MÜRÜVVƏT

is. [ ər. ] Mərd adama və həqiqi insana xas olan yaxşı sifətlər; rəhm, insaf, mərhəmət, insanlıq. Mürüvvət sahibi. – Mürüvvətə əndazə olmaz. ( Ata. sözü ).
Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! H.Cavid.
Olmasaydı bizdə, yarəb, bu məhəbbət kaş ki; Ya olaydı bu gözəllərdə mürüvvət kaş ki. C.Cabbarlı.

□ Mürüvvət etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, insafa gəlmək, insanlıq göstərmək.
Mürüvvətə gəlmək – bax mürüvvət etmək.

Синонимы

  • MÜRÜVVƏT mərhəmət — şəfqət — insaf
  • MÜRÜVVƏT mərdlik — cömərdlik — alicənablıq
  • MÜRÜVVƏT mürüvvət bax rəhm
MÜRUR
MÜRÜVVƏTLİ

Значение слова в других словарях