Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
El Arslan
El-Arslan Xarəzmşah və ya Əbül-Fəth El- Arslan (XII əsr – 7 mart 1172, Köhnə Ürgənc) — 4-cü Xarəzmşah hökmdarı, Xarəzmşah Atsızın oğlu Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth El- Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və taxt tac uğrunda mübarizəyə başlamışdır. Belə ki, qardaşının atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər. Xarəzmə gəldikdən sonra El-Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, atabəy Oğul bəyi və tərəfdarlarını öldürtmək olmuşdur. Daha sonra əmiləri İnal Tigin və Yusifi, qardaşları Xitay Xan və Süleyman şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdır. Həyat yoldaşı Məlikə Türkan Xatun da dövlətin idarə etməsində mühüm rol oynamış və El-Arslanın vəfatında sonra kiçik oğlu Sultan şahı taxta çıxartmışdır. Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur. Atsız, əmisi Atsızdan sonra vəliəhd olaraq səltənət məqamına keçdi, ancaq Atsızın oğulları və səltənətdən haqq iddia edə biləcək rəqibləri səltənət mövqeyini təhdid edən vəziyyətdə idi. Bu təhlükələri ortadan qaldırmaq üçün əmisini və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı. El Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultanı Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir, Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi.
Kutlu Arslan
Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Qızıl Arslan
Qızıl Arslan (XII əsr, Təbriz – 1191, Təbriz) – Azərbaycan atabəyi və Məhəmməd Cahan Pəhlavanın qardaşı. 1186-cı ildə taxta çıxmış və 1191-ə qədər hakimiyyətdə olmuşdur. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, o on ilə yaxın bir müddətdə dövləti idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadı – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu.
Yavlak Arslan
Müzəffərəddin Yavlak Arslan və ya Yavlak Arslan Bəy (türk. Muzaffereddin Yavlak Arslan; ?, Çobanoğulları bəyliyi-1292, Konya, Anadolu Səlcuqlu Dövləti) - 1280-1292 Çobanoğlulları bəyi. "Saltuknamə"-də adı "Məlik Müzəffərəddin" olaraq keçməkdədir.
Zühtü Arslan
Zühtü Arslan (1 yanvar 1964, Sorqun[d], Yozqat ili) — Türkiyə Konstitusiya Məhkəməsinin sədri. 1 yanvar 1964-cü ildə Sorğunda doğulub. Zühtü Arslan 2009-2012-ci illərdə Türkiyə Polis Akademiyasının rəhbəri, daha sonra isə Konstitusiya Məhkəməsinin üzvü olub. Türkcə Türk Parlamento Tarihi (1957-1960), 3 Cilt, (Ankara: TBMM yayınları) (2010). Anayasa Teorisi, (Ankara: Seçkin Yayıncılık, 2005). Avrupa İnsan Hakları Sözleşmesinde Din Özgürlüğü, (Ankara: LDT & Avrupa Komisyonu, 2005). Constitutional Law of Turkey, The Hague, Kluwer Law International, 2004. (ortak yayın). ABD Yüksek Mahkemesi Kararlarında İfade Özgürlüğü, (Ankara: LDT & Avrupa Komisyonu, 2003) (editör).
El Arslan Xarəzmşah
El-Arslan Xarəzmşah və ya Əbül-Fəth El- Arslan (XII əsr – 7 mart 1172, Köhnə Ürgənc) — 4-cü Xarəzmşah hökmdarı, Xarəzmşah Atsızın oğlu Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth El- Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və taxt tac uğrunda mübarizəyə başlamışdır. Belə ki, qardaşının atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər. Xarəzmə gəldikdən sonra El-Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, atabəy Oğul bəyi və tərəfdarlarını öldürtmək olmuşdur. Daha sonra əmiləri İnal Tigin və Yusifi, qardaşları Xitay Xan və Süleyman şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdır. Həyat yoldaşı Məlikə Türkan Xatun da dövlətin idarə etməsində mühüm rol oynamış və El-Arslanın vəfatında sonra kiçik oğlu Sultan şahı taxta çıxartmışdır. Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur. Atsız, əmisi Atsızdan sonra vəliəhd olaraq səltənət məqamına keçdi, ancaq Atsızın oğulları və səltənətdən haqq iddia edə biləcək rəqibləri səltənət mövqeyini təhdid edən vəziyyətdə idi. Bu təhlükələri ortadan qaldırmaq üçün əmisini və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı. El Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultanı Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir, Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi.
