MƏRHUM

sif. [ ər. ] Ölmüş, vəfat etmiş, rəhmətə getmiş.
[Xudaverdi:] Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir? M.F.Axundzadə.
[Süleyman:] Mərhum bəzzaz Mürsəli deyirəm ki, gözəl kişilərin birisi idi. Ü.Hacıbəyov.

// İs. mənasında. Mərhum yaxşı adam idi.
– Qoqolun xidməti rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüz illiyini Rusiyada kəndlərdə də mujiklər eşidiblər. C.Məmmədquluzadə.
[Mahmud bəy:] O mərhum məni çox istəyirdi. N.Vəzirov.

□ Mərhum olmaq – ölmək, vəfat etmək, rəhmətə getmək.
[Soltan bəy:] Mənim də arvadım, budur, beş ildir ki, mərhum olubdur. Ü.Hacıbəyov.
Dörd il Cəlil bu dükanda qulluq edəndən sonra bunun anası Zəhra mərhum oldu. İ.Musabəyov.

Синонимы

  • MƏRHUM rəhmətlik
  • MƏRHUM MƏRHUM (ölmüş, rəhmətə getmiş) Qılıncımı tullayıb o andaca yerə mən; O mərhumun nəyini taxdım onun yerindən! (B

Этимология

  • MƏRHUM Ərəbcə rəhm, rəhmət sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏRHƏMƏTSİZLİK
MƏRİFƏT

Значение слова в других словарях