MƏLİKÜTTÜCCAR
MƏLLAH
OBASTAN VİKİ
Məlikzadə
Məlikzadə — soyad.
Fərhad Məlikzadə
Fərhad Nadir oğlu Məlikzadə (20 avqust 1997, Şıx Salahlı, Sabirabad rayonu – 5 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Fərhad Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Şıx Salahlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2004-2014-cü illərdə almışdır. Cüdo, güləş, qaydasız döyüş kimi idman növləri ilə məşğul olmuş, bir çox yarışmalarda qalib olmuşdur. == Hərbi xidməti == Fərhad Məlikzadə 2015-ci ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətə yollanmışdır. 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmiş, kurslardan keçdikdən sonra kəşfiyyatçı kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Fərhad Məlikzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzulinin azad edilməsində düşmən hücumunun qarşısını alarkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Bir neçə günlük müalicədən sonra yenidən döyüş meydanına qayıtmışdır.
Məlikzadə (Balakən)
Məlikzadə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Məlikzadə (Şəbüstər)
Məlikzadə (fars. ملك زاده‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (219 ailə).
İsi Məlikzadə
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi rayonu – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirmiş, "60-cılar" nəslinin görkəmli nümayəndəsidir. == Həyatı == İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdı. == Fəaliyyəti == "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Çinarə Məlikzadə
Çinarə Məlikzadə (11 oktyabr 1990, Bakı) — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. == Həyatı == Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib. == Yaradıcılığı == Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb. O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.
Fərxundə Məlikzadə cinayəti
Fərxundə Məlikzadə - 27 yaşlı əfqan qadın Fərxundənin Əfqanıstanın paytaxtı Kabul şəhərində linç edilərək öldürülməsi ilə nəticələnmiş cinayət hadisəsi. Hadisə 2015-ci ilin 19 mart tarixində baş vermişdir. 27 yaşlı qadın İslamın müqəddəs kitabı olan Quranı yandırmaqda və təhqir etməkdə günahlandırılır. Polis tərəfindən aparılan ilkin araşdırmlardan sonra qadın tərəfindən heç bir kitabın yandırılmadığı müəyyənləşmişdir. Fərxundə Məlikzadə cinayətinə görə Kabul şəhərində 49 nəfər məsuliyyətə cəlb olunub. Baş verən cinayət hadisəsi Əfqanıstanda qadın hüquqları məsələsini yenidən gündəmə gətirmiş və ölkə miqyasında Fərxundə Məlikzadə üçün mitinqlər təşkil edilmişdir. 2015-ci ilin may yayında Əfqanıstanda keçirilən məhkəmə prosesi nəticəsində Fərxundənin cinayətində günahlandırılan 4 nəfər edam edilmiş, 8 nəfər isə həbsxanaya göndərilmişdir. Cəzalandırılan şəxslərin hamısı kişidir. == Arxa plan == İlk öncə, Fərxundə dini müəllim işlədiyi Şahdu-Şəmşəyra məscidinin qarşısında məsciddə zinət əşyaları satan bir molla ilə bu barədə mübahisə etmiş və mübahisə zəminində molla onu “Qurani-Kərim” i yandırmaqda ittiham edərək izdihamı ətrafına toplamışdır. Gənc qadın onun yalan danışdığını sübut etmək üçün tez-tələsik Qurandan ayələr gətirərək müsəlman olduğunu sübuta yetirməyə çalışsa da, qaragüruh vəhşicəsinə onu damdan aşağı atmış, maşınla vurmuş, dəyənəklərlə döymüş və az deyilmiş kimi, məscid ətrafındakı daşlarla daş-qalaq etmişdir.