müəllim-repetitor

müəllim-repetitor
müəllim-psixoloq
müəllim-şagird
OBASTAN VİKİ
Müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Müəllim (dəqiqləşdirmə)
Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Gənc müəllim (qəzet)
Müəllim (film, 2018)
Müəllim (İngilis dilində Hichki, Hind dilində जोकर्) Sidharth Malhotranın rejissorluğu ilə 2018-ci ildə ekranlaşdırılan hind filmidir. Baş rolda Rani Mukherjeenin oynadığı bu film onun evlilik və ondan sonra dünyaya gətirdiyi qızlarına görə dörd illik yoxluğundan sonrakı ekrana qayıdışının birinci filmidir. Naina Mathur Tourette sindromundan əziyyət çəkir. O, müəllim olmaq arzusundadır, lakin xəstəliyinə görə ona iş verilmir. Bir gün ona St. Notker məktəbində iş təklif olunur və ona kasıb məhəllədən olan uşaqlardan ibarət 9F sinfi verilir. Nə məktəb direktoru, nə 9A sinfinin müəllimi — cənab Vadia, nə də uşaqların özləri bu işdə Nainanın müvəffəqiyyətinə inanırlar. Naina çətinliklə də olsa vəziyyətə nəzarət etməyi bacarır və tapşırığın öhdəsindən gəlir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Ramiz Bağırov (müəllim)
Bağırov Ramiz Məmməd Tağı oğlu —müəllim. Ramiz Bağırov opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Məmməd Tağı Bağırovun ailəsində 1929–cu ildə dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə təhsil alıb. 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblında çalışmağa başlayıb. O, 1957-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib, 1971-ci ildən isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə müəllim, sonralar isə vokal ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışıb. Ramiz Bağırov bir neçə metodik işləmələrin, o cümlədən “Azərbaycan vokalistlərinin məcmuəsi” adlı elmi-nəzəri metodik əsərin müəllifi olub. 1973-cü ildə bəstəkar Hazim Əliverdibəyov tərəfindən yazılmış “Cırtdan” uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar sənətkar, tələbkar müəllim, həssas insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük rolu olub. Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov 1991-ci ildə çəkdiyi “Qəzəlxan” filmində yaddaqalan obrazlardan biri olan Mirzənin rolunu məhz Ramiz Bağırova həvalə edilmişdir. Filmdə qəzəlxan Əliağa İsgəndərova “Vahid” ləqəbini verən bir tarixi şəxsiyyətin rolunun ifaçısı olmuş, həm də bu rolu özü səsləndirmişdir. Eləcə də rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında çəkdiyi eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı rollardan biri olan Gülümsərov obrazının (Bəşir Səfəroğlu) bütün mahnılarını səsləndirib.
Yusif Qazıyev (müəllim)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
“Müəllim sözü” qəzeti
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Bizim Cəbiş müəllim
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
"Ən yaxşı müəllim" müsabiqəsi
Bizim Cəbiş Müəllim (1969)

Millət Əliyev (şəhid müəllim)
Müəllim-tələbə (film, 1973)
Müəllim-tələbə (ing. The Student Teachers) — 1973-cü ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. Filmin rejissoru Conatan Kaplandır. Müəllim-tələbə — Internet Movie Database saytında.
İsrafil müəllim (film, 2003)
Film əməkdar jurnalist, tarix elmləri namizədi İsrafil Məmmədova həsr olunmuşdur.
Bizim Cəbiş müəllim (film, 1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Sağ ol, müəllim (film, 1985)
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017)