MƏCLİS
MƏCMƏYİ
OBASTAN VİKİ
Efes Məclisi
Efes Məclisi aşağıdakı mənaları verə bilər: Birinci Efes Məclisi — 431-ci ildə təşkil edilmişdir. İkinci Efes Məclisi — 449-cu ildə təşkil edilmişdir. Üçüncü Efes Məclisi — 475-ci ildə təşkil edilmişdir.
Kilsə məclisi
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Musiqi məclisi
Müəssislər Məclisi
Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. 1960-cı ilin dekabrında Müəssislər Məclisinin statusu haqqında qanun qəbul edildi. Qanuna görə Müəssislər Məclisi Milli Birlik Komitəsinin (MBK) üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi. Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi. 6 yanvar 1960-cı ildə isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu.
Məclisi-Fərəmuşan
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.
Məclisi-fəramuşan
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.
Notabllar məclisi
Notabllar məclisi (fr. Assemblée des notables) — XIV–XVIII əsrlərdə Fransada xüsusi tipli məclis. Məclis dövlət işlərini, başlıca olaraq maliyyə və inzibati işləri müzakirə üçün kral tərəfindən çağırıldı, şəhərlərin ali dairələrinin ən görkəmli nümayəndələrindən ibarət olurdu. Notablların sonuncu məclisi 1788-ci ildə olmuşdur. John Hardman, Overture to Revolution: The 1787 Assembly of Notables and the Crisis of France's Old Regime. Oxford University Press, 2010 Vivian R. Gruder, The Notables and the Nation: The Political Schooling of the French, 1787–1788. Harvard University Press, 2008. Collins, James; The State in Early Modern France. New York: Cambridge University Press 1995. Mousnier, Roland; The Institutions of France under the Absolute Monarchy 1598–1789, Volume II: The Organs of State & Society.
Qırxlar məclisi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir. Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Türkmənistan Məclisi
Türkmənistan Məclisi (türkm. Türkmenistanyň Mejlisi) — qanunverici hakimiyyəti həyata keçirən ölkənin ən yüksək nümayəndəlik orqanı olan 125 deputatdan ibarət Türkmənistan parlamentinin aşağı palatasıdır. Məclis təxminən bərabər sayda seçicinin olduğu birmandatlı dairələrdə 5 il müddətinə seçilir. 2013-cü ildə keçirilən növbəti parlament seçkilərindən əvvəl, Türkmənistan Məclisi tək partiyalı idi (tamamilə bütün yerlər Türkmənistan Demokrat Partiyasının üzvləri tərəfindən tutulurdu), postsovet məkanında Türkmənistan bütün digər ölkələrdən fərqli olaraq, bir partiyalı sistemə malik idi. SSRİ-nin dağılmasından az əvvəl çoxpartiyalı sistemə keçdi. 2008 -ci ildən Türkmənistan Məclisi, Aşqabadın mərkəzində, Qaraşızlıq prospektində xüsusi tikilmiş yeni binada yerləşir. Bundan əvvəl, Sovet dövründə tikilmiş köhnə binada yerləşirdi, burada Sovet dövründə Nazirlər Şurası və Türkmənistan SSR Ali Soveti yerləşirdi. 2021-ci ildə iki palatalı sistemin tətbiqindən əvvəl ölkənin bir palatalı parlamenti idi. Türkmənistan Məclisi yurisdiksiyasına: qanunların qəbulu və təfsiri, onlara dəyişikliklərin edilməsi, habelə onların icrasına nəzarət daxildir. Qanunların icrasına nəzarət Türkmənistan Nazirlər Kabinetinin müvafiq reqlamenti əsasında həyata keçirilir.
