MƏRUF

sif. [ ər. ] klas.
1. Məlum, hər kəsin bildiyi, bilinən.
Elm afəti-can olduğu məşhuri-cahandır; Mərufi-zamandır. M.Ə.Sabir.

2. Şöhrətli, tanınmış, məşhur.
[Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn.
…Məruf bir zat Azərbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı. M.İbrahimov.

□ Məruf olmaq – məşhur olmaq, tanınmaq, adı çıxmaq.
O zaman … [azərbaycanlılardan] rusca bilən az olduğu üçün Mirzə Səməd xalq arasında məruf olmuşdu. Çəmənzəminli.

Синонимы

  • MƏRUF məruf bax məlum
MƏRTƏBƏYARIM
MƏRUZ
OBASTAN VİKİ
Şeyx Məruf (Sulduz)
Şeyx Məruf (fars. شيخ معروف‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (48 ailə).
Bağ-i Məruf (Təbriz)
Bağ-i Məruf (fars. باغ معروف‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7.961 nəfər yaşayır (2.033 ailə).

Значение слова в других словарях