Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nutella
Nutella (amer. /nuːˈtɛlə/ ; brit. /nʌˈtɛlə/ ;) — fındıqlı kakao kremi markası. Nutella İtaliyanın Ferrero şirkəti tərəfindən istehsal olunur və ilk dəfə 1964-cü ildə təqdim edilib, lakin onun ilk iterasiyası 1963-cü ilə təsadüf edir. == Tarixi == Pietro Ferrero fındıq istehsalı ilə tanınan İtaliyanın Alba şəhərində çörək zavoduna sahib idi. == Qidalanma == Nutellanın tərkibində çəkiyə görə 10,4 faiz doymuş yağ və 58 faiz emal edilmiş şəkər var.
Mutelia officinalis
Dərman limonotu, bədrənc (lat. Melissa officinalis) və ya Xanım tərəsi — bədrənc cinsinə aid bitki növü. == Sinonim == Faucibarba officinalis (L.) Dulac Melissa altissima Sm. Melissa bicornis Klokov Melissa cordifolia Pers. Melissa corsica Benth. Melissa foliosa Opiz ex Rchb. Melissa graveolens Host Melissa hirsuta Hornem. Melissa occidentalis Raf. ex Benth. Melissa officinalis subsp.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub.2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mütəllim Abbasov
Mütəllim Məhərrəm oğlu Abbasov - Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Reaktiv və dizel yanacaqları" laboratoriyasının baş elmi işçisi, Pedaqoji elmlər doktoru, kimya elmləri doktoru., == Həyatı == Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu — xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. == Həyatı == Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir.Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir. "İslahat" qəzetinin redaktor müavini, "Etiraf" qəzetinin redaktoru olmuşdur.Mütəllim Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.Ailəlidir. Bir oğlu və bir qızı var.
Mütəllim Mütəllimov
Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası – 1981, Bakı) — Azərbaycanlı xanəndə. == Həyatı == Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M.Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Rəna Mütəllib
Rəna Mütallib qızı İrani (25 iyun 1952, Bakı) — "Təfəkkür" Universitetinin- ETM-in Fəxri Professoru Tibb elmləri doktoru. == Həyatı == 25 iyun 1952-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1969-cu ildə Bakı şəhəri 190 Saylı orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstituna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) "Müalicə-proflaktika" fakültəsinə daxil olmuşdur. 1975-ci ildə universiteti bitirərək, Azərbaycan Səhiyyə Nazirliyinin 5 Saylı xəstəxanasında daxili xəstəliklər üzrə həkim kimi çalışmağa başlamışdır. 1979-cu ildən Moskva Kardioloji Elmlər Araşdırma Mərkəzi ilə ortaq elmi araşdırma işbirliyi edən Cahangir Abdullayev adına Kardiologiya Elmi Tədqiqat İnstitunda ürək-damaq xəstəliklləri mütəxəssis həkim işinə davam etmişdir. 1986-cı ildə "Xronik ürək çatışmazlığı olan xəstələrin stasionar və ambulator müalicəsində kaptopril və molsidominin istifadəsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və "Tibb elmləri doktoru" elmi dərəcəsini qazanmışdır. 1993–1995-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin Kardiologiya şöbəsində, 1995–1996-cı illərdə İstanbul Esnaf Xəstəxanasının Kardiologiya şöbəsində işləmişdir. 2004–2005-ci illərdə Özəl Göztəpə Kardiologiya Mərkəzində kardioloq həkim işləmişdir. 2005–2010-cu illərdə Özəl Eyyub Halic Hospitalında 2010–2012-ci illərdə Şişli Nişantaşı Xəstəxanası və İstanbul Cərrahi Xəstəxanasında kardioloq həkim kimi işinə davam etmişdir. 2012-ci ilin dekabr ayından Kardiologiya Müayinəxanasında kardiologiya üzrə dosent, uzman doktordur.
