Xırdayarpaq mürgəkotu
Epipactis microphylla (lat. Epipactis microphylla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2.
Çoxillik ot bitkisidir.Kökümsovları kiçikdir. Gövdənin hündürlüyü 15-40 sm-dir. Yarpaqları lansetşəkilli, xırdadır, uzunluğu 1,5 - 3,5 sm, eni 1 sm-ə qədərdir. Çiçək qrupu oxu salxım şəklindədir, uzunluğu 3-12 sm-ə qədər çatır. Çiçəkləri xırdadır, zəif qərənfil ətirlidir. Çiçəkyanlığının ləçəkləri itidir, uzunluğu 5-6 mm, yaşılımtıl, qırmızı, bənövşəyi-kölgəli, içəri hissədə ağımtıl-yaşılımtıldır. Çiçək dodaqlarının kənarları ağımtıl, arxa hissəsi dərinləşmiş, ön hissəsi ürəkşəkilli-yumurtşəkilli, ziyillidir.