MÜŞK

ə. 1) ceyranın göbəyindən çıxarılan xoş ətirli maddə; 2) m. gözəl iy, ətir.

MÜŞİR
MÜŞKİL
OBASTAN VİKİ
Müşk
Müşk — xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5–2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri "bərpa olunur". Xalis müşk parçaya hopmamalıdır. Maralın ayrıca növü olan "müşk maralı"dan əldə olunan müşk xüsusilə qiymətlidir. Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər.
Müşk maralı
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Müşk sürvəsi
Müşk öküzü
Müşk öküzü (lat. Ovibos moschatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyunöküz cinsinə aid heyvan növü. Şimali Amerikanın tundrasında, Kanadada, və Qrelandiyada Qoyunöküzlərin sürülərinə hal hazırda rast gəlmək olur. Norveçdə, Alyaskada və Şpitsberqdə qoyunöküzlər süni şəkildə yerləşdirilmişdir. Qoyunöküzlərin hündürlükləri 145 santimetrə, çəkiləri 200-300 kiloqrama çatır, Bəzi hallarda yaşlı heyvanların çəkisi 400 kiloqrama çatır. Heyvanlar uzun yunlarının hesabına çox böyük görünürlər. Onların Yunları çox sıx və istidir. Boğazlarının altında və yanlarında tüklərin uzunluğu 90 santimetrə çarır. Qoyunöküzlərin genişalınlı başlarını Afrika camışlarının buynuzuna oxşar enli buynuzlar bəzəyir. Hədindənartıq soyuq havalarda Qoyunöküzlər bir-birlərinə bərk sixilaraq bədənlərini isti saxlayırlar.
Müşk ördəyi
Müşk ördəyi (lat. Cairina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Müşk itburnusu
Müşk itburnusu (lat. Rosa moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Müşk adaçayı
Müşk adaçayı (lat. Salvia sclarea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aethiopis sclarea (L.) Opiz Sclarea vulgaris Mill.
Hacı Davud Müşkürlü
Imam Hacı Davud (ləzg. Имам Хьажи Дауд; 1680, Dədəli - 1735, Rodos) — Osmanlı hakimiyyəti dövründə Şirvan Xanı, De-fakto Quba hakimi (1718-1726), Ləzgi hərbi kommandir, Qafqazın ilk imamı, Fəqih, Müdərris, Şair, Fətva müəllifi, Carın hökmdarı və 18-ci əsrdə ləzgilərin və digər Dağıstan xalqlarının dini və milli hərəkatına başçılıq etmiş dini xadim. == Həyatı == Hacı Davud 1680-ci ildə Dədəli kəndində doğulub. Bəzi mənbələr isə onun Dağıstanın Jaba kəndində doğulduğunu deyir. Uşaqlığından o ağlı və cəsarəti ilə seçilirdi. Artıq 1710-1720-ci illərin mənbələrində o, “bək və ləzgi sahib” kimi qeyd olunur. Hacı Davud Dədəli kəndində geniş torpaqlara sahib idi və təsərrüfatda əkinçilik və təsərrüfat heyvanları yetişdirməklə məşğul idi. Ləzgilər arasında bu torpaqlar indi də Davud torpağı adlanır. O, doğma dili ləzgi dilindən əlavə ləzgilər arasında böyük hörmətə malik olan ərəb dilini, bunlardan əlavə olaraq fars və türk dillərinidə bilirdi. Məkkəyə həcc ziyarətindən sonra Hacı rütbəsi almış, daha sonra Ləzgistan və Şirvan kimi bölgələrdə imamlıq etmişdir.
Müşkabad (Sultaniyə)
Müşkabad (fars. مشك اباد‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (103 ailə).
Müşkapat
Müşkapat — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Müşkapat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib . Müşkapat kəndi XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu ərazidə Türkiyənin Muş əyalətindən gəlmə ermənilər yerləşdirilmişdi. Oykonim "Muş kəndi" mənasındadır. Oykonimin Müşqapat, Muşkanat variantlarına da təsadüf edilir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Müşkülqazma
Müşkülqazma — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Müşkülqazma kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. Oykonim Müşkül (Müşkür tarixi adının təhrif forması) və qazma komponent­lərindən düzəlib, "Müşkür düzündəki qazma­lar" mənasındadır. Əhalisinin sayı 10 nəfərdir (2009-cu il).
Müşkür
Müskür sancağı
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşkür bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinir Yalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Müşkür mahalı
Müskir mahalı — Quba xanlığında mahal. İndiki Xaçmaz Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samurçay və Vəlvələçay arasındakı ərazini əhatə edirdi. Müşkür mahalının naibi Yəhya bəy olmuşdur.
Müşkəmir
Müşkəmir — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Müşkəmir kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. Kənd "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesindən 2 km kənarda yerləşir. Kəndə son 2 km yolu yayda avtomobillə, qış mövsümündə isə piyada və ya atla getmək olar. Kənddən Zərnava kəndinə və Lahıc qəsəbəsinə piyada cığırlar vardır. Kəndin əhalisi 36 nəfərdir ki, onun da 21 nəfəri kişi, 15 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.
İlqar Müşkiyev
İlqar Müşkiyev (5 oktyabr 1990, Gəncə) — Azərbaycanı təmsil edən cüdoçu. İlqar Müşkiyev birinci uğuruna 2007-ci ildə Azərbaycan Çempionatının qalibi olmaqla imza atdı. Bir il sonra, 2008-ci ildə isə Azərbaycan Çempionatını gümüş medalla başa vuran İlqar Müşkiyev 2009-cu ildə beynəlxalq turnirlərdə birinci uğurlarına imza atdı. İlqar Müşkiyev əvvəlcə Ermənistanın İrəvan şəhərində U-20 Avropa Çempionatının gümüş medalına sahib oldu, daha sonra isə Fransanın Paris şəhərində gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Həmin il növbəti dəfə Azərbaycan Çempionatının qalibi olan İlqar Müşkiyev 2010-cu ilin noyabrında Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. İlin sonunda isə İlqar Müşkiyev üçüncü dəfə Azərbaycan Çempionatının qalibi oldu. Karyerasında İlqar Müşkiyevin ən uğurlu mövsümü 2011-ci ildə oldu. Yanvarda IJF World Masters beynəlxalq turnirinin bürünc medalına sahib olan İlqar Müşkiyev IJF World Cup beynəlxalq turnirlərinin Tbilisi və Tallin mərhələlərinin qalibi oldu. İlqar Müşkiyev avqustda Fransanın Paris şəhərində Dünya Çempionatını bürünc medalla başa vurdu. Mövsüm ərzində İlqar Müşkiyev həm də IJF World Cup beynəlxalq turnirlərinin Braziliya və Özbəkistanda baş tutan mərhələlərində bürünc medallara, Azərbaycan mərhələsində isə gümüş medala sahib oldu.

Значение слова в других словарях