MƏLƏ

сущ. 1. зоол. гзаф кӀевиз кӀасдай са пепе (лувар авачир, агъу квай); 2. нугъ. шутӀ.
MƏLEYKƏ
MƏLƏFƏ
OBASTAN VİKİ
Alita: Döyüş mələyi (film, 2019)
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. == Məzmun == Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. == Rollarda == Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.
Arxangel (mələk)
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Bakirə mələklərin əhatəsində
"Bakirə mələklərin əhatəsində" (fr. La Vierge aux Anges) — fransız akademik rəssamı Vilyam Buqronun 1898-ci ildə işlədiyi rəsm əsəri. Əsərdə buludların üzərində dayanmış iyirmi bir mələyin əhatəsində öz taxtında ayaq üstə daynaraq qucağında körpə tutmuş Məryəm təsvir edilmişdir. Məryəm ananın qabağında diz çökmüş mələklər əllərində büxurdanlar tutmuşlar.
Borsellinonun mələkləri (film, 2003)
Borsellinonun mələkləri (it. Gli angeli di Borsellino) — rejissor Roko Cesareonin filmi. == Film haqqında == Emanuela hakim Paolo Borsellino müşayiət vəzifəli bir polis cangüdənlər var. Filmdə o iş və Giovanni Falcone qətli arasında 57 gün ərzində onun qorxuları (13 may 1992-ci il iyulun 19-) haqqında danışır və Borsellino ki.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Göy Mələkləri məbədi
Göy Mələkləri Məbədi — Ermənistan respublikası Üçkilsə rayonunun ərazisində, İrəvan – Üçkilsə yolunun 18 – ci kilometrliyində, Üçkilsə şəhəri yaxınlığında yerləşən erməni məbədi. == Tarixi == Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına rəğmən artıq 653 – cü ildən ibadətə açılmasını bildirir. 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır. Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci bir məbədi qədim Ani şəhərində inşa etdirmişdir. Tarixi mənbələrdə Qaqikaşen adıyla anılan bu məbədin də taleyi Göy mələkləri məbədinin taleyinə oxşamış və o da tezliklə uçaraq dağılmışdır. Hazırda ermənilərin Zvartnos adlandırdıqları məbədin ətrafındakı yaşayış yerlərinə ilk ermənilərin gəlişi XVI – XVII əsrlərdə, kütləvi gəlişi isə XIX yüzilin əvvəllərinə təsadüf edir.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.
Harri Potter və Mələz Şahzadə (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Mavi mələklər (kitab)
Mavi mələklər (roman)
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə "Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Qaranlıq mələyi: Oyanış (film, 1994)
Qaranlıq mələyi: Oyanış — 1994-cü ildə istehsal olunmuş ABŞ və Rumıniya filmidir. == Məzmun == Demonessa Veronika cəhənnəmdən Yerə qaçır və burada baş verən qəddarlıqları görür. Bu səbəbdən Veronika onlarla mübarizə aparmağa hazırlaşır. Macəralar boyu Veronika onun yaralarını sağaltmış Maks Barrisə aşiq olur... == Maraqlı faktlar == Filmin bütün çəkilişi Rumıniyada aparılmışdır.
Qaranlıq mələyi (film, 1925)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1925-ci ildə çəkilən ABŞ filmidir. Bu film İtirilən filmlər siyahısına daxildir. Filmin süjeti Birinci dünya müharibəsi illərində baş verir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qaranlıq mələyi — Internet Movie Database saytında.
Qaranlıq mələyi (film, 1935)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1935-ci ildə çəkilən ABŞ filmidir. == Mükafat və nominasiyalar == === Nominasiya === 1936 – Ən yaxşı qadın ifaçısı 1936 – Ən yaxşı səs === Mükafat === 1936 – Oskar:Ən yaxşı rəssam işi == İstinadlar == == Xarici keçidlər == Qaranlıq mələyi — Internet Movie Database saytında.
Qaranlıq mələyi (film, 1990)
Qaranlıq mələyi (ing. Dark Angel) — 1990-cı ildə ABŞ-də çəkilən fantastik filmlərdən biridir. Bu adda əvvəl çəkilən (1925 və 1935) filmlərdən fərqləndirmək üçün filmə "Mən sülhlə gəlmişəm" (ing. I Come İn Peace) adı verilmişdir. Lakin bu film "Qaranlıq mələyi" (ing. Dark Angel) və "Qara mələk" (ing. Black Angel) adları ilə də tanınır. Filmin distribütori Triumph Films kinokompaniyasıdır. Film Texas ştatının Hyuston şəhərində çəkilmişdir. Filmin rejissoru Kreyq R. Bekslidir.
