həm seçilməz o, bir müqəvvadan; Ölüdür, köçməmiş bu dünyadan.
Quruyub oldular cansız müqəvva; Əqlini itirmiş iki binəva.
□ Müqəvva kimi, müqəvvatək – cansız skelet kimi, quru; bir dəri, bir sümük. Şeyx Şaban tək qaldı.
Bazarda müqəvvatək gəzirdi.
Müqəvvaya dönmək – canı üzülmək, son dərəcə zəifləmək, arıqlamaq, bir dəri, bir sümük qalmaq.
Gövhərtac … xiffətdən, qüssədən müqəvvaya dönübdür.
3. Tikilən paltarı ölçmək və nümayiş etdirmək və s. üçün taxta və ya başqa materialdan düzəldilmiş insan bədəni şəklində fiqur; maneken.
// Məc. mənada.
[Xəlilov] Guya biz burada … müqəvvayıq.
// Quşları hürküdüb qaçırmaq üçün bostanlarda və s.-yə qoyulan insan bədəni şəklində kukla.