Mütəllib Xan məscidi
Mütəllib Xan məscidi (fars. مسجد مطلب خان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində yerləşən Elxani dövrü memarlıq abidəsi. 18 mart 2018-ci ildə İranıın Milli İrs siyahısına 4846 nömrədə qeydə alınıb. == Tarixi == Xoy şəhərinin mərkəzində Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsində yerləşən abidənin şərqində Xan karvansarayı və tarixi Xoy bazarı yerləşir. Abidənin günümüzə qədər bir ədəd kitabəsi gəlib çatmışdır. Kitabə mətni belədir: "١ - وحید الدّھر حاجىمطل ّب خان ٢ - كھ دارد او نژاد ازشیخ اكرم ٣ - بھاءالدین محمد عالمى كو ٤- زافلاطون بھ حكمت بود اعام ٥- روان او چو از تن رفت دوران ٦ - زشادى گشت خالى شد پُر از غم ٧ - شد آنگھ تیره روى ماه و خورشید ٨ - شد آنگھ پشت چرخ واژگون خم ٩ -مرصّع كارى وجوھر شناسى ١٠- مر او رابود در گیتى مسل ّم ١١ - بھ تاریخ وفاتش گفت فرھنگ ١٢ -بھ جنّت باشد او را حور ھمدم" Kıtabədə abidənin Hacı Mütəllib xan tərəfindən tikdirildiyi və bu şəxsin məscidin inşası zamanı vəfat etdiyi yazılıb. Ölüm tarixi ilə bağlı beytlərdə əbcəd hesabından istifadə edilmişdir. Mənbələrdə bu tərifəlayiq yazının Qani adlı şəxs tərəfindən yazıldığı qeyd edilir və əbcəd hesabı ilə 1255/1839-cu ilə təsadüf etdiyi bildirilir. Yazılı mənbələrdə binanın ilk tikintisinin Elxanilər dövrünə aid olduğu yazılır. Məscidin Elxanilər dövründə tikilib sonradan Qacar dövründə bərpa edildiyi düşünülür.Mirâtü'l-Buldanın müəllifindən sitat gətirdiyi İran İslam Memarlığının Gəncnamə Enkslopediyasında V cildində məscid barədə yazılıb ki, bu məscid Xoyun dağılmış digər məscidləri sırasındadır.
Mukalla
Mukalla (ərəb. الملا‎) - Yəmən Xalq Demokratik Respublikasında şəhər. Hadramaut mühafəzəsinin inzibati mərkəzi.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Natella
Natella — ad. Natella Krapivina — Azərbaycan əsilli Ukrayna televiziya və musiqi prodüseri. Natella Kazımova — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor. Natella Osmanlı — Azərbaycan yazıçısı, bloger, jurnalist Natella Barkaya — Natella Zəkiryəyeva — AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda alim.
Rubella
Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir. == Xəstəlik dövrü == Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2–3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. == Müalicəsi == Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.
Büella
Büella (fr. Buellas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Virya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01065. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1669 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1104 nəfərdən (15-64 yaş) 816 nəfəri İqtisadi cəhətdən fəal, 288 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 76.2%). Fəal 816 sakindən 775 nəfər (395 kişi və 380 qadın), 41 nəfəri işsiz (26 kişi və 15 qadın) idi. 288 hərəkətsiz 107 nəfər arasında şagird və ya tələbə, 140 nəfər təqaüdçü, 41 digər səbəblərə görə hərəkətsizdir.
Achyrocline macella
Achyrocline macella (lat. Achyrocline macella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Acianthera luteola
Acianthera luteola (lat. Acianthera luteola) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Ajania mutellina
Ajania mutellina (lat. Ajania mutellina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü.
Bulbophyllum patella
Bulbophyllum patella (lat. Bulbophyllum patella) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Callicarpa rubella
Callicarpa rubella (lat. Callicarpa rubella) — dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Callista luteola
Dendrobium luteolum (lat. Dendrobium luteolum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Capsella rubella
Capsella rubella (lat. Capsella rubella) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
Garcinia morella
Garcinia morella (lat. Garcinia morella) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Hermione luteola
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Ipomoea luteola
Ipomoea hederifolia (lat. Ipomoea hederifolia) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Lutpulla Mutəllip
Lutpulla Mutəllip (22 noyabr 1922, Sincan[d] – 18 sentyabr 1945 və ya 17 sentyabr 1945, Aksu, Sincan[d] və ya Sincan[d]) — uyğur şairi. == Həyatı == Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir. Haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilmişdir. Əsasən də Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində dururdular. Uyğur araşdirıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazmışdır. Ailədəki müqəddəs kitabların qapağina mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır. Kiçik yaşlarından fitri istedadı ilə ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini də öyrənmiş olur.
Mikania rubella
Mikania rubella (lat. Mikania rubella) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020) — İtaliya opera müğənnisi. == Həyatı == Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. == Ədəbiyyat == Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.