1. Məlum, hər kəsin bildiyi, bilinən.
Elm afəti-can olduğu məşhuri-cahandır; Mərufi-zamandır.
2. Şöhrətli, tanınmış, məşhur.
[Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi.
…Məruf bir zat Azərbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı.
□ Məruf olmaq – məşhur olmaq, tanınmaq, adı çıxmaq.
O zaman … [azərbaycanlılardan] rusca bilən az olduğu üçün Mirzə Səməd xalq arasında məruf olmuşdu.