III Qılınc Arslan
III Qılınc Arslan (XII əsr – XIII əsr) — III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta I Keyxosrovu dəvət etdilər.
II Qılınc Arslan
II Qılınc Arslan (osm. قلج أرسلان‎ — Kılıc Arslân, türk. Kılıç Arslan) tam adı — İzzəddünya və din Qılınc Arslan ibn Məsud 1155–1192) — Rum sultanlığının sultanı. İkinci Sultan İzzəddin Qılınc Aslan, 1116-cı ildə Konyada dünyaya gəldi. Türkiyənin dördüncü hökmdarı olan Rum sultanlığı sultanı I Məsudun oğludur. Atasının taxta çıxdığı gün dünyaya gəldi və onun 39 illik səltənəti dövründə tək varis olaraq qaldı və atası öldükdən sonra isə sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayəsində çox yaxşı təhsil görmüşdü. Kiçik yaşlarından etibarən döyüş meydanlarında olmuş, savaş sənətində təcrübə qazanmışdı. II Qılınc Aslan haqqında məlumata keçməzdən əvvəl bir qədər onun yaşadığı dövrə qədərki hadisələr haqqında sizlərə qısa məlumat vermək istərdik. Rum sultanlığı səlcuqların Anadoluda qurduğu dövlətdir.
I Qılınc Arslan
I Qılınc Arslan — Rum Səlcuqlu dövlətinin sultanı. Rum Səlcuqlu dövlətinin qurucusu Süleyman Şahın oğludur. Urfalı Mateos onun 1085-ci ildə dünyaya gəldiyini qeyd edir . Ancaq 1107-ci də vəfat etdiyində on bir yaşında bir uşağı olduğu diqqətə alınaraq daha öncəki bir tarixdə doğulduğu söylənə bilər. Adı Bizans qaynaqlarında Klitziasthlas , Latın xronikalarında atasının adıyla (Soliman) zikr edilir . Qaynaqlarda Qılıcarslana dair ilk bilgi, atası Süleyman Şahın 1084-cü ildə Antakiya səfəri sırasında onun yanında olduğudur. Atasının iyun 1086-cı ildə Tutuş ilə apardığı savaşda ölümündən sonra Qılıcarslan, vəzir Həsən ibn Tahirin himayəsi altında Antakiyada qaldı. 1087-ci ilin baharında Antakiyaya gələn Sultan Məlikşah tərəfindən İsfahana göndərilərək göz dustaqlığında tutuldu. Sultan Məlikşahın 1092-ci ildə vəfatı üzərinə qardaşı Kulanarslan ilə birlikdə Sultan Börkiyaruqun izniylə İsfahandan Anadoluya dönmək üçün yola çıxan Qılıcarslan, qədimdən atası Süleyman Şaha tabe olan Orta Anadoludan böyükcə bir qüvvə toplayaraq hicri 485-ci ilin sonlarında (1092 sonları, 1093 başları) İznikə gəldi. Bu sırada İznikdə idarəni əlində tutan Əbülqazinin iqtidarı ona təslim etməsiylə də Rum Səlcuqlu taxtına çıxdı.