Xalxidon məclisi
Xalxidon Şurası və ya Kadıköy Şurası, 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan bir ekumenik məclisdir. Xalxidon, bu gün İstanbul şəhərindəki Kadıköy ilçəsinin mərkəzidir. Qərb Pravoslavları, Roma Katoliklərinin və digər bir çox qərb xristianlarının 4-cü ekumenik məclisi hesab olunur. Şurada Eutychesin Monofizitizm doktrinası rədd edildi və İsanın həm tam mənada insan, həm də sözün əsl mənasında ilah olduğunu təyin edən Xalxidon kredosu (kiminsə hərəkətlərini istiqamətləndirən inancların və ya məqsədlərin ifadəsi) qəbul edilmişdir. İsada həm insan, həm də ilahi xüsusiyyətlər var, bu əlamətlər Məryəm İsanı dünyaya gətirməzdən əvvəl də mövcud idi. İsa, Allah kimi Ata ilə eyni mahiyyət daşıyır və insan kimi də günahlardan başqa insanlarla eyni mahiyyətdədir. Beləliklə, Məryəm yalnız insan olan İsanın anası deyil, həm də Tanrı olan İsanın anasıdır və buna Allahın anası mənasını verən Theotokos deyilməlidir. Bu fərqli təbiətlər birləşmədən sonra heç bir şəkildə dəyişmədi və öz xüsusiyyətlərini qorudu. Çarmıxda əziyyət çəkən yalnız İsanın insan təbiətidir, bu ağrı ilahi təbiətə toxunmamışdı. Əslində, bu qərara etiraz edən, diofizit görüşə yaxın olan monofizit yepiskopları öz müstəqil kilsələrini qurdular.
Ziyalı Məclisi
Ziyalı Məclisi — mədəni-maarif cəmiyyəti. 1882-ci ildə Naxçıvan şəhərində yazıçı-publisist Eynəli Sultanov tərəfindən yaradılmışdır. XIX əsrin 90-ci illərinədək fəaliyyət göstərən məclis Naxçıvanda maarifçilik hərəkatının əsas ideya-əməl mərkəzi idi. Əsas məqsədi Naxçıvanın gənc ziyalı qüvvələrini məktəb,maarif və mədəniyyətin inkişafına cəlb etmək idi. Məclis üzvləri mövhumat və cəhalət əleyhinə açıq mübarizə aparırdılar. Ziyalı Məclisində bədii əsərlərin,teatr tamaşalarının müzakirəsi də keçirilirdi. Məclisin üzvləri Naxçıvan teatrının yaradıcıları hesab olunurlar. Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov, Əliməmməd, Məhəmmədqulu bəy Kəngərli, Məhəmmədhüseyn və Sadiq Xəlilovlar,Əbülqasım Sultanov və başqaları məclisin üzvləri idilər. Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunub Naxçıvan Ensiklopediyası. Bakı.
İran Məclisi
İslam məşvərət şurası (fars. مجلس شورای اسلامی ایران ‎- İranın İslami Məşvərət Məclisi) - İran İslam Respublikasının qanunverici orqanı. 4 ildən bir seçilən məclisin tərkibində hazırda 290 deputat var. Məclisin sədri Məhəmməd Baqir Qalibafdır.
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Qarabağ məclisi
Qarabağ Birlik Məclisi (az-əbcəd. قاراباغ بیرلیک مجلیسی‎), həmçinin sadəcə Qarabağ məclisi (قاراباغ مجلیسی) və ya əvvəlki adı ilə Difai firqəsinin Qarabağ bölməsi (دیفای فیرقه‌سینین قاراباغ بؤلمه‌سی) — Difai Partiyasının Qarabağ regionunda fəaliyyət göstərən bölməsi. 1907-ci ilin martında və ya avqustunda yaradılmışdır. Mərkəzi Şuşada idi. Regionda çox populyar olan "Qarabağ Birlik Məclisi" partiyanın ən çoxsaylı, nüfuzlu və fəal bölməsi hesab olunur. Onun fəaliyyəti bütün Yelizavetpol quberniyasının Cavanşir, Qaryagin və Şuşa qəzalarını əhatə edirdi. Təşkilatın təxminən 400 nəfərlik döyüş drujinası var idi. Difai Partiyasının Qarabağdakı fəaliyyətinin başlaması "Qarabağ Birlik Məclisi"nin yaradılmasından əvvəlki illərə təsadüf edir. Difaiçilər Qafqaz Süvari Diviziyasının komandiri, general-mayor V.N. Qoloşşapovun sui-qəsdi və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsini təşkil etmişdi. 1906-cı ildə Şuşada çağırılan məclisdə Əhməd bəy Ağaoğlu, Əbdülkərim bəy Mehmandarov və başqaları general Qoloşşapov haqqında demişdilər ki, o, "erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır".
