MƏSTƏLİ

Əliyə məftun olma, Əliyə pərəstiş etmə.
MƏSTANƏ
MƏSTUR
OBASTAN VİKİ
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" — Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediya. Komediyanın orta əsr feodal ideologiyasına, xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş komediya 1851-ci ildə Qafqaz qəzetində çap olunmuşdur. Müəllifin tərcüməsində rus səhnəsindəki ilk əsər həmin il Sankt-Peterburqda baş tutdu, 1852-ci ildə pyes Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda nümayiş olundu. Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir. Qeyd olunur ki, M. F. Axundovun yaradıcılığında Aleksis Jordanın elmi fəaliyyəti və bitkilərin təsnifatına etdiyi düzəlişlər barədə həqiqi məlumatlar verilir. == Süjet == Süjet 1848-ci ildə Qarabağda baş verir. Fransız botanist, Kral Akademiyasının üzvü Müsyö Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O burda Təklə-Muğanlı Hətəmxan ağanın mülkündə qalır.
Məstəlibəyli
Məstalıbəyli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məstalıbəyli Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənddir. Gəyən çölündədir. Keçmiş adı Cəfərağalı olmuşdur. Məstalıbəyii etnooykonimdir. Oykonim Azərbaycan tayfalanndan şahsevənlərin məstalıbəylilər tirəsinin adı ila bağlıdır. Cəfərağalı adı isə həmin kənddə məskunlaşmış məstalıbəyli tirəsinə mənsub ailəlarin Cəfər ağa adlı birisinə məxsus olması ila əlaqədardır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Nurəddin Məstəliyev
Rəşad Məstəliyev
Rəşad Oqtay oğlu Məstəliyev (6 iyun 1981) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü və Gənc alimlər və mütəxəssislər şurasının sədridir. Məstəliyev Rəşad Oqtay oğlu 1981-ci ilin iyul ayının 6-da Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və universitetin 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirmişdir. 2004-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun (o zamanki Kibernetika) əyani aspiranturasına daxil olmuş və 2008-ci ildə aspiranturanı bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın27 iyun 2012-ci il tarixli qərarı ilə (protokol№22-k) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2007-ci ildən İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 14 oktyabr 2016-cı il tarixli qərarı ilə (protokol № 21-k) "dosent" elmi adı verilmişdir. Dosent attestatı DS № 05498.