Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.[1]
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT OSCE | |
---|---|
Organization for Security and Co-operation in Europe | |
Növü | Regional təşkilat |
Yaranma tarixi | 4 aprel 1975 |
Rəsmi dili | |
Mərkəzi | Avstriya, Vyana |
Sədr | Sebastian Kurc |
Üzvləri | 57 üzv, 11 tərəfdaş dövlət |
OSCE.Org | |
Vikianbarda əlaqəli mediafayllar |
30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.[2]
ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.[3]
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib.[4] Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər[5].
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[6]
Dövlət | Dövlət | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Avstriya | Malta | ||||||||||||||
Albaniya | Monako | ||||||||||||||
Andorra | Monqolustan | ||||||||||||||
Azərbaycan | Niderland | ||||||||||||||
Ermənistan | Belarus | ||||||||||||||
Belçika | Polşa | ||||||||||||||
Bolqarıstan | Portuqaliya | ||||||||||||||
Bosniya və Herseqovina | Rusiya | ||||||||||||||
Vatikan | Rumıniya | ||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || San-Marino |
Macarıstan | Serbiya | ||||||||||||||
Almaniya | Slovakiya | ||||||||||||||
Yunanıstan | Sloveniya | ||||||||||||||
Gürcüstan | ABŞ | ||||||||||||||
Danimarka | Tacikistan | ||||||||||||||
İrlandiya | Türkmənistan | ||||||||||||||
İslandiya | Türkiyə | ||||||||||||||
İspaniya | Özbəkistan | ||||||||||||||
İtaliya | Ukrayna | ||||||||||||||
Qazaxıstan | Finlandiya | ||||||||||||||
Kanada | Fransa | ||||||||||||||
Kipr | Xorvatiya | ||||||||||||||
Qırğızıstan | Monteneqro | ||||||||||||||
Latviya | Çexiya | ||||||||||||||
Litva | İsveçrə | ||||||||||||||
Lixtenşteyn | İsveç | ||||||||||||||
Lüksemburq | Estoniya | ||||||||||||||
Şimali Makedoniya | Moldova | ||||||||||||||
Norveç |
Aralıq dənizi | İl | Asiya | İl | Okeaniya |
---|---|---|---|---|
Əlcəzair | Əfqanıstan | 2003 | ||
Misir | 1995 | 2009 | ||
İsrail | 2002 | Cənubi Koreya | 2001 | |
İordaniya | 00000 | Tailand | 2000 | |
Mərakeş | 1988 | Yaponiya | 1992 | |
Tunis | 777 | Avstraliya |
On 26 May 1993, a Framework for Co-operation and Co-ordination between the United Nations Secretariat and the CSCE was agreed upon, and in October of the same year, the UN granted the CSCE observer status.