Çərkəz Məclisi
Çərkəz Məclisi (çərkəz: Адыгэ Хасэ) və ya rəsmi olaraq Böyük Azadlıq Məclisi (Çərkəz: Шъхьафитныгъэ Хасэшхо), Çərkəziyanın sonuncu parlamentidir. Avropa məclislərindən ruhlanan məclis hərbi komandirlər, ruhanilər və ziyalılardan ibarət idi. 1861-ci ildə Soçidə keçirilən iclasın nəticəsi olaraq Məclis rəsmi olaraq yaradıldı və əvvəlki ənənəvi qəbilə məclisini əvəz etdi. Assambleya digər ölkələrdən dəstək almaq üçün digər ölkələrlə əlaqələr qurdu. Parlament binası rus ordusu tərəfindən tutularaq dağıdılıb. Bundan sonra bəzi üzvlər “Çərkəz liderlərindən Əlahəzrət Kraliça Viktoriyaya sülh” başlıqlı məktub yazaraq Britaniya İmperiyasından humanitar yardım istəyiblər. Ənənəvi qəbilə məclisləri çərkəz xalqı arasında həmişə mövcud olub. 1700-cü illərdə Çərkəziyanın müxtəlif bölgələri hər il bir araya gələrək parlament iclası keçirməyə və ölkəni birgə idarə etməyə başladılar, beləliklə, Çərkəzlərin birləşmə prosesi başladı və Çərkəz Konfederasiyası quruldu. Mərkəzləşmə günü-gündən sürətlənirdi. Avropadan ilham alan ilk assambleya 1820-ci ildə quruldu.
Dəbil kilsə məclisi
Dəbil kilsə məclisi 506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb. Bu yığıncaqda erməni, alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional, yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər. 551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək, hüquqi cəhətdən avtokefal kilsə oldu. Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı. Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar. Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi. 551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın, Çolanın, Lpinanın katolikosu” adını daşıyırdı.
Ermənistan Milli Məclisi
Ermənistan Respublikasının Milli Məclisi (erm. Հայաստանի Հանրապետության Ազգային ժողով, Hayastani Hanrapetyut'yan Azgayin Joğov; Ազգային ժողով, ԱԺ Azgayin Joğov, AJ) — Ermənistan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub (1995-ci ildə) I çağırışda 190 deputatdan ibarət idi, (1999-cu ildə) II çağırışdan etibarən isə 131 deputatdan ibarətdir.Halhazırda 132 deputatdan ibarətdir.
Fransa Milli Məclisi
Fransada Milli Məclis, Milli Məclis və ya Milli Assambleya (fr. Assemblée nationale) — Fransanın Beşinci Respublikası — Fransa Parlamentinin aşağı palatası, yuxarı palatası isə — Senatdır. Milli Məclis Parisin Bourbonlar Sarayında (Palais-Burbon), Konkord meydanı qarşısıda və Sen çayının sol sahilində yerləşir. Pale-Burbon 1728-ci ildə inşa edilmiş və millət vəkilləri isə 1798-ci ildən bəri məskunlaşmışlar. Assambleya iki turdan keçmiş və birbaşa 5 illik seçilmiş 577 deputatdan ibarətdir. Senatorlar kimi, millət vəkilləri ikili rol oynayırlar: hökumətin yazılı və ya şifahi şəkildə Məclisə təqdim etdiyi hərəkətlərini izləyir və yeni qanunlar qəbul edirlər.
Gürcüstan Müəssislər Məclisi
Gürcüstan Müəssislər Məclisi (gürc. საქართველოს დამფუძნებელი კრება, sak’art’velos damp’udznebeli kreba) — Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı. 1919-cu ilin fevralında Gürcüstanın İstiqlal əqdnaməsini, 1921-ci il Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün çağırılmışdır. Məclis 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra ləğv olunana qədər fəaliyyət göstərmişdir. == Seçkilər == 1917-ci il Oktyabr inqilabından sonra, 9 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulan Gürcüstan Rusiya imperiyasından ayrıldı. Lakin artıq 26 may 1918-ci ildə Gürcüstan suveren respublika elan edildi, həmin gün Gürcüstan Milli Şurası anonim olaraq Gürcüstanın Müstəqillik Aktını qəbul etdi. 1918-ci ilin oktyabrında Şura özünü müvəqqəti parlament elan etdi və Sovet İttifaqından əvvəlki Gürcüstanda yeganə ümumi seçki olan milli qanunverici seçkilərə hazırlaşmağa başladı. Müəssislər Məclisi, İstiqlal Bəyannaməsi və Cümhuriyyət Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün 1919-cu il fevralın 14-dən 16-dək keçirilən azad və birbaşa seçkilərdə seçildi. Seçkilərdə 15 siyasi partiya mübarizə apardı və onların nəticələri Sosial Demokrat Partiyası (Menşeviklər) və onun liderləri üçün böyük zəfər oldu. Müəssislər Məclisində 130 yerdən 109 mandat qazandılar.
