MÜTALİƏ

is. [ ər. ]
1. Oxuma, qiraət.
Hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi və təcrübə ilə həkimliyi öyrənmişdi. C.Məmmədquluzadə.
Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev.

□ Mütaliə etmək (eləmək) – kitab, qəzet, jurnal və s. oxumaq.
[Musanın nəvəsi] mütaliə edir, çalışır, elmin bir şöbəsində özünü mütəxəssis hesab edir. Qantəmir.
Bir axşam ürəyim yenə təngləşdi.
Mütaliə etdiyim kitabla maraqlana bilmədim. T.Ş.Simurq.

// Kitab və s.-dən əxz edilmiş bilik, məlumat mənasında.
2. Ətraflı düşünmə, götür-qoy etmə, fikirləşmə. Məsələni əvvəlcə mütaliə etmək lazımdır.

Синонимы

  • MÜTALİƏ oxuma
  • MÜTALİƏ mütaliə bax qiraət
MÜTABİQLİK
MÜTALİƏÇİ
OBASTAN VİKİ
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.

Значение слова в других словарях