Mülki-Arslan nahiyəsi
XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Müzəffərəddin Yavlak Arslan
Müzəffərəddin Yavlak Arslan və ya Yavlak Arslan Bəy (türk. Muzaffereddin Yavlak Arslan; ?, Çobanoğulları bəyliyi-1292, Konya, Anadolu Səlcuqlu Dövləti) - 1280-1292 Çobanoğlulları bəyi. "Saltuknamə"-də adı "Məlik Müzəffərəddin" olaraq keçməkdədir.
Mənsur Arslan xan
Mənsur bin Əli xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 1015. ildə qardaşı Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Nüsrətəddin Arslan Aba
Nüsrətəddin Arslan Aba Xassbəy (?-1174) — Əmir Ağsunqurun oğlu, Marağanın, sonra Azərbaycanın hakimi. Nüsrətəddin Xassbəy Arslan Aba Ağsonqurlu hökmdarı [1133–1174], Marağa hakimi Ağsonqurun oğludur. 1161/62-ci ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlilərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldənizlilər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər. Nüsrətəddin Arslan Aba 1133-cü ildən 1174-cü ilədək Azərbaycanın hakimi olmuşdu. Нүсрәтәддин Хассбәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Qılınc Arslan Bayandur
Qılınc Arslan Bayandur — Qara Yuluq Osman bəyin qardaşı Əhməd bəyin oğlu, Ağqoyunluların Palu hakimi Qara Yuluq Osman ölümündən sonra başlamış Ağqoyunlular arasındakı ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Qara İsgəndər ilə müttəfiqlik etdi. Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi. 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılıç Arslanı məğlub etdi və müstəqil hakimiyyətinə son qoydu.
Qızıl Arslan Xamuş
Atabəy Qızıl Arslan Xamuş və ya II Qızıl Arslan — Atabəylər dövlətinin hakimliyinə iddiaçı. Sultan Özbəyin oğlu. Dövlətin süqutundan və atasının ölümündən sonra Məlik Qızılarslan özünü sultan və atabəy elan etdi. O, Sultan Cəlaləddinin yanına gəldi və ona tabeliyini bildirdi. Daha sonra nizari-xaşxaşi hökmdarı III Məhəmmədin yanına gəldi və orada öldü.
Qızıl Arslan dağı
Qızıl Arslan dağı (azər. - Qızıl Ərslan, fars-قزل ارسلان. ) — İranda, Zaqros dağlarının Əlvənd zirvəsində 3250 m yüksəklikdə şiş(pik).
Alp Arslan
Alp Arslan (20 yanvar 1029 – 15 dekabr 1072, Ceyhun, Qövr) — Səlcuq sultanı. Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə məşğul olurdu. Şərqin və Qərbin hakimi Toğrul bəy 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə, onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Qutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi. Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqla qazandı. Növbəti il ərzində o, ulu babası Səlcuq bəyin məzarının yerləşdiyi ərazini fəth etdi.
Arslan (Avurğazı)
Arslan (başq. Арыҫлан, rus. Арсланово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşle kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Tolbazı): 45 km, kənd sovetliyindən (İşle): 4 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozero stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (87%) üstünlük təşkil edir.
Arslan Toğuzata
Arslan Toğuzata və ya Arslan Toğuz (1886 – 7 iyun 1963, Pazarcık[d], Qəhrəmanmərəş ili) — TBMM I çağırış üçün edilən millətvəkilliyi seçkilərində Maraş millətvəkili seçilən Mehmed Hacıxəliloğlunun istefasından sonra millətvəkili seçilmiş, lakin Maraş və Antep bölgəsindəki Türkiyə milli müdafiəsinə qatılması və milli qüvvələrin komandanlığını etdiyinə görə məclisdə mühüm fəaliyyət göstərə bilməmiş polis keçmişli millətvəkili. Əslən kabardalıdır. Aslan Toğuz və ya Toğuzata 1886-cı ildə Qəhrəmanmaraşın Göksun ilçəsinin Fındıqköy kəndində anadan olmuşdur. 1858–1859-cu illərdə Qafqazdan köç etmiş Toğuzata əşirətinin Maraş bölgəsinə yerləşdirilən boyuna mənsubdur. Atası jandarma çavuşu Həsənbəyzadə Abdullah Əfəndidir. İlk və orta təhsilini Əlbistanda tamamladıqdan sonra 1898-cı ildə yenə Əlbistanda mədrəsə təhsili almış və ərəbcə öyrənmişdir. II Məşrutiyyətin elanından sonra 1908-cı ildə Hələbə gedərək polislik peşəsinə girmişdir. Bir müddət Polis Məktəbində təhsil almışdır. Qısa müddətdə göstərdiyi uğurdan sonra rəis müavinliyinə, iki il sonra da baş rəisliyə qaldırılmışdır. Üç övladı olmuşdur.