Qaranlıq mələyi (musiqi qrupu)
Dark Angel (azərb. Qaranlıq mələyi‎) — 1981-1992 və 2002-2005-ci illərdə mövcud olmuş ABŞ musiqi qrupudur. "Dark Angel" musiqi qrupu 2013-cü ildə yenidən formalaşmışdı. == Yaranma == "Dark Angel" musiqi qrupu 1981-ci ildə Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Dauni şəhərində formalaşmışdı. Musiqi heyətinin tərkibinə Cim Durkin (ing. Jim Durkin), Don Doti (ing. Don Doty) və Rob Yan (ing. Rob Yahn) daxil idi. Bu qrupun 1985-ci ildə "We Have Arrived" adlı albomu işıq üzü görür. Albomun treklərinin stilləri hevi-metal və spid-metal janrlarına bənzəyirdi.
Qaranlıq mələyi (teleserial, 2000)
Qaranlıq mələyi (ing. Dark Angel) – ABŞ tərəfindən 2000-2002-ci illərdə çəkilən elmi-fantastik janrlı teleserialdır. Teleserialın ideyası Ceyms Kemeron və Çarlz H. İqliyə məxsusdur. İlk dəfə olaraq 3 oktyabr 2000 tarixində ABŞ-nin "FOX" kanalında göstərilmişdir. == Məzmun == Terrorçular tərəfindən hazırlanmış Elektromaqnit impuls 2009-cu ildə ABŞ-ni üçüncü dünyaya çevirmişdi. Maks Qevara 11 dostu ilə birlikdə "Mantikora" orqanizasiyasından qaçır. Bu orqanizasiyanın laboratoriyasında inanılmaz gücündə olan əsgərlər hazırlayır. Dostlar buradan qaçan müxtəlif istiqamətlərə qaçırlar. Bu səbəbdən Maks müxtəlif vasitələrdən istifadə edərək onların axtarışına çıxır. Loqan adında bir şəxs onunla müqavilə bağlayır: Maks ona cinayətkar dünyanı tutmaqda kömək edəcək, əvəzində isə Loqan ona dostlarını tapmaqda kömək edəcək...
Qisas mələyi (film, 1995)
Qisas mələyi (ing. The Avenging Angel) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rejissoru Kreyq R. Bekslidir. Film 1996-cı ildə "The Spur Award" mükafatını qazanmışdır. == Məzmun == Mormonlar din davamçılarına qarşı birlik təşkil olunur. İnsanlar yeni həyata başlamaq istəyirlər. Bu səbəbdən onların başçılarını öldürməyə hazırlaşırlar. Lakin bir nəfər onun tərəfini saxlayır. Həmin insanın adı "Qisas mələyi" ləqəbli Maylz olur. "Qisas mələyi" ləqəbli insanlar Mormonların muzdlu qatillərinə deyilirdi.
Qoruyucu mələk
Qoruyucu mələk — İnsanı qorumaq üçün Allah tərəfindən vəzifələndirilmiş səmavi qüvvə. == Xristianlıqda == — qoruyucu mələk yardım və rəhbərlik üçün Allah tərəfindən insana verilən mələk, yaxşı ruhdur. Pravoslavlıqda o, insana vəftiz edilən zaman, katolisizmdə - hər bir insana doğulduğu anda verildiyinə inanılır. Pravoslav və Katolik fikirlərə görə, qoruyucu mələk həyatı boyu bir insanın yanında görünməz olaraq onu müşayət edir və pravoslavlıqda, əgər bir insan Allaha məhəbbətini və Onun qarşısında həqiqi imanı saxlayırsa. Qoruyucu mələyin vəzifəsi himayəsinə veriləni xilas etməyə çalışmaqdır. Xüsusən də qoruyucu mələklər xristianları iman və təqvaya ruhən öyrədir, onların ruhlarını və bədənlərini qoruyur, yer üzündə yaşadıqları müddətdə onları müdafiə edir, onlar üçün Allaha dua edir, onları tərk etmir, və nəhayət, ölümdən sonra yer üzündəki həyatını tamamlamış ruhları əbədiyyətə qovuşdurur. Əhdi-ətiqdə qoruyucu mələk anlayışı yoxdur, ancaq insanı şərdən xilas edən mələklərə inama dair dəlillər var (YK. 48:16). Əhdi-cədiddə qoruyucu mələyə inam Müqəddəs Həvarilərin əməllərində isbat edilir və Matta İncilində İsa Məsihin sözləri ilə təsdiqlənir (Mİ. 18:10). Pravoslav və Katolik kilsələri evdə edilən dualarda ən yaxın mənəvi bələdçilər və himayədarlar kimi qəyyum mələklərə hörmət etməyi və onları çağırmağı öyrədirlər. Pravoslav Kilsəsinin təliminə görə, insan qoruyucu mələyin şəxsi adını bilə bilməz, çünki mələk insana Allah tərəfindən verilir və insan üçün görünməzdir.
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.

Значение слова в других словарях