MÜŞAVİRƏ

is. [ ər. ]
1. Hər hansı bir məsələnin birlikdə müzakirəsi; iclas. İstehsalat müşavirəsi. Ümumittifaq müşavirəsi. Dilçilik müşavirəsi.
– Söhbət qısa və konkret olduğundan müşavirə tez qurtardı. H.Seyidbəyli.

2. Bir məsələni götür-qoy etmə; məsləhət, məşvərət.
[Zeynal] bu gün özü ilə Mehribanın arasında olan ixtilafı həll … etmək üçün evində bir müşavirə tərtib etmişdi. S.Hüseyn.

Синонимы

  • MÜŞAVİRƏ məsləhət — müzakirə
  • MÜŞAVİRƏ iclas
  • MÜŞAVİRƏ müşavirə bax iclas
MÜŞAVİR
MÜŞAVİRƏBAZ
OBASTAN VİKİ
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.

Значение слова в других словарях