Arslan Yabqu
Arslan Yabqu — Səlcuq bəyin oğlu, Oğuz bəyi, sərkərdə. 1025-ci ildə Qaraxanlı Qədir xan və Sultan Mahmud bir araya gələrək, oğuzların Mavarünnəhrdən qovulması barədə razılığa gəldilər. Onların planı əsasında oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı altında Səmərqəndə dəvət edildi. O, Səmərqəndə gələn kimi həbs edildi. Sonra Arslan Yabqunu Hindistana sürgün elədilər. O, bir qalada 7 il həbsdə qaldı və 1032-ci ildə orada vəfat etdi. Bundan sonra başsız qalan oğuzlar (türkmənlər) çöllərə dağıldılar. Ancaq Toğrul bəy və Çağrı bəy çətinliklə onları bir yerə yığa bildilər. Bu arada 4 min oğuz ailəsi qəznəlilərdən icazə alaraq Xorasana getdi. Buradan da onların bir hissəsi İraqa köç edərək orada məskən saldılar.
Arslan şah
Arslanşah — ad.
Arslan Gəray
Arslan Gəray (1692 – 1767, Kavuşan[d]) — XXXIX Krım xanı. Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənətində 1734-cü ildə nurəddin, qardaşı II Fateh Gərayın səltənətində isə kalqay ünvanı aldı. Əmisi oğlu II Səlimin ani ölümünün ardından Krım xanlığına təyin olundu (29 may 1748). Qardaşı Krım Gərayı nurəddin, əmisi II Fatehin oğlu Səlim Gərayı isə kalqay təyin etdi. Rus işğallarının ardından darmadağın edilən Krımı abadlaşdırmağa çalışdı. Xan sarayına yeni bölümlər inşa etdirdi. Perekop, Arabat və digər mühüm qalaları gücləndirdi. Məscidlər, mədrəsələr və bulaqlar inşa etdirdi. Sərhəd boylarında ruslara qarşı ani basqınlar tərtibləmiş, rusların onu Osmanlı sarayına şikayət etməsinin ardından bu basqınlar sonlanmışdır.
Arslan Növrəsli
Arslan Növrəsli (24 aprel 1981, Bakı) — azərbaycanlı tar ifaçısı, tarda ilk dəfə harmonik jazz standartları ifa edən tarzən. Arslan Növrəsli 1981-ci il aprel ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Arslan Növrəsli — Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, tarzən Sərvər İbrahimov (muğam) və Məhərrəm Məmmədovun (not ixtisası) sinfində təhsil almış, bu illərdə dövlət əhəmiyyətli tədbirlərdə çoxsaylı çıxışlar etmiş, öz yaşıdları arasında keçirilən müsabiqələrin qalibi, I yerlərin sahibi (VII Respublika müsabiqəsi, "Muğam-99" və s.) olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, son kursda ikən Azərbaycan Milli Konservatoriyasının yaranması səbəbilə təhsilini AMK-da davam etdirmiş, əvvəlcə bakalavr (2003), sonra isə magistr pilləsini (2005) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov (not ixtisası) və Azərbaycan Respublikasının əməkdar artisti, professor Vamiq Məmmədəliyevin (muğam) sinfi üzrə fərqlənmə ilə bitirmişdir. 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasında çalışır. 2020-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir. Arslan Növrəsli XIX əsrin tanınmış Qarabağ şairi Mirzə Ələsgər Növrəsin kötücəsi, Azərbaycanda tanınmış musiqiçilər ailəsi — Növrəsli qardaşlarından biridir. Ulu babası Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olmuş, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından idi. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib. 1912-ci ildə vəfat etmiş Mirzə Ələsgər Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.