Gürcüstan Təsis Məclisi
Gürcüstan Müəssislər Məclisi (gürc. საქართველოს დამფუძნებელი კრება, sak’art’velos damp’udznebeli kreba) — Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı. 1919-cu ilin fevralında Gürcüstanın İstiqlal əqdnaməsini, 1921-ci il Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün çağırılmışdır. Məclis 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra ləğv olunana qədər fəaliyyət göstərmişdir. == Seçkilər == 1917-ci il Oktyabr inqilabından sonra, 9 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulan Gürcüstan Rusiya imperiyasından ayrıldı. Lakin artıq 26 may 1918-ci ildə Gürcüstan suveren respublika elan edildi, həmin gün Gürcüstan Milli Şurası anonim olaraq Gürcüstanın Müstəqillik Aktını qəbul etdi. 1918-ci ilin oktyabrında Şura özünü müvəqqəti parlament elan etdi və Sovet İttifaqından əvvəlki Gürcüstanda yeganə ümumi seçki olan milli qanunverici seçkilərə hazırlaşmağa başladı. Müəssislər Məclisi, İstiqlal Bəyannaməsi və Cümhuriyyət Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün 1919-cu il fevralın 14-dən 16-dək keçirilən azad və birbaşa seçkilərdə seçildi. Seçkilərdə 15 siyasi partiya mübarizə apardı və onların nəticələri Sosial Demokrat Partiyası (Menşeviklər) və onun liderləri üçün böyük zəfər oldu. Müəssislər Məclisində 130 yerdən 109 mandat qazandılar.
Krımtatar Milli Məclisi
Krım Tatar Milli Məclisi (krımtat. Qırımtatar Milliy Meclisi, Къырымтатар Миллий Меджлиси, ukr. Меджлiс Кримськотатарського Народу) — Krım Tatar Qurultayının icra orqanı. 2014-cü ildə, Krımın Rusiya tərəfindən işğalından sonra, Məclis Ukrayna Ali Radasının tərəfindən Qurultayın iclaslarının arasında Krım tatar xalqının Ukrayna ərazisində ali təmsilçi orqanı kimi tanınıb. 2016-ci ildə isə Ruisya Məclisi ekstrimist qrupların siyahısına salıb, qadağan etmiş. == Tarixi == Krım Tatar Milli Məclisi 1991-ci ildə keçirilən II Krım Tatar Qurultayının qərarı ilə yaradılmış. Qurultayın iştrakçılardan 33 adam məclis üzvü seçilib. O cümlədə, Mustafa Əbdülcəmil Qırımoğlu Məclisin sədri, Refat Çubarov isə onun müavisi kimi seçilib. Məclisin ilk iclası həmin ilin iyulun 6-da baş tutub. Orada onun quruluşu müəyyən edilmişdir.
Macarıstanın Milli Məclisi
Macarıstan Milli Məclisi (mac. Országgyűlés) — Macarıstanın birpalatalı nümayəndəsi və qanunvericilik orqanı (parlament). Birpalatalı orqan 4 il müddətinə seçilmiş 199 deputatdan (1990-cı ildən 2014-cü ilədək — 386 deputatdan) ibarətdir. Üzvlərin seçilməsi, tək mandatlı və çox mandativ seçki dairələrində seçkilər daxil olmaqla, qarışıq seçki sisteminə əsaslanır. Siyasi partiyalar və ya birliklər məclisə getmək üçün səslərin ümumi sayının 5%-ni keçməlidirlər, lakin bu birmərəfli seçki dairələrində özünü göstərən namizədlərə tətbiq edilmir. Milli Məclisdə 25 daimi komitə var. Macarıstan Konstitusiya Məhkəməsi qanuna qarşı konstitusiyaya zidd olduğunu əsas gətirib etiraz etmək hüququna malikdir. Bu görüş 1902-ci ildən Budapeştdə Macarıstan parlamentinin binasında toplanıb. == Tarixi == "Dövlət Assambleyası" (mac. Országgyűlés) orta əsr Macarıstanın 1290-cı illərdən bəri qanunvericilik qurumudur.
