MÜŞİR

MÜŞİR

ə. 1) əmr, hökm verən adam; 2) ən böyük əsgəri rütbə; marşal.

MÜŞ’İR

ə. xəbər verən, bildirən.

MÜŞFİQANƏ
MÜŞK
OBASTAN VİKİ
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Mirzə Cəfər xan Müşirəddövlə
Mirzə Cəfər xan Mirzə Tağı oğlu Müşirəddövlə (?-1862)—Qacarlar dövlətinin baş naziri. Mirzə Cəfər xan Təbriz şəhərində anadan olmuşdu. Abbas mirzə Qovanlı-Qacarın xaricə oxumağa göndərdiyi tələbələrdən idi. Mirzə Cəfər xan 1818-ci ildə Londonda framason lojuna cəlb edilmiş İranlı tələbələrdən biri idi. О, sonralar İstanbulda, Londonda səfirlik etmiş, 1860-cı ildə Nasirəddin şah Qovanlı-Qacarın hakimiyyəti dövründə Muşirüddövlə ləqəbi ilə dövlət Şurasının sədri olmuşdur. Mirzə Cəfər xan Müşirəddövlə 1862-ci ildə Tehran şəhərində vəfat edib. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mirzə Nəsrulla xan Müşirüddövlə
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Əhməd xan Müşirəssəltənə
Mirzə Əhməd xan Münşi Başı (6 iyul 1844, Amul, Mazandaran ostanı – 20 aprel 1918, İran) — Müşirəssəltənə ləqəbi ilə Məşrutə və Məhəmmədəli şah Qacar dövrünün baş nazirlərindən idi, bu mövqeyi iki aydan uzun sürmədi. Ondan sonra baş nazir Nasirülmülk oldu. Mirzə Əhməd xan Müşirəssəltənə, Mirzə Məhəmməd oğlu 1844-cü ildə Amulda dünyaya gəlmişdir. Atası Azərbaycanda zabit idi, və Mirzə Əhməd xanda orada dövlət xidmətinə girdi və Müzəffərəddin Mirzə vəliəhdin hakimiyyətində Azərbaycanın neçə şəhərinin hakimi və həmdə Azərbaycan hükumətinin nayibi oldu.1880-ci ildə kürd Şeyx Übeydulla Nəqşbəndinin fitnəsinin qaldırmasının zabiti oldu amma məğlub oldu və şah ona qəzəbləndi. Sonra Nasirəddin şah Qacar onu əfv etdi. Bir az müddət Gilanın hakimi oldu.Müzəffərəddin şah Qacar dövründə neçə yol xəzinə naziri oldu. Ondan qabaq Məhəmməd Vəli xan Nəsrəssəltənə(Məhəmməd Vəli xan Sipəhsalar) xəzinə naziri idi ki Əminəddövlə ilə ixtilafı olduğuna görə vəzifəsindən azad oldu. Əminəddövlə bu barədə öz Xatirələr kitabında belə yazır: "…Mirzə Əhməd xan Müşirəssəltənə ki cəhalətə məşhur idi və neçə il Təbrizdə Müzəffərəddin şahın şəxsi agenti(pişkarı)idi və kürd Şeyx Übeydulla Nəqşbəndinin fitnəsin ki təkrar deməyə ehtiyac yoxdur ki Azərbaycanı necə qarət etdi və fəlakətə saldı və Mirzə Hüseyn xan Sipəhsaların səyi ilə qaldırıldı, onun qabiliyyətsizliyindən bilirdilər və ona görə Nasirəddin şah Qacar yanında onu günalandırdılar amma sonra Müzəffərəddin şah Qacarın israrı ilə xəzinə naziri oldu."O, xəzinə nazirliyi vəzifəsində olan zaman sərt olmaqına görə bəzi xadimlər ondan kədərləndilər və şahın yanında onu pislədilər və buna görə 1905-ci ildə Xorasana sürgün oldu.Məşrutə İnqilabının qələbəsindən sonra əfv olundu və Tehrana qayıtdı. Məhəmmədəli şahın tac qoymqsından sonra Sultanəli xan Vəziri-Əfxəm kabinetində ədliyyə naziri oldu.
Müşirabad
Müşirabad (Qürvə)
Müşirabad (Heris)
Müşirabad (fars. مشيراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (29 ailə).
Müşirabad (Qoşaçay)
Müşirabad (fars. مشيراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (20 ailə).
Müşirabad (Qürvə)
Müşirabad (fars. مشير آباد اوريه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (41 ailə). Əhalisini kürdlər təşkil edir.
Müşirabad (Təbriz)
Müşirabad (fars. مشيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..