Arslan Murat
Arslan Murat (türk. Murat Arslan; 1974) — Türkiyənin keçmiş hakimi, Hakimlər və Prokurorlar Birliyinin fəal üzvü, siyasi məhbus. Arslan Murat ailəlidir və iki uşaq atasıdır. 1999-cu ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 2001-ci ildə Türkiyə Hesablama Palatasında işə başlayıb. O, 2011-ci il martın 16-dan 2016-cı il iyulun 23-dək YARSAV-ın sədri olub. YARSAV 23 iyul 2016-cı il tarixli Rəsmi Qəzetdə dərc edilmiş fərmanla bağlanmışdır. 26 oktyabr 2016-cı ildə həbs olunub. 9 oktyabr 2017-ci ildə Avropa Şurası Parlament Assambleyasında Arslana İnsan Hüquqları üzrə Vatslav Havel Mükafatı təqdim edilib. Avropada və onun hüdudlarından kənarda insan haqları müdafiəçilərini təltif edən mükafatın elanında onun Türkiyədə məhkəmə sisteminin müstəqilliyini müdafiə edən fəaliyyətindən bəhs edilib.
Çağan Atakan Arslan
Çağan Atakan Arslan (27 avqust 1989, Sivas) — Türkiyə TV serial aktyoru və kikboksinq. 27 avqust 1989-cu ildə Sivasda anadan olan Avatar ləqəbli Çağan Atakan Arslan idman həyatına basketbolla başlayıb. 16 yaşında bodibildinqə başlayan Atakan Arslan 17 yaşında döyüş sənəti ilə tanış olub və o vaxtdan bəri bir çox uğurlara imza atıb. O, idman rekordunu qıraraq və məktəb birincisi olmaqla Bədən Tərbiyəsi və İdman Məktəbinə daxil olub.[Sitat lazımdı] Hələ də təhsilini davam etdirir. Atakan Arslan 2008-ci ildən kikboksinq və Muay Tay Milli Komandalarında ölkəsini beynəlxalq arenada təmsil edir, həmçinin peşəkar yarışlarda çıxış edir. O, 2011-ci ildə Özbəkistanda 5000 rəqib azarkeşin önündə finalda özbək rəqibini nokaut edərək IFMA Muay Thai üzrə Dünya Çempionu titulunu qazandı və ölkəsinə bu sahədə böyük kişilər arasında ilk qızıl medalı qazandırdı.[sitat gətirdi] Atakan Arslan, TPW adı ilə peşəkar güləşdə də çıxış edən Əsgər adını çəkdi Onun kikboksinq karyerasının mühüm hadisələrindən biri də dünyanın kikboksinq təşkilatlarından biri olan Glory World Series ilə bağladığı müqavilədir. 2014-cü ildə debüt edən Atakan Arslan Glory 15 İstanbulda braziliyalı rəqibi Jonatan Olveyra ilə ilk matçına çıxıb. 2015-ci ildə Glory 20 Dubai-də Çad Sudgenlə qarşılaşıb. 2016-cı ildə Survivor Ünlülər Könüllüləri proqramında Ünlülər komandasına daxil olan Avatar Atakan 5 aylıq gərgin mübarizədən sonra Survivor çempionu olub. Survivor-dan sonra rinqə qayıdan Mix Fight Gala təşkilatında 81 kilo çəkidə dünya çempionatı matçını keçirdi və ikinci raundda Kevin Brendanı nokaut etdi.
II Arslanşah
Arslanşah — Səlcuq şahzadəsi, Toğrul şahın ortancıl oğlu. Hakimiyyəti qısa çəkmiş, 1177-ci ildə qardaşı Turanşaha məğlub olmuşdu.
I Arslanşah (Kirman)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
I Arslanşah (Kirman Səlcuq hökmdarı)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
Məlik Arslan bəy Zülqədər
Məlik Arslan bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, (1454-1466), XV yüzillik. Süleyman bəyin üçüncü oğlu Məlik Arslan bəy 1454-cü ildən 1466-cı ilədək bəyliyə başçılıq etmişdi. 1354-ci ildə atasının ölümündən sonra Məlik Arslan bəy Zülqədər taxtına sahib oldu. Onun zamanında Zülqədərlilər ilə Ağqoyunlular arasında savaşlar baş verdi. Zülqədərlilərin əlində olan Xarput (Elazığ) Uzun Həsən tərəfindən alındı və Zülqədərlilərin paytaxtı Əlbistan, Ağqoyunlular ordusu tərəfindən dağıdıldı. Məmlük Dövləti ilə arası açılan Məlik Arslan Bəy, məmlük sultanı Xoşqədəmin bir fədaisi tərəfindən Əlbistanda məsciddə ibadət edərken 1466-cı ildə öldürüldü. Məlik Arslan bəyin Əmir Aslan bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
Sultan Alp Arslan (tarixi roman)
Sultan Alp Arslan. Tarixi roman — Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) tərəfindən tarixi roman janrında yazılmış roman. Sultan Alp Arslan (tarixi roman) 2015-ci ildə Bakıda azərbaycan dilində "OL" nəşriyyatında çap olunub. Kitabın ön sözünün müəllifi Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərovdur. kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Roman müxtəlif dillərə tərcümə olunub. Filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun ön söz yazdığı kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Nizami Cəfərov yazır ki, müəllif kitabda hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır: “Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi “Sultan Alp Arslan”da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl bir övlad duyğusallığı ilə qürur duyur”.
Sultan I Qızıl Arslan
Qızıl Arslan (XII əsr, Təbriz – 1191, Təbriz) – Azərbaycan atabəyi və Məhəmməd Cahan Pəhlavanın qardaşı. 1186-cı ildə taxta çıxmış və 1191-ə qədər hakimiyyətdə olmuşdur. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, o on ilə yaxın bir müddətdə dövləti idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadı – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu.
Süleyman Arslan xan
Süleyman bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1032. ildə atası Yusif Qadir xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Timur Arslanov
Timur Faritoviç Arslanov (2 yanvar 1991, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rusiyalı qılınc oynatan. Rusiyanın gənc qılıncoynatma komandasının üzvü (2007), milli komandanın üzvü (2014). Qılıncoynatma üzrə Rusiya idman ustası (2007), komanda üzrə rapira Avropa çempionu (2018). Rusiya çempionatının finalçısı (2013). Kişilər arasında Rusiya Kubokunun qalibi (2010), ölkə çempionatının gümüş medalçısı (2012). Gənclər arasında Avropa çempionatının qalibi (2014). 19 nömrəli Uşaq-gənclər idman məktəbini (birinci məşqçi — F. Arslanov), 5 nömrəli idman profilli respublika internat məktəbini, 19 nömrəli Ufa Uşaq-gənclər idman məktəbi (məşqçilər — L. R. Gruşina, R. R. Nasibullin) bitirmişdir. Başqırd Bədən Tərbiyəsi İnstitutunun tələbəsidir. Prezident təqaüdü laureatı (2007) ("2007–2008 tədris ilində xüsusilə istedadlı tələbələr üçün Başqırdıstan Respublikası Prezidentinin təqaüdlərinin təyin edilməsi haqqında" fərmana görə).
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.