MÜSƏLLA

is. [ ər. ] din.
1. Müsəlmanlarda: cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer; namazgah, namaz yeri.
2. Keçmişdə: şiddətli quraqlıq zamanı açıq yerə toplaşıb elliklə dua edərək Allahdan yağış istəmə ayini.
□ Müsəllaya çıxmaq – keçmişdə: elliklə dua edərək Allahdan yağış istəmək.
Çox quraqlıq keçirdi bipayə; Xəlq çıxmışdılar müsəllayə. A.Səhhət.
…Bir para yerlərdə camaat müsəllaya çıxıb, Allahdan yağış istəyib. C.Məmmədquluzadə.
[Ərən:] Dəfələrlə müsəllaya çıxılırsa da, göydən yerə bir damla belə düşmür. Çəmənzəminli.

MÜSƏHHİHLİK
MÜSƏLLƏH

Значение слова в других словарях