Milli Birlik Məclisi
"Milli Birlik" məclisi — Azərbaycan mühacirətinin Avropada fəaliyyət göstərmiş siyasi təşkilatı. "Milli Birlik" məclisi 1943-cü ildə Berlində keçirilən ümumazərbaycan qurultayında Əbrürrəhman Fətəlibəyli tərəfindən yaradılmışdır. Məhəmməd Əmin Rəsulzadənin ətrafında birləşən əski Azərbaycan mühacirlərinə müxalif mövqedə dayanırdı. Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamov və İ.Əkbər Azərbaycan mühacirlərinin kəskin hiddətinə məruz qalmışdılar. Onların bu sənədi "Milli Birlik Məclisi" adından imzalamaları kəskin reaksiya doğurmuşdu. "Müsavat" partiyası belə bir təşkilatı tanımadığını bəyan edərək bildirdi ki, "Azərbaycan Milli Birlik Məclisi" deyilən bir təşkilatdan qətiyyən xəbərimiz yoxdur. Mövcud olmayan bir təşkilat namına söz söyləmək ümumi əfkarı göz görə-görə aldatmaqadır." 1952-ci ilin oktyabrında Münxendə 4 rus mühacir partiyası 5 qeyri-rus mühacir təşkilatının nümayəndələri "Bolşevik Əleyhdarları Əlaqələndirmə Mərkəzi"ni yaratdılar. Bolşevik Əleyhdarları Əlaqələndirmə Mərkəzinin yaranması barədə razılaşmanı "Azərbaycan Milli Birlik" adından C.Hacıbəyli, Ə.Şeyxülislamov və polkovnik C.Kazımbəyli imzalamışdılar. Bu Azərbaycan mühacirəti arasında ixtilafları daha da kəskinləşdirdi. 1953-cü ildə əlaqələndirmə Mərkəzində də artan daxili ixtilaflar onun iki yerə parçalanması ilə nəticələndi.
Məhəmməd Baqir Məclisi
Məhəmməd Baqir Məclisi və ya qısaca Əllamə Məclisi (tam adı: Məhəmməd Baqir ibn Məhəmməd Təqi ibn Məqsud Əli İsfahani, 1627, İsfahan – 29 mart 1699, İsfahan) — Səfəvilər zamanında yaşamış Şiə əxbari alimi. Atası, bir digər şiə din alimi Məhəmməd Təqi Məclisi Məclisi-Əvvəl (Birinci Məclisi), özü isə Məclisi-Sani (İkinci Məclisi) kimi də tanınırlar. Əllamə Məhəmməd Baqir Məclisi 1627-ci ildə o vaxt Azərbaycan Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan şəhərində dünyaya gəlmişdir. Onun atası Məhəmməd Təqi Məclisi İsfahanın imam-camaatı olmuşdur. Zəmanəsinin 18 böyük aliminin yanında elm aldıqdan sonra, gənc Məhəmməd Baqir Hürr Amili tərəfindən ictihad dərəcəsinə layiq görülür. Bundan sonra o 144 cildlik "Biharul Ənvar" ("Nurlar dəryaları") kitabını yazmağa başlayır. Quran təfsiri, tarix, fiqh, kəlam və s. elmi sahələri əhatə edən bu kitab hədisşünaslığa dair ən iri həcmli əsər sayılır. Məclisi həmçinin ölkənin siyasi həyatında fəal iştirak edirdi. O Şah Süleyman Səfəvi və onun xələfi Şah Sultan Hüseyn Səfəvinin yanında böyük nüfuza malik idi və 1687-ci ildə Şeyxülislam tituluna layiq görülmüşdür.

Значение